“Azərikimya” “Çağ”la əlaqələri genişləndirir
|
|
| ARDNŞ-nin “Azərikimya” İstehsalat Birliyində texniki və humanitar təhsil sistemi üzrə geniş şəbəkəyə və təhsilin yüksək keyfiyyətinə görə Türkiyə və Azərbaycanda böyük nüfuza malik olan “Çağ” Öyrətim İşlətmələri Şirkətinin rəhbərliyi ilə görüş olub. | |
|
Görüşdə “Azərikimya” İstehsalat
Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar
Babayev qonaqlara Azərbaycanda neft-kimya sənayesinin yaradılma tarixi
və Birliyin bugünkü istehsalat fəaliyyəti barədə geniş məlumat verib.
Xüsusi olaraq qeyd edilib ki, ölkə başçısı İlham Əliyevin müvafiq qərar
və sərəncamları üzrə Sumqayıtda inşa olunması nəzərdə tutulan Azot
Gübrəsi (Karbamid) Zavodunun və Sumqayıt Kimya Sənaye Parkının
yaradılması ilə əlaqədar neft-kimya sahəsi üzrə ixtisaslaşmış gənc
kadrlara ehtiyac olacaq. Bu məqsədlə Birliyin Etilen-Polietilen Zavodu
ərazisində Təlim-Tədris Mərkəzinin inşasına başlanılıb ki, orada
Azərbaycanın neft-kimya kompleksi üçün daha çox ehtiyac duyulan
texnologiya, energetika, mexanika, avtomatika-elektronika üzrə
mütəxəssislər hazırlanacaqdır. İnşasının 2012-ci ilin əvvəlində başa çatması gözlənilən Təlim-Tədris Mərkəzində eyni vaxtda 200 nəfər peşə ixtisası qazana biləcək ki, onların hər birinə texniki təhsil sistemi üzrə müvafiq sertifikatlara malik olan ARDNŞ tərəfindən xüsusi şəhadətnamə və diplomlar veriləcək. Birliyin rəhbəri özəl türk lisey və məktəblərinin ölkəmiz üçün səmərəli fəaliyyətindən, həmçinin son dövrlərdə “Azərikimya” ilə Qafqaz Universiteti arasında yaranmış müəssisə-institut əlaqələrinin daha da genişlənməsindən, bu nüfuzlu təhsil ocağında kimya müəssisələri üçün də yüksəkixtisaslı gənc mütəxəssislərin hazırlğına başlanılmasından məmnunluqla söhbət açıb. “Çağ” Öyrətim İşlətmələri Şirkətinin prezidenti Ənvər Özərən səmimi qəbula görə “Azərikimya” rəhbərliyinə təşəkkür edərək bildirib ki, başçılıq etdiyi qurumun hazırda Bakıda və respublikamızın digər şəhər və rayon mərkəzlərində çoxlu sayda ümumtəhsil məktəb və liseyləri, hazırlıq kursları, həmçinin yüksəkixtisaslı kadrlar yetişdirən Qafqaz Universiteti fəaliyyət göstərir. Görüşün sonunda qurum rəhbərləri ikitərəfli əlaqələrin ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətləri çərçivəsində daha da genişləndirilməsinin qarşılıqlı faydalı olacağını və bunun vacibliyini vurğulayıblar. http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=41933 | |