Onlar Cənub bölgəsini təmsil edəcəklər
Lənkəran Özəl Türk Liseyində Beynəlxalq Ana Dili Gününə həsr edilmiş “Ana dilimizi sevək, sevdirək” müsabiqəsinin Cənub bölgəsi (Biləsuvar, Cəlilabad, Yardımlı, Masallı, Lənkəran, Astara və Lerik) üzrə seçim turunun final mərhələsi keçirilib. | |
Final mərhələsində Lənkəran rayonu
Daşdalıcar kənd orta məktəbinin şagirdi Valiyə Mahmudzadə (mahnı
kateqoriyası üzrə), Lənkəran Şəhər Xarici Dillər Təmayüllü
Gimnaziyasının şagirdi Həzənzadə Nübar (şeir), Lənkəran Özəl Türk
Liseyinin şagirdləri - Abbaslı Nahid (qrammatika), Mirzəzadə Elnur
(internet səhifəsi hazırlama) və Mirzəzadə Sabir (inşa) fərqləniblər.
Onlar fevral ayında Bakı şəhərində keçiriləcək yarımfinal mərhələsində
Cənub zonasını təmsil edəcəklər. Tədbirin sonunda Lənkəran Özəl Türk
Liseyinin müdiri Rüfət Əliyev kateqoriyalar üzrə yer tutmuş şagirdlərə
hədiyyələr təqdim edib. Müsabiqənin koordinatoru liseyin müdir müavini Elnur Mirzəyev bizimlə söhbətində 5 kateqoriya üzrə iki mərhələdə keçirilən bu yarışa 130-a yaxın VII-XI sinif şagirdinin qatıldığını bildirib. Qeyd edək ki, “Çağ” Öyrətim Şirkətinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Türkiyə Özəl Liseyləri 1999-cu ildə Heydər Əliyev tərəfindən təməli qoyulmuş Beynəlxalq Ana Dili Gününə həsr edilmiş “Ana dilimizi sevək, sevdirək” müsabiqəsini hər il təşkil edir. http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=42027&columnistId=0 |