Bir daha əmin oldum ki...

“Bu gün Azərbaycanımız 20 il öncəki Azərbaycan deyil. O bu müddətdə bütün sahələr üzrə möhtəşəm inkişaf yolu keçib. Hətta regionun ən inkişaf etmiş ölkəsinə çevrilib. İndi onun sorağı dünyanın hər yerindən gəlir”. Bu sözləri millət vəkili Aydın Mirzəzadə Mingəçevir Özəl Türk Liseyinin şagirdləri ilə keçirdiyi görüşdə deyib. Onun sözlərinə görə, həmin yüksəlişə yeni nailiyyətlər əlavə etmək bu gün parta arxasında oturan hər bir gəncin mənəvi borcudur: “Bu gün ölkə başçısı İlham Əliyev təhsilimizin inkişafına xüsusi diqqət yetirir. Sizin hər birinizin borcu isə bu qayğı sayəsində Azərbaycanımıza layiqli vətəndaş olmaqdır”. Millət vəkili şagirdlərə öz tövsiyələrini də verməyi unutmayıb: “Arzu edərdim ki, siz ingilis dili ilə yanaşı, digər ölkələrin dillərini də əxz edəsiniz”. O həmçinin bir millət vəkili, bir ziyalı kimi onlara hər zaman dəstək olmağa hazır olduğunu da dilə gətirib. Görüş çərçivəsində liseyin fəaliyyəti ilə ətraflı tanış olan millət vəkili təəssüratlarını qəzetimizlə də bölüşüb: “Artıq 20 ilə yaxındır ki, Mingəçevir Özəl Türk Liseyi fəaliyyət göstərir. Bu təhsil ocağındakı təhsilin keyfiyyəti, şagirdlərə milli ruhun aşılanması məndə olduqca xoş təəssüratlar oyatdı. Mən hələ bu məktəbin məzunlarının, demək olar ki, hamısının ali məktəblərə qəbul olunmalarını, onların soraqlarının dünyanın müxtəlif ölkələrindən gəlmələrini demirəm. Bir sözlə, bir daha əmin oldum ki, ölkəmizin sabahı onların sayəsində daha parlaq olacaq”.

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF