20 yanvar faciəsi “Çağ” Öyrətim İşlətmələrinin tədris müəssisələrində qeyd olunub
Azərbaycan xalqının tarixinə qara hərflərlə yazılmış 20 Yanvar
hadisələrindən 22 il keçməsinə baxmayaraq, xalqımızın öz şəhidlərinə
olan ehtiram və sevgiləri ildən-ilə keçdikcə daha da böyüyür.
Hər il
yüz minlərlə insan o qanlı gecəni xatırlayaraq şəhidlərin ruhuna dualar
oxuyur.
Bununla əlaqədar olaraq “Çağ” Öyrətim İşlətmələrinin tədris
müəssisə rəhbərləri Azərbaycan Türkiyə Özəl Liseyləri Baş İdarəsinin
rəisi Arif Gömleksiz, Bakıdakı liseylərimizin müdirləri və şagird
kollektivi qəhrəman oğul və qızlarımızın xatirəsini yad etmək üçün
Şəhidlər Xiyabanını ziyarət ediblər. Onlar Vətən uğrunda canlarından
keçmiş qəhrəmanlarımızın məzarları üstünə təzə-tər qərənfillər
düzüblər.
20 Yanvar faciəsinin anım günü “Çağ” Öyrətim İşlətmələrinin bütün
müəssisələrində də qeyd olunub. Bununla əlaqədar olaraq Azərbaycan
Türkiyə Özəl Liseylərində keçirilən konfranslarda, tədbirlərdə iştirak
edən müəllim və şagirdlər, eləcə də valideynlər əvvəlcə şəhidlərimizin
xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirlərdə çıxış edən
müəllim və valideynlər keçən əsrin sonlarında baş vermiş bu faciənin
kökləri və səbəbləri barəsində ətraflı məlumat verərək bildiriblər ki,
bu tarix xalqımız üçün faciə olmaqdan daha çox milli fəxarət günüdür.
İgid oğul və qızlarımız respublikamızın azadlığı naminə ən müasir
silahlarla silahlanmış qırmızı ordunun qarşısına əliyalın çıxaraq, heç
kim, heç nə onları bu yoldan döndərə bilməyəcəyini sübut ediblər. Biz bu
qəhrəmanları və bu qəhrəmanlığı heç vaxt unutmayacağıq.
Tədbirlərdə
şagirdlərin ifasında ədəbi-bədii kompozisiya göstərilib. Vətənpərvərlik
ruhunda şeirlər səsləndirilib. Şagirdlər Vətəni onlar kimi
sevəcəklərinə, Vətən uğrunda onlar kimi şəhid olacaqlarına and içiblər.
Sonra yerlərdəki Şəhudlər xiyabanlarını ziyarət ediblər.
http://www.cag.edu.az/v2/index.php/8-cagdan-xbrlr/447-20-yanvar-facisi-cag-oeyrtim-isltmlrinin-tdris-muessislrind-qeyd-olunub.html