ARDNŞ-in vitse-prezidenti liseydə
Yanvarın 24-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin
vitse-prezidenti Rəfiqə xanım Hüseynzadə və müşaviri Hikmət İslamov Bakı
Özəl Türk Liseyində olublar. Qonaqları Azərbaycan- Türkiyə Özəl
Liseyləri Baş İdarəsinin rəisi Arif Gömleksiz , Bakı Özəl Türk Liseyinin
müdiri Hayrettin Ünver və bir qrup şagirdlər qarşılayıblar. Qonaqlar
əvvəlcə liseyin sinif otaqları, laboratoriyaları, kitabxanası, idman
zalları və sosial şəraiti ilə yaxından tanış olublar. Sonra A. Gömleksiz
qonaqlara Azərbaycan Türkiyə Özəl Liseylərinin təhsildə əldə etdiyi
uğurları, nailiyyətləri eləcə də məktəblilərin Ətraf Mühitin Mühafizəsi
Beynəlxalq Layihə olimpiadasına (İnepo-Avrasiya) hazırlıqla bağlı
ətraflı məlumat verib. Bu görüşdən məmnun olduqlarını bildirən R.
Hüseynova və H. İslamov burada şagirdlər üçün hazırlanmış şəraitdən və
bu ilin aprel ayında keçirilməsi nəzərdə tutulan “İnepo-Avrasiya”
olimpiadasına davam edən hazırlıqdan məmnun olduğunu bildirib.
Azərbaycan-Türkiyə Özəl Liseylərinin şagirdlərinin bu dəfə də
“İnepo-Avrasiya” da ən yüksək yerləri tutaraq qızıl, gümüş və bürünc
medallar qazanacaqlarına əmin olduqlarını deyiblər.
Görüşün sonunda Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömleksiz qonaqlara xatirə hədiyyəsi təqdim edib.