Qafqaz Universitetində 20 yanvar faciəsi anıldı

17:36 / 20.01.2012
Dünən Qafqaz universitetində 1990-cı il 20 Yanvar faciəsinin 22-ci il dönümü ilə bağlı anım mərasimi keçirilib. Universitetin elmi işlər üzrə prorektoru, professor Niftalı Qocayev həmin hadisələrin canlı şahidi olduğunu söyləyib. O, 20 Yanvar faciəsini Azərbaycan xalqının şqəhrəmanlıq salnaməsi olduğunu söyləyib. Olaylar barədə məlumat verən prorektor bildirib ki, 20 Yanvar faciəsi zamanı Azərbaycan 131 şəhid verib. Bu şəhidlər ölkəmizin müstəqilliyi uğrunda həlak olublar. 20 Yanvar olaylarına beynəlxalq ictimaiyyətin diqqətinin cəlb edilməsində başlıca rolu isə ümummilli lider Heydər Əliyev oynayıb. Məhz SSRİ-nin yaratdığı informasiya blokadasına baxmayaraq H.Əliyev heç nədən çəkinmədən Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək 1990-cı il yanvarın 21-də Qorbaçov və onun komandasının atdığı bu addımları kəskin tənqid edib. Ümummilli lider Heydər Əliyevin bu müraciəti o zaman dünyanın aparıcı KİV orqanlarında geniş işıqlandırılıb. Beləliklə də beynəlxalq ictimaiyət Azərbaycanda sovet ordusunun həyata keçirtdiyi qanlı qırğın barədə məlumatlandırılıb. Professor onu da bildirib ki, Sovet ordusunun 20 Yanvarda xalq hərəkatını boğmaq cəhdləri uğursuz alınıb. Müstəqilliyə aparan yola böyük iradə nümayiş etdirən Azərbaycan xalqı bu faciədən sonra daha da sıx birləşib. Sonda istədiyinə nail olub. Daha sonra tədbir Universitetin Dram Dərnəyi tərəfindən hazırlanan “Şəhidlər ölməz vətən bölünməz” adlı ədəbi-bədii hissə ilə davam etdirilib.
S.QARAYEVA

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF