Qafqaz Universitetinin tələbələri Petkim Petrokimya şirkətində təcrübə keçəcəklər

"Azərikimya" İstehsalat Birliyi icraçı direktorunun  kadr, rejim və informasiya texnologiyaları üzrə müavini Xaliq Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Qafqaz Universitetində mühəndislik fakültəsinin professor-müəllim heyəti ilə görüşüb. Görüşdə "Azərikimya" İstehsalat Birliyi - Qafqaz Universiteti ikitərəfli və "Azərikimya" İstehsalat Birliyi - Qafqaz Universiteti - Petkim Petrokimya Holdinq A.Ş. üçtərəfli əməkdaşlıq müqavilələrində qeyd olunan maddələrə əsasən həyata keçiriləcək bəzi fəaliyyətlər, o cümlədən birgə əməkdaşlıq əsasında "Azərikimya" İstehsalat Birliyinin veb səhifəsinin formalaşdırılması və inkişaf etdirilməsində Qafqaz Universitetində fəaliyyət göstərən İKT Tədqiqatlar Mərkəzinin timsalında tələbələrin rolu, "Kimyaçı" tələbə klubunun formalaşdırılması, üçtərəfli əməkdaşlıq müqaviləsi əsasında Qafqaz Universitetində kimya mühəndisliyi və sənayenin təşkili və idarə olunması ixtisasları üzrə təhsil alan bir qrup qabaqcıl tələbənin qış tətili müddətində  "Petkim"ə 10 günlük istehsalat təcrübəsinə göndərilməsi məsələləri müzakirə olunub.
Görüşdən sonra qonaqlar Qafqaz Universitetində fəaliyyət göstərən İKT Tədqiqatlar Mərkəzi ilə tanış olublar. 
Y.ƏLİYEV

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF