Bank kredit müqavilələrinin aktual problemləri mövzusunda simpozium keçiriləcəkdir.


17 January, 2012
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi və Qafqaz Universitetinin nəzdində fəaliyyət göstərən Mülki Hüquq Tədqiqat Mərkəzinin təşkilatçılığı ilə “Bank kredit müqavilələri ilə bağlı qaydalar: nəzəri və praktiki problemlər və həlli yolları” mövzusunda 21 yanvar 2012-ci il tarixində simpozium keçiriləcəkdir. Hakim və vəkillərin iştirakı ilə keçiriləcək bu simpoziumda bank kredit müqavilələrinin aktual problemləri və praktikada tətbiqi ilə bağlı qarşıya çıxan problemlərin həlli yollarına elmi nöqteyi nəzərdən açıqlıq gətirilməsi nəzərdə tutulur. Simpoziumdakı çıxış və məruzələrin tam mətni dərc ediləcəkdir.

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF