Xətai rayon İcra Hakimiyyətinin şöbə müdiri şagirdlərlə görüşüb
Xətai rayon İcra Hakimiyyətinin təhsil, səhiyyə və mədəniyyət
şöbəsinin müdiri Pənah İmanov Kafkas İlköğretim okulunda məktəblilərlə
görüşüb. Qonağı məktəbin müdiri İlhami Atmaca səmimiyyətlə qarşılayaraq
bu təhsil müəssisəsinin uğurları, əldə etdiyi nailiyyətləri barədə
ətraflı məlumat verib. Sonra P. İmanov məktəbin sinif otaqları, tədris
prosesi, kitabxanası şagirdlər üçün hazırlanmış şəraitlə yaxından tanış
olub. Müəllim və şagirdlərlə söhbət edib. Pənah İmanov bu tədris
müəssisəsinin fəaliyyətindən, şagirdlərin nizam-intizamından məmnun
olduğunu bildirib. Məktəbin pedaqoji kollektivinə təhsildə uğurlar
arzulayıb.