Kayıtlar

Haziran, 2015 tarihine ait yayınlar gösteriliyor
Ekspert TV-dən yeni layihə   Artıq ali məktəblərə qəbul imtahanlarının start götürdüyü və abituriyentlərin ixtisas seçimi haqda daha ciddi düşünməyə başladığı bir dövrdə QU Texnopark rezidenti Millibayt nəzdində fəaliyyət göstərən Ekspert TV onların düzgün seçim etməsinə şərait yaratmaq məqsədilə yeni layihə həyata keçirir. Layihə Qafqaz Universiteti akademik heyəti tərəfindən ixtisaslar haqda əsas məlumat, onların tədrisi, ixtisasın praktikası, ona ehtiyac duyulan sahələr, gələcək iş imkanları barədə mühim bilgilərin video vasitəsilə auditoriyaya təqdim olunmasını nəzərdə tutur. Beynəlxalq münasibətlər, Mühasibat uçotu və audit, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi, Sənayenin təşkili və idarə olunması kimi bir çox mühəndislik, pedaqoji, iqtisadi və idarəetmə ixtisaslarının çəkilişi artıq yayımlanmışdır. Layihə hazırda uğurla davam etməkdə və abituriyentlərin, eləcə də orta məktəb müəllimləri və valideynlərin böyük marağın