“Azərikimya” İB Qafqaz Universiteti iş birliyi qurub


19 January, 2012
ARDNŞ-in “Azərikimya” İstehsalat Birliyinin kollektivi Qafqaz Universiteti ilə əlaqələri genişləndirir. ARDNŞ-dən SİA-ya verilən məlumata görə, ali təhsil ocağının texniki və iqtisadiyyat fakültələri tələbələrinin “Universitet – müəssisə” sistemi üzrə Birliyin zavodlarında təcrübə keçmələri, nəzəri biliklərini praktikada daha da təkmilləşdirmələri üçün “açıq qapı” şəraitinin yaradılması istiqamətində işlər aparır. Bu günlərdə birliyin sosial-mədəni həyatı və digər məsələlərlə bağlı informasiyaların cəmiyyətə operativ şəkildə çatdırılması məqsədi ilə “Azərikimya”nın internet səhifəsinin təkmilləşdirilməsi üçün istedadlı tələbələrin texniki yaradıcılıq potensialından istifadə etmək qərara gəlinib. Qafqaz Universitetində bununla bağlı görüş keçirilib. “Azərikimya” İB-nin nümayəndələri kimya və sənaye mühəndisliyi fakültələri tələbələrinin texniki yaradıcılıq nailiyyətləri, o cümlədən müəllimlərlə birgə hazırladıqları roboto-texniki vasitələrlə tanış olublar.  Yaxın günlərdə “Azərikimya”nın İnformasiya texnologiyaları şöbəsinin əməkdaşları və tələbələr Birliyin saytının təkmilləşdirilməsi üzrə işə başlayacaqlar.                               


              

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF