Türkiyə universitetlərinin rektorları BDU-nun qonağı olublar
05:05 / 28.01.2012
Dünən Qafqaz Universitetləri Birliyinin sədri, Ardahan Universitetinin rektoru, professor, doktor Ramazan Korkmaz, Qars Qafqaz Universitetinin rektoru professor, doktor Sami Özcan və Bakı Qafqaz Universitetinin rektoru, professor, doktor Əhməd Saniç Bakı Dövlət Universitetində (BDU) olublar.
Qonaqları qəbul edən universitetin rektoru, akademik Abel Məhərrəmov onlara universitet haqqında ətraflı məlumat verib. Tanınmış alimlərin BDU-ya gəlişindən məmnunluq duyduğunu deyən rektor, BDU-nun beynəlxalq əlaqələrindən danışıb və dünyanın ən böyük elm ocaqları ilə birlikdə qrant və proqramlar üzərində iş apardığını qeyd edib.
Rektor vurğulayıb ki, Qars Qafqaz və Ardahan Universitetləri Türkiyənin gənc, lakin dinamik şəkildə inkişaf edən universitetləridir. Qars Qafqaz Universiteti 1992-ci ildə təsis edilib. Hazırda 6 fakültə (İqtisadiyyat və idarəetmə, pedaqogika, tibb, mühəndislik və memarlıq, ədəbiyyat, baytarlıq fakültələri), 3 kollec (yüksək okul), 5 peşə məktəbi, 1 dövlət konservatoriyası, 10 araşdırma mərkəzləri fəaliyyət göstərir. Hal-hazırda Universitetdə 12500 tələbə təhsil alır.
2008-ci ildə təsis edilmiş Ardahan Universitetində İqtisadiyyat və idarəetmə, İnsan və Ədəbiyyat, Mühəndislik fakültələri fəaliyyət göstərir. Hazırda Universitetdə 10 000-dən çox tələbə təhsil alır.
Ardahan Universitetinin rektoru Ramazan Korkmaz, öz növbəsində, rəhbərlik etdiyi Qafqaz Universitetləri Birliyi haqqında geniş məlumat verərək birliyin tətbiq etdiyi Mövlana proqramı haqqında danışıb.
O qeyd edib ki, Mövlana proqramı, eynilə Avropadakı Erasmus Mundus proqramı kimi bölgədəki ölkələrin universitetlərinin tələbə və müəllim mübadiləsini dəstəkləmək, bu prosesi maliyyələşdirərək, proses zamanı yaranacaq qarşılıqlı əməkdaşlığı ölkələrimizin gələcəyinə yönəltmək üçün planlaşdırılmış bir layihədir.
Sonda birgə elmi tədqiqatların aparılması, tələbə, təcrübə və informasiya mübadiləsi, müxtəlif mövzularda çoxsaylı konfransların, seminarların keçirilməsi və digər məsələləri əhatə edən memorandumu imzalanıb.
S.QARAYEVA