Qafqaz Universitetinin tələbələri Petkim Petrokimya Şirkətində praktika keçəcəklər
11 January, 2012
“Azərikimya"
İstehsalat Birliyi İcraçı direktorunun kadr, rejim və informasiya
texnologiyaları üzrə müavini Xaliq Mustafayevin rəhbərlik etdiyi
nümayəndə heyəti Qafqaz Universitetində Mühəndislik fakültəsinin
professor-müəllim heyəti ilə görüşdülər.
Görüşdə “Azərikimya" İstehsalat
Birliyi - Qafqaz Universiteti ikitərəfli və “Azərikimya" İstehsalat
Birliyi - Qafqaz Universiteti - Petkim Petrokimya Holding A.Ş. üçtərfli
əməkdaşlıq müqavilələrində qeyd olunan maddələrə əsasən həyata
keçiriləcək bəzi fəaliyyətlər müzakirə olundu. Görüşdə aşağıdakı məsələlər müzakirə edildi.
- “Azərikimya" İstehsalat Birliyi ilə Qafqaz Universitetinin birgə əməkdaşlığı əsasında “Azərikimya" İstehsalat Birliyinin veb səhifəsinin formalaşdırılması və inkişaf etdirilməsində Qafqaz Universitetində fəaliyyət göstərən İKT Tədqiqatlar Mərkəzinin timsalında tələbələrin rolu,
- “Azərikimya" İstehsalat Birliyi ilə Qafqaz Universitetinin birgə əməkdaşlığı əsasında “Kimyaçı” tələbə klubunun formalaşdırılması,
- “Azərikimya" İstehsalat Birliyi - Qafqaz Universiteti - Petkim Petrokimya Holding A.Ş. üçtərəfli əməkdaşlıq müqaviləsi əsasında Qafqaz Universitetində “Kimya Mühəndisliyi” və “Sənayenin təşkili və idarə olunması” ixtisasları üzrə təhsil alan bir qrup qabaqcıl tələbənin qış tətili müddətində Petkimə 10 günlük istehsalat təcrübəsinə göndərilməsi
Səmərəli
keçən görüşdən sonra qonaqlar Qafqaz Universitetində fəaliyyət göstərən
İKT Tədqiqatlar Mərkəzi ilə əyani tanış oldular.
Dr. İsa Qasımov