Bank kredit müqavilələri ilə bağlı qaydalara həsr olunan simpozium keçiriləcəkdir

Bakı, 19 yanvar (AzərTAc). Yanvarın 21-də Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi və Qafqaz Universitetinin nəzdində fəaliyyət göstərən Mülki Hüquq Tədqiqat Mərkəzinin təşkilatçılığı ilə “Bank kredit müqavilələri ilə bağlı qaydalar: nəzəri-praktiki problemlər və həlli yolları” mövzusunda simpozium keçiriləcəkdir.
Qafqaz Universitetindən AzərTAc-a bildirmişlər ki, hakim və vəkillərin də iştirak edəcəkləri simpoziumda bank kredit müqavilələrinin aktual problemləri və praktikada tətbiqi ilə bağlı qarşıya çıxan məsələlərin həlli yollarına aydınlıq gətirilməsi nəzərdə tutulur.
Simpoziumdakı məruzələrin və çıxışların tam mətni kitab şəklində dərc ediləcəkdir.

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF