İxtisaslı kadrların hazırlanması “Azərikimya” İB-nin kadr siyasətinin prioritetidir-

06.01.2012 [21:21]
İxtisaslı kadrların hazırlanması “Azərikimya” İB-nin kadr siyasətinin prioritetidir
Respublika Dövlət Neft Şirkətinin Sumqayıtda yerləşən “Azərikimya” İstehsalat Birliyinin baş ofisində Türkiyənin “Çağ Öyrətim İşlətmələri” özəl şirkətinin rəhbərliyi ilə görüş olmuşdur
Sumqayıt, 6 yanvar (AzərTAc). Respublika Dövlət Neft Şirkətinin Sumqayıtda yerləşən “Azərikimya” İstehsalat Birliyinin baş ofisində Türkiyənin “Çağ Öyrətim İşlətmələri” özəl şirkətinin rəhbərliyi ilə görüş olmuşdur.
“Azərikimya” İstehsalat Birliyi Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev kimya sahəsinin inkişaf perspektivlərindən danışaraq qeyd etmişdir ki, ixtisaslı mütəxəssislərin hazırlanması istehsalat birliyinin kadr siyasətinin prioritet istiqamətidir. Karbamid azot gübrəsi zavodunun və Kimya Sənaye Parkının tikintisi barədə dövlət başçısı İlham Əliyevin məlum sərəncamı bu mühüm məsələni operativ surətdə həll etməyi qarşıya qoyur. İnnovativ texnologiyalı müasir müəssisələr yüksək səviyyəli mütəxəssislər tələb edir.
“Çağ Öyrətim İşlətmələri” şirkətinin prezidenti Ənvər Ozeren şirkətin tarixi və strukturu barədə məlumat vermişdir. Qonaq demişdir: “Azərbaycanda təqribən 20 ildən bəri çalışan şirkət Azərbaycan-Türk özəl liseylərinin, ali məktəblərə hazırlıq kurslarının geniş şəbəkəsini və Qafqaz Universitetini yaratmışdır. İlk gündən biz respublikanın təhsil sisteminə yeni ab-hava gətirməyə çalışmışıq”.
Görüş iştirakçıları istehsal müəssisələri ilə tədris müəssisələri arasında əməkdaşlığı möhkəmləndirməyin zəruriliyini qeyd etmiş, tələb olunan mütəxəssislərin hazırlanması, peşə yönümü və işədüzəlmə ilə bağlı aktual problemlər üzərində dayanmışlar. Kimyaçıların bu işdə yaxşı təcrübəsi vardır. Onlar Qafqaz Universiteti ilə sıx əlaqə saxlayırlar. “Azərikimya” İB rəhbərliyinin tələbələrlə görüşləri, onlar üçün zavodlara ekskursiyaların təşkili, kimyaçılarla söhbətlər, təcrübə və staj keçmə imkanı tələbələrin gələcəkdə işə düzəlməsi, habelə kimyaçıların sıralarının layiqli mütəxəssislər hesabına artırılması kimi bir sıra aktual problemlərin həllinə kömək göstərir.
M.Babayevin sözlərinə görə, ARDNŞ-in nəzdində texniki peşə məktəblərinin yaradılması yüksək ixtisaslı və geniş profilli fəhlələr hazırlanmasına imkan verəcəkdir. 

Bu blogdaki popüler yayınlar

THE UNIVERSITY WHICH IS CHOSEN BY THE STUDENTS WITH THE TOP SCORE OF 700

Təhsil naziri Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüşüb

Rektörümüz Bilimsel Toplantı ve İşbirliği İçin Azerbaycan Kafkas Üniversitesinde