Qafqaz Universitetinin tələbələri “Petkim Petrokimya Holdinq” A.Ş-də təcrübə keçəcəklər
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin
“Azərikimya” İstehsalat Birliyi icraçı direktorunun müavini Xaliq
Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti Qafqaz Universitetinin
mühəndislik fakültəsinin professor və müəllimləri ilə görüşmüşdür
Bakı, 11 yanvar (AzərTAc). Azərbaycan Respublikası Dövlət Neft
Şirkətinin “Azərikimya” İstehsalat Birliyi icraçı direktorunun müavini
Xaliq Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti Qafqaz
Universitetinin mühəndislik fakültəsinin professor və müəllimləri ilə
görüşmüşdür.
Qafqaz Universitetindən AzərTAc-a bildirmişlər ki, görüşdə əməkdaşlığa dair müvafiq müqaviləyə uyğun olaraq bu ali təhsiı ocağında “Kimyaçı” tələbə klubunun formalaşdırılması, kimya mühəndisliyi və sənayenin təşkili və idarə olunması ixtisasları üzrə təhsil alan bir qrup tələbənin qış tətili müddətində Türkiyədəki “Petkim Petrokimya Holdinq” A.Ş-də 10 günlük istehsalat təcrübəsinə göndərilməsi və digər məsələlər müzakirə edilmişdir.
Sonra qonaqlar universitetin informasiya-kommunikasiya texnologiyaları tədqiqatlar mərkəzi ilə tanış olmuşlar.