Kayıtlar

Eylül, 2013 tarihine ait yayınlar gösteriliyor

“İKT ili”ndə aparılan işlər çərçivəsində ali təhsil müəssisəsinin 50 dərs otağına “Ağıllı” lövhə quraşdırılıb

Resim
Ölkəmizdə bu ilin “İKT ili” elan olunması bu sahəyə olan diqqəti daha da artırıb. Elmi texnoloji yenilikləri ilə seçilən Qafqaz Universiteti də bu sahədə yeniliklərə imza atır. Yeni tədris ilində “Suret Eyitim A.Ş” tərəfindən universitetin 50 dərs otağına “Ağıllı” lövhə quraşdırılıb. Bu barədə məlumat verən universitetdən bildirilib ki, “ağıllı” lövhələr bir sıra üstünlüklərə malikdir: “Lövhənin yaddaşına kitablar, videolar və digər dərs vəsaitləri yerləşdirilir. Eyni zamanda internetə bağlanır. Tədris olunan dərslər yaddaşa yazılır, dərsdən sonra istəyən tələbə həmin dərsin videoyazısını özünə götürə bilir”. “Ağıllı” lövhənin idarə edilməsi ilə bağlı universitetə dəvət olunmuş mütəxəssis Onur Şahin tərəfindən seminar da keçirilib. Mütəxəssis qeyd edib ki, interaktiv lövhələr dərs prosesində interaktiv şəklə çevrilir. Əvvəl lövhələrdən ancaq yazı üçün istifadə olunurdusa, yeni lövhələrdən görüntülü istifadə etmək də mümkündür. İstənilən dərs vəsaitinin, proqramların elektron v

Kafkas-Selcuk işbirliği

Resim
Selçuk Üniversiteli iki rektör protokol imzaladı.Azerbaycan’daki Kafkas Üniversitesi Rektörü Prof. Dr. Ahmet Saniç, Selçuk Üniversitesi Rektörü Prof. Dr. Hakkı Gökbel’i makamında ziyaret etti. Ziyarette iki üniversite arasında Mevlana Değişim Programı protokolü imzalandı. Protokolle üniversiteler arasında öğrenci ve öğretim üyesi değişimi yapılacağı bildirildi. Kafkas Üniversitesi Rektörü Prof. Dr. Ahmet Saniç’in de Selçuk Üniversitesi’nden mezun olduğu öğrenildi.Protokol imza töreninde Selçuk Üniversitesi Rektör Yardımcısı Prof. Dr. Mehmet Musa Özcan ve Kafkas Üniversitesi Mütevelli Heyeti Başkanı Doç. Dr. Enver Özeren de hazır bulundu. “SELÇUK DİPLOMASI BÜYÜK BİR ŞEREFTİR” Kendisinin de Selçuk Üniversitesi’nden mezun olduğunu belirten Prof. Dr. Ahmet Saniç, “20 yıl sonra tekrar Konya’da olmaktan çok mutluyum. Selçuk Üniversitesi’nin diplomasını aldım ve asistanlığımı da yine burada tamamladım. Bu benim için büyük bir şereftir. Mezun olduğum üniversiteye gelip bu anlaşmayı yapmak

Kafkas ve Selçuk Üniversitesi arasında değişim imzalandı

Resim
  KONYA-  Selçuk Üniversitesi ve Azerbaycan'daki Kafkas Üniversitesi arasında Mevlana Değişim Programı protokolü imzalandı. Protokolle üniversiteler arasında öğrenci ve öğretim üyesi değişimi yapılacağı bildirildi. Azerbaycan'daki Kafkas Üniversitesi Rektörü Prof. Dr. Ahmet Saniç, Selçuk Üniversitesi Rektörü Prof. Dr. Hakkı Gökbel'i makamında ziyaret etti. Ziyarette iki üniversite arasında Mevlana Değişim Programı protokolü imzalandı. Protokolle üniversiteler arasında öğrenci ve öğretim üyesi değişimi yapılacağı bildirildi.Protokol imza töreninde Selçuk Üniversitesi Rektör Yardımcısı Prof. Dr. Mehmet Musa Özcan ve Kafkas Üniversitesi Mütevelli Heyeti Başkanı Doç. Dr. Enver Özeren de hazır bulundu.Kendisinin de Selçuk Üniversitesi'nden mezun olduğunu belirten Prof. Dr. Ahmet Saniç, "20 yıl sonra tekrar Konya'da olmaktan çok mutluyum. Selçuk Üniversitesi'nin diplomasını aldım ve asistanlığımı da yine burada tamamladım. Bu benim için büyük bir şereftir. Mez

Türkiyənin gömrük və ticarət naziri müavininin başçılıq etdiyi nümayəndə heyəti Qafqaz Universitetində olmuşdur

Resim
Bakı, 25 sentyabr (AzərTAc). Bakıda keçirilən Beynəlxalq Gömrük Muzeyləri Assosiasiyasının (BGMA) 21-ci konfransında iştirak etmək üçün Azərbaycana gəlmiş Türkiyənin gömrük və ticarət nazirinin müavini Fatih Metinin başçılıq etdiyi nümayəndə heyəti Qafqaz Universitetində olmuşdur.  Qafqaz Universitetindən AzərTAc-a bildirmişlər ki, görüşdə bu ali məktəbin prorektoru Cihan Bulut təhsil müəssisəsinin fəaliyyəti barədə məlumat vermişdir.Türkiyə ilə Azərbaycanın mehriban qardaşlıq münasibətlərinin əhəmiyyətini vurğulayan Fatih Metin, eyni zamanda, müasir dünyada təhsilin mühüm rolundan danışmışdır. Görüşdə Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun iştirak etmişdir. Sonra qonaqlar universitetin tədris şəraiti ilə tanış olmuşlar.   http://www.azertag.gov.az/node/1140369

Qafqaz Universiteti iş dünyası ilə əlaqələr şöbəsinin nümayəndələri Gilan Tekstil Parkında olmuşlar

Resim
Bakı, 23 sentyabr (AzərTAc). Qafqaz Universiteti iş dünyası ilə əlaqələr şöbəsinin nümayəndələri Gilan Tekstil Parkında olmuşlar. Qafqaz Universitetindən AzərTAc-a bildirmişlər ki, görüşdə Gilan Tekstil Parkı barədə məlumat verilmişdir. Sonra nümayəndələr Gilan Tekstil Parkı ilə tanış olmuşlar. © İstifadə edilərkən AzərTAc-a istinad olunmalıdır https://www.facebook.com/qafqazlife/posts/460054990774587?comment_id=2680990&offset=0&total_comments=16&notif_t=feed_comment

Təhsil naziri: “Biznes dünyası peşə təhsilinə dəstək verməlidir”

Resim
Amerika-Azərbaycan Ticarət Palatasının (AMCHAM) təşkilatçılığı ilə “Hyatt Regency” otelinin “Quba” zalında işgüzar görüş keçirilib.   Tədbirdə Təhsil naziri Mikayıl Cabbarov, AMCHAM-ın prezidenti İlqar Vəliyev, ölkəmizdə fəaliyyət göstərən şirkət və biznes qurumlarının nümayəndələri iştirak ediblər. Təhsil naziri Mikayıl Cabbarov təhsil sahəsi ilə biznes dünyası arasındakı əlaqələrin perspektiv inkişafına dair fikirlərini bildirib. Nazir qeyd edib ki, təhsilin bütün pillə və səviyyələr üzrə inkişafı Təhsil Nazirliyinin qarşısında duran əsas vəzifələrdəndir: “İnsanların gələcək professional karyera qurması üçün əlverişli zəmin yaradılması təhsil sisteminin prioritet hədəfləri sırasındadır. Bunun üçün təhsil müəssisələri ilə biznes qurumları arasında əlaqələrin genişləndirilməsi olduqca əhəmiyyətlidir. Biznes dünyası sosial məsuliyyətlilik prinsiplərinə sadiq qalaraq gənclərin gələcək professional inkişafına dəstək vermək məsələsində də fəal olarsa, daha yaxşı nəti

Qafqaz universitetinin komandası Meksikada Ölkəmizi təmsil edəcək

Resim
27 September, 2013, Gənclər və İdman Nazirliyinin dəstəyi ENACTUS  Azərbaycan şırkətinin təşkilatcılığı ilə Qafqaz Universitetinin komandası Meksikanın Kankun şəhərində keçiriləcək yarışmada Ölkəmizi təmsil edəcək.  37 ölkənin iştirak edəcəyi yarışmaya  29 sentyabrda iştirakcı ölkələrin mədəniyyət günlərinin keçirilməsi ilə start veriləcək.sentyabrın son günü və oktyabr ayının ilk günü layihə yarışması keçiriləcək.      Komandamız yarışmaya  “Əl-ələ”, ”Lokal düşün qlobal hərəkət et” və ”Yaşıl şəhərcikdən yaşıl Bakıya” adlı üç layihə ilə qatılacaq. Qafqaz universitetində bu layihələrin təqdimetmə mərasimi keçirilib. Holdinq və şirkətlərin nümayəndələrinin  elm adamlarının və tələbələrin qatıldığı mərasimdə komandamıza uğurlar arzulayiblar. http://www.qu.edu.az/az/news/Qafqaz-universitetinin-komandas%C4%B1-Meksikada-%C3%96lk%C9%99mizi-t%C9%99msil-ed%C9%99c%C9%99k-3835.html

Qafqaz universitetindən daha bir yenilik

Resim
Ölkəmizdə  bu ilin  İKT ili elan olunması bu sahəyə olan diqqəti dahada artırıb. Elmi texnoloji yenilikləri ilə seçilən Qafqaz Universiteti də bu sahədə yeniliklərə imza atır.    Yeni tədris ilində Suret Eyitim A.Ş tərəfindən universitetin 50 dərs otağına “Ağıllı lövhə” quraşdırılıb. Köhnə yazı lövhələrini əvəzləyən ağıllı lövhələrin üstünlüklərini saymaqla bitmir.Lövhənin yaddaşına kitablar, videolar  və digər dərs vəsaitləri yerləşdirilir. Eyni zamanda internetə bağlanır. Tədris olunan dərslər yaddaşa yazılır dərsdən sonra istəyən tələbə həmin dərsin video yazısını özünə götürə bilir. “Ağıllı lövhə”nin idarə edilməsi ilə bağlı universitetə dəvət olunmuş mütəxəsis Onur Şahin tərəfindən seminar verilib.Mütəxəsis qeyd edibki interaktiv lövhələr dərs prosesinidə interaktiv şəklə çevirir. Əvvəl  lövhələrdən ancaq yazı üçün istifadə olunurdusa yeni lövhələrdən  görüntülüdə istifadə etmək olur.İstənilən dərs vəsaitinin,proqramların elektron versiyası yuklənir və dərs prosesində is

Qafqaz Universitetində Türkiyəli yazıçı ilə görüş keçirilib

Resim
27 September, 2013,    Sentyabr ayının 23-də Qafqaz Universitetində Pedaqogika Fakültəsi Dil və Ədəbiyyat müəllimliyi kafedrasının tələbələri Türkiyəli yazıçı Ömər Sevinçgül ilə görüş keçirib. Bu görüşdə həmçinin Avrasiya Yazıçılar Birliyinin sədri, "Qardaş qələmlər" dərgisinin redaktoru Doç.Yakup Öməroğlu və Timaş nəşriyyatının editoru Cüneyt Dalqakıran da iştirak ediblər.Tədbirin açılışında Ömər Sevinçgülün tərcümeyi-halı oxunaraq onun haqqında tələbələrə məlumat verildi. Gənçlərin yazıçısı kimi tanınan Ömər  Sevinçgül tələbələrlə söhbət edərək onları maraqlandıran suallara cavab verib. Digər qonaqlar da çıxış edərək tələbələrin suallarını cavablandırdılar. Bu tədbirdə yazıçı Ömər Sevinçgüllə tələbələr arasında maraqlı dialoq yaşanıb. Tədbirin sonunda qonaqlara Fakültə dekanı tərəfindən universitetimizdən xatirə olaraq təşəkkürnamə verilib.  http://www.qu.edu.az/az/news/T%C3%BCrk

Qafqaz univeristetində olmaqdan qürur duyuram

Resim
25 September, 2013,    Bakıda keçirilən Beynəlxalq Gömrük Muzeyləri Assosiasiyasının 21-ci konfransı və Baş Assosiasiyasının iclasında iştirak etmək üçün Azərbaycanda səfərdə olan Türkiyənin gömrük və ticarət nazirinin müavini Fatih Metinin rəhbərlik etdiyi nümayəndə heyyəti və Türkiyə cümhuriyyətinin Azərbaycandakı səfiri  Alper  Coşqun Qafqaz universitetində olublar. Qonaqları qarşılayan universitetin prorektoru Cihan Bulud təhsil ocağı haqda geniş məlumat verib,tədrislə bağlı sualları cavablandırıb.Universitetin maddi texniki bazası və dərs prosesi ilə tanış olan nümayəndə heyyəti yaradılmış şəraitdən məmnun qaldıqlarını ifadə ediblər.Sonda qonaqlar universitetə plaket hədiyyə edib və xatirə şəkli çəkdiriblər.      Fatih Metin (Türkiyənin gömrük və ticarət nazirinin müavini )– Qafqaz universitetinin ziyarətimdən məmnun qaldım.Azərbaycan gəncliyinin gözlərindəki parıltl və sevinc ifadələ

Qafqaz Universitetinin Rektoru İTU Texnoparkında

Resim
ARDNŞ-in Vitse Prezidenti Xalid Məmmədov, Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi Təhsil Şurasının sədri Ənvər Özərən, Qafqaz Universiteti Rektoru Ahmet Saniç və bir neçə nümayəndə heyəti  Türkiyə səfərləri çərçivəsində İstanbul Teknik Universitetinin ARI Texnoparkını ziyarət ediblər. Qonaqlar İTU ARI Texnoparkındakı tələbələrin fəaliyyəti, Texnoparkın  maddi-texniki bazası, onun i ş prinsipləri və digər fəaliyyətlərlə  yaxından tanış olublar.  

Məktəb şagirdləri arasında robort hazırlama olimpiadası keçiriləcək

Qafqaz Universitetinin İKT elmi tədqiqat mərkəzi Azərbaycanda texnologiyalara həvəsi olan orta məktəb şagirdləri arasında robot hazırlama olimpiadası təşkil edəcək. Mərkəzin rəhbəri Xəyyam Məsiyev olimpiadanı keçirməkdə məqsədin istedadlı yeniyetmə və gənclərin üzə çıxarılması olduğunu deyib. http://kepeztv.az/?q=məktəb-şagirdləri-arasında-robot-hazırlama-olimpiadası-təşkil-ediləc�

Mini knowledge competition at the translation dept

Resim
Share on tw There has been held mini knowledge competition among translation dept students at the Reading and writing-1 subject conducted by Polad Poladov. In the competition seslisozluk.com web page has extensively been used. Students' word count has been checked during the game as it is vital for improving reading and writing skills. Some students have very much been distinguished

Türkiyəli mütəxəssislər Qafqaz Universitetində olmuşlar

Resim
A A Türkiyənin Rəcəb Tayyib Ərdoğan Universiteti və Atatürk Universitetinin pedaqogika fakültələrinin mütəxəssisləri Qafqaz Universitetində olmuşlar. Qafqaz Universitetindən AzərTAc-a bildirmişlər ki, qonaqlar bu ali məktəbdə müvafiq sahələr üzrə araşdırmalar aparmış, tələbələrlə görüşmüşlər. Sonra Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç ilə türkiyəli mütəxəssislər arasında təhsillə bağlı fikir mübadiləsi olmuşdur. Mənbə:  azertag.com  

Fizika İnstitunun professoru Universitetimizə gözəl təklif etdi.

Resim
Bu gün Qafqaz Universiteti İş Dünyası ilə Əlaqələr Şöbəsi Fizika İnstitunun Professoru Emil bəy və onun köməkçisi Rüfət bəyi qəbul etdi. Şöbəmizin təşkil etdiyi görüşdə Prof. Emil bəy Fizika müəllimliyi və Kimya Mühəndisliyində oxuyan tələbələrimizə gözəl təkliflər etdi. Belə ki, qonaqlarımız Almaniya , Yaponiya və İngiltərədən gətirilən yeni texnalogiyalarından istifadə etmək üçün bizim tələbələrin orada təcrübə keçmələri və işlə təmin olunmalarına daima hazır olduqlarını qeyd etdilər. Hörmətli Prorektorumuz Prof. Dr. Niftalı Qocayevində iştirak etdiyi görüşdə bütün bu təkliflərin rektor bəylə görüşülüb  müqavilə bağlanılması təklifi olundu. Sonda Şöbəmiz qonaqları Universitetimizin dərs şəraitiylə yaxından tanış etdi və xatirə şəkili çəkdirdi. KPM: İlkin Məcidov

Qafqaz Universitetinin əməkdaşı Tallin universitetində təcrübə proqramında iştirak edir

Resim
Qafqaz Universitetinin əməkdaşı Sahib Kazımov Avropa İttifaqının Erasmus Mundus layihəsi çərçivəsində ALRAKİS II proqramı vasitəsilə Estoniya Respublikası, Tallinn Universitetinin İnformasiya Elmləri İnstitutunda 1 aylıq akademik təcrübə mübadiləsi keçmək hüququnu qazanmışdır. 01-30 sentyabr 2013-cü il tarixləri arasında reallaşan təcrübə mübadiləsi zamanı ona Tallinn Universitetinin dünya səviyyəsində tanınmış professorlarından biri olan Prof. Sirje Virkus rəhbərlik edəcəkdir. İştirakçılara Avropa Birliyinə üzv ölkələrin ən qabaqcıl universitet və tədqiqat mərkəzlərində tədqiqat aparmaq imkanı yaradan bu proqram çərçivəsində əməkdaşımız informasiya cəmiyyətinin inkişaf problemləri, elektron dövlət quruculuğu, regionlar arasındakı rəqəmsal fərqlərin qiymətləndirilməsi və s. kimi məsələlər üzrə tədqiqat aparacaqdır.   Eləcə də, Qafqaz Universiteti və AMEA İnformasiya Texnologiyaları İnstitutu ilə Tallin Universiteti arasında gələcək əməkdaşlıq perspektivləri araşdırılır.   Av

Qafqaz Universiteti ilə Qafqaz Leasing şirkəti arasındakı mövcuq əlaqələr inkişaf edir.

Resim
Qafqaz Universiteti İş Dünyası ilə Əlaqələr Şöbəsi Karyera Planlama Mərkəzi "Qafqaz Leasing" - in Biznes İnkişaf Şöbəsinin Müdiri və Biznes Lizing Şöbəsi Müdir Müavinini qəbul etdi. Görüş zamanı şirkət nümayəndələri uzun müddətdən bəri davam edən əməkdaşlığımızın dahada inkişaf etdirilməsi üçün tələbələrimizlə bir daha görüşmək arzusunda olduqlarını bildirdilər.Bir neçə məzunumuzun həmin şirkətdə yüksək vəziyfələrdə işləməsi və işlərinin öhdəsindən laiqincə gəldiklərini bildirən qonaqlarımız  Qafqaz Universitetinin tələbələrinə həmişə önəm verdiklərini vurğuladılar.Bunun bəhrəsi olaraq sonda şirkət rəhbərləri bizə öz vakansiyalarını təqdim etdi və hər zaman məzunlarımızla işləmələrindən məmnun qaldıqlarını bildirdilər. KPM İlkin Məcidov

Qafqaz Universiteti İş Dünyasi ilə Əlaqələr Şöbəsinin nümayəndələri Gilan Tekstil Parkında qonaq oldu.

Resim
Qafqaz Universiteti İş Dünyasi ilə Əlaqələr Şöbəsinin nümayəndələri Gilan Tekstil Parkında iş görüşməsində oldu. Karyera Planlama Mərkəzi tərəfindən təşkil olunmuş görüşdə şirkətlə tanış olduqdan sonra bizə  mövcud vakansiyalar haqqında ümumi məlumat verildi. Yeni qurulmuş şirkətdə bizim məzunlarımızında işləmələrindən məmnun olduqlarını bildirən İnsan Resursları Şöbəsi Müdiri Rəna xanım Universitetimizlə əlaqələrin daha da, möhkəmlənməsində maraqlı olduqlarını qeyd etdi. Daimi İnkişaf Mərkəzinin verdiyi kurslarla yaxından tanış olan şirkət nümayəndəsi sonda görüşdən məmnun qaldıqlarını vurğuladı . KPM İlkin Məcidov

Hyundai Auto Azerbaijan-nin nümayəndələri Qafqaz Universitetinin qonağı oldu.

Resim
Hyundai Auto Azerbaijan-nin nümayəndələri universitetimizin qonağı oldu.Qafqaz Universiteti Karyera Planlama Mərkəzi tərəfindən təşkil olunmuş görüşdə şirkətlər arasında mövcud əlaqələrin daha da, möhkəmlənməsindən danışılıb.Şirkət nünayəndələri mövcud vakansiyalar haqqında bizə məlumat verdikdən sonra Daimi İnkişaf Mərkəzi təlimçilərimiz tərəfindən verilən kurslar barəsində şirkət nümayəndələrinə məlumat verdi.Sonda Şirkət nümayəndələri Universitetimizlə daha yaxından tanış edildi.

Qafqaz Universitetində Bilik Günü

Resim
Qafqaz Universitetində 16 sentyabr  Bilik Günü münasibətilə 2013-2014 tədris ilinin açılış proqramı keçirilib. Tədbirdə Beynəlxalq Təhsil Mərkəzinin Təhsil Şurasının sədri cənab Ənvər Özərən bəy, millət vəkili Ziyad Səmədzadə, universitetin professor müəllim heyəti, valideynlər və tələbələr iştirak ediblər. Tədbir ümummilli lideri Heydər Əliyev və Türkiyə Cümhuriyyətinin qurucusu ulu öndər Mustafa Kamal Atatürk başda olmaqla, ölkələrimizin müstəqilliyi uğrunda mübarizədə şəhidlik zirvəsinə ucalmış vətən övladlarımızın, elm, mədəniyyət, maarifimizin bu günlərə çatmasında əməyi keçmiş elm adamlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan və Türkiyə Respublikalarının dövlət himnlərinin oxunmasıyla açıq elan edilib. Tədbiri giriş nitqi ilə açan universitetin rektoru, professor Ahmet Saniç vurğulayıb ki, 2013-2014 tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarında 6 nəfər maksimal nəticə göstərərək 700 bal toplayıb

Qafqaz Universitetində Bilik Günü qeyd edildi

Resim
Qafqaz Universitetində Bilik Günü qeyd edildi Qafqaz Universitetində 16 sentyabr Bilik Günü münasibətilə 2013-2014 tədris ilinin açılış proqramı keçirilib. Tədbirdə Beynəlxalq Təhsil Mərkəzinin Təhsil Şurasının sədri cənab Ənvər Özərən bəy, millət vəkili Ziyad Səmədzadə, universitetin professor müəllim heyəti, valideynlər və tələbələr iştirak ediblər. Tədbir ümummilli lideri Heydər Əliyev və Türkiyə Cümhuriyyətinin qurucusu ulu öndər Mustafa Kamal Atatürk başda olmaqla, ölkələrimizin müstəqilliyi uğrunda mübarizədə şəhidlik zirvəsinə ucalmış vətən övladlarımızın, elm, mədəniyyət, maarifimizin bu günlərə çatmasında əməyi keçmiş elm adamlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan və Türkiyə Respublikalarının dövlət himnlərinin oxunmasıyla açıq elan edilib.  Tədbiri giriş nitqi ilə açan universitetin rektoru, professor Ahmet Saniç vurğulayıb ki, 2013-2014 tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarında 6 nəfə

YAP-ın Gənclər Birliyi “İnformasiya Kommunikasiya Texnologiyaları ili” mövzusunda tədbir keçirib

Resim
Bakı. Rami Məmmədli – APA. Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi “İnformasiya Kommunikasiya Texnologiyaları ili” mövzusunda tədbir keçirib. APA-nın məlumatına görə, YAP Gənclər Birliyinin sədri Seymur Orucov tədbiri açaraq gənclərin bu sahəyə cəlb olunmasının əhəmiyyətini vurğulayıb. Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov Azərbaycanın bu sahə ilə bağlı fəaliyyəti və strategiyası haqda danışıb. O deyib ki, dövlətin bu sahədəki islahatları və yenilikləri gənclərin yeni iş yeri ilə təmin olunmasına şərait yaradacaq. İ. Məmmədov xatırladıb ki, hazırda Azərbaycan öz peyki olan azsaylı ölkələrdən biridir: “Prezident İlham Əliyevin təşəbbüsü ilə ən ucqar kəndlərimizdə belə yüksək meqabitlik internet şəbəkəsi formalaşdırılacaq. Azərbaycanda şəhərlə kənd arasında bu istiqamətdə uçurumun olmaması üçün ciddi addımlar atılır. Bütün bölgələr optik kabellərlə təchiz olunub. Bu, regionların inkişafına dəstək xarakteri daşıyır”. Bakı Ali Neft Məktəbin rekto

Hansı Azərbaycan universiteti dünya reytinqinə düşdü?

Resim
Onların arasında ikisi özəl universitetlərdir. ABŞ-dakı Massaçusets Texnologiya İnstitutu  (MİT) dünyanın ən yaxşı universitetidir. Harvard Universiteti ikinci, Kembric isə 3-cü sıradadır. Oxu.Az  Azadlıq Radiosuna istinadən xəbər verir ki bu barədə QS Quacquarelli Symonds şirkətinin hər il tərtib elədiyi 3000 təhsil məktəbi siyahısında bildirilir. Siyahıda ABŞ və Britaniya universitetləri ön sıralarda gedir. İlk onluqda Britaniyanın 4 məktəbi var.  Kembric 3-cü, London Universitet Kolleci 4, İmperial Kollec 5, və Oksford 6-cı sıradadır. Ilk onluqda növbəti yerləri ABŞ-dan Stanford, Yale, Çikaqo, Kaliforniya Texniki Universiteti və Prinston Universitetləri tutur. İlk 200 universitet arasında Azərbaycanın qonşuları və post sovet məkanından bu siyahıda ancaq bir universitet var – Moskvadakı Lomonosov adına Moskva Dövlət Universiteti, o da 120-ci sırada. Azərbaycan ali təhsil məktəblərindən ancaq 3-ü 3 min ali məktəb arasına düşüb. Xəzər və Qafqaz Universitetləri 651-

Dünya miqyaslı siyahıda - 3 Azərbaycan universiteti

Resim
Share on facebo Share on twitter ABŞ-dakı Massaçusets Texnologiya İnstitutu  (MİT) dünyanın ən yaxşı universitetidir. Harvard Universiteti ikinci, Kembric isə 3-cü sıradadır. Bu barədə QS Quacquarelli Symonds şirkətinin hər il tərtib elədiyi 3000 təhsil məktəbi siyahısında bildirilir. Siyahıda ABŞ və Britaniya universitetləri ön sıralarda gedir.İlk onluqda Britaniyanın 4 məktəbi var.  Kembric 3-cü, London Universitet Kolleci 4, İmperial Kollec 5, və Oksford 6-cı sıradadır.Ilk onluqda növbəti yerləri ABŞ-dan Stanford, Yale, Çikaqo, Kaliforniya Texniki Universiteti və Prinston Universitetləri tutur.İlk 200 universitet arasında Azərbaycanın qonşuları və post sovet məkanından bu siyahıda ancaq bir universitet var – Moskvadakı Lomonosov adına Moskva Dövlət Universiteti, o da 120-ci sırada. Azərbaycan ali təhsil məktəblərindən ancaq 3-ü 3 min ali məktəb arasına düşüb. Xəzər və Qafqaz Universitetləri 651-700-cü sıralarda, Bakı Dövlət Universiteti isə 701-ci sırada yer alıb.  Ermənistan v

Qafqaz Universiteti QS reytinqində

Bu hefte  açklanan QS reytinkine göre Universitetimiz İstanbul Universiteti ve Hazar Universiteti  ile birlikte 650-700 yerde yer almışdır.Bu sıralamada Azerbaycandan yer alan 3.universitet BDU 701. yerdedir. http://www.topuniversities. com/node/3286/ranking-details/ world-university-rankings/2013 Eyni zamanda bu ay açıqlanan SSRN Top 1,600 Entrepreneurship Research & Policy Network Organizations sıralanmasında 264. Yerde yer almışdır. http://hq.ssrn.com/rankings/ Ranking_display.cfm? RequestTimeout=5000&TMY_gID=2& TRN_gID=27&runid=40868

Qafqaz Universiteti Erasmus Mundus HUMERIA layihəsində tərəfdaş universitet hüququ qazanmışdır

Resim
Bakı, 5 sentyabr (AzərTAc). Qafqaz Universiteti 2013-cü ildə növbəti Erasmus Mundus layihəsi seçimlərində Erasmus Mundus HUMERIA layihəsində tərəfdaş universitet hüququ qazanmışdır. Qafqaz Universitetindən AzərTAc-a bildirmişlər ki, layihənin əlaqələndiricisi Estoniyanın Tallinn Universitetidir. Layihədə 14 ölkədən 19 tərəfdaş universitet yer almaqdadır. HUMERIA layihəsi müvafiq universitetlər arasında əməkdaşlığın stimullaşdırılması, xüsusilə də Avropa İttifaqı və qonşu ölkələri arasında humanitar, təhsil, incəsənət, regional və beynəlxalq əlaqələr sahəsində təhsil müəssisələrinin tələbə və müəllimlərinin təhsil, təlim və təcrübə proqramlarını hədəfləməkdədir. HUMERIA layihəsi 2013-2016-cı illəri əhatə edəcəkdir. Bundan əvvəl Erasmus Mundus ALRAKIS I, ALRAKIS II, BACKIS proqramları ilə Qafqaz Universitetindən 4 tələbə artıq təhsil almaqdadır. Universitetin akademik və administrativ heyətindən 3 nəfər də proqramlarda iştirak etmiş, 9 nəfər isə iştirak edəcəkdir. Xatırladaq ki, Eras

Qafqaz Universitetinin tələbələri İstanbul Birjasında

Resim
Qafqaz Universiteti və İstanbul Birjasının tədris razılaşmasına əsasən, 4-5 Sentyabr tarixlərində Qafqaz Universitetinin İqtisadiyyat və İdarəetmə Fakültəsinin bir qrup tələbəsi  Borsa İstanbulda "Türkiyə Sərmayə Bazarları" adlı 2 günlük təlimdə iştirak etdilər. 4 Sentyabrda tələbələri qarşılayan Borsa İstanbulun İnsan resursları bölməsinin müdür müavini Dr. Taşkın Subaşı tələbələrimizə Birjanın təlim-təcürbə proqramları və universitet seminarları haqqında məlumat verdi. Daha sonra Təlim proqramı Birjanın müxtəlif sahələr üzrə mütəxəssisləri tərəfindən davam etdirildi. Birjanın xarici əlaqələr bölməsinin əməkdaşı Bengi Kadığolu Türk sərmayə bazarları və birjanın tarixi haqqında giriş məlumatlarını verdi. Kotirovkalar bölməsindən Yahya Sayman IPO-lar və birjada listinq haqqında praktik seminarla şirkətlərin birjaya necə daxil olması, birjada əməliyyat aparılma şərtləri və qaydalarını izah etdi. Təlimin 1-ci gününün son seminarını İnkişaf etməkdə olan bazarlar bölməsindən Fil

Qafqaz Universiteti Texnoparkının Türkiyədə təcrübə proqramı başa çatıb

Resim
Qafqaz Universiteti Texnoparkının (QUTechnopark) həyata keçirdiyi Türkiyədə Texnopark Təcrübəsi Proqramı (TTTP) başa çatıb. Universitetdən Trend-ə verilən məlumata görə, sahibkarlığın inkişafına dəstək proqramlarından olan TTTP gənc təşəbbüskarların iştirakı ilə Türkiyədə fəaliyyət göstərən aparıcı texnoparklarda həyata keçirilib. Təcrübə proqramının məqsədi gənc təşəbbüskarların şirkətləşmə istiqamətində nəzəri və praktiki potensiallarının artırılması ilə yanaşı, fəaliyyətdə olan təşəbbüskar firmaların qurucuları və ya idarəçiləri ilə tanışlıqların formalaşdırılması olub. Təcrübə proqramının iştirakçıları QUTechnopark-ın həyata keçirdiyi Yeni Fikir Müsabiqəsinin ən yaxşı iş fikirlərinin müəllifləridir. Türkiyədə Texnopark Təcrübəsi Proqramı avqustun 12-dən 31-dək Yıldız Texniki Universiteti Texnoparkı, İstanbul Texniki Universiteti Texnoparkı və Orta Doğu Texniki Universiteti Texnoparkında həyata keçirilib. Məqalə müəllifi ilə əlaqə ünvanı:   agency@trend.az http://az.t

Türkiyədə Texnopark Təcrübəsi Proqramı başa çatdı

Resim
Qafqaz Universiteti Texnoparkının (QUTechnopark) həyata keçirdiyi Türkiyədə Texnopark Təcrübəsi Proqramı (TTP) başa çatdı. Qafqaz Universitetinin Mətbuat xidmətinin rəhbəri Rəcəb Rzayevin sözlərinə görə, sahibkarlığın inkişafına dəstək proqramlarından olan TTP gənc təşəbbüskarların iştirakı ilə Türkiyədə fəaliyyət göstərən aparıcı texnoparklarda həyata keçirilib: “Proqram 12-31 avqust tarixlərində Yıldız Teknik Universiteti (YTU) Texnoparkı, İstanbul Teknik Universiteti (İTU) Texnoparkı və Orta Doğu Texniki Universiteti (ODTU) Texnoparkında reallaşıb. Qafqaz Universiteti və TİKA Bakı Koordinatorluğunun maliyyə dəstəyi ilə həyata keçirilən proqramın məqsədi gənc təşəbbüskarların şirkətləşmə istiqamətində nəzəri və praktiki potensiallarının artırılması ilə yanaşı, fəaliyyətdə olan təşəbbüskar firmaların qurucuları və ya idarəçiləri ilə tanışlıqların formalaşdırılması idi. Proqramın iştirakçıları “QUTechnopark”ın həyata keçirdiyi Yeni Fikir Müsabiqəsinin (YFM) ən yaxşı iş fikirlərinin

Türkiyədə texnopark təcrübəsi proqramı başa çatmışdır

Resim
Bakı, 3 sentyabr (AzərTAc). Qafqaz Universiteti Texnoparkının (QUTechnopark) həyata keçirdiyi Türkiyədə texnopark təcrübəsi proqramı başa çatmışdır. Qafqaz Universitetindən AzərTAc-a bildirmişlər ki, sahibkarlığın inkişafına dəstək proqramlarından olan Türkiyədə texnopark təcrübəsi proqramı gənc təşəbbüskarların iştirakı ilə qardaş ölkədə fəaliyyət göstərən aparıcı texnoparklarda həyata keçirilmişdir. Təcrübə proqramının məqsədi gənc təşəbbüskarların şirkətləşmə istiqamətində nəzəri və praktiki potensiallarının artırılması ilə yanaşı, təşəbbüskar firmaların qurucuları və ya idarəçiləri ilə tanışlıqların formalaşdırılması olmuşdur. Təcrübə proqramının iştirakçıları QUTechnopark-ın həyata keçirdiyi yeni fikir müsabiqəsinin ən yaxşı iş ideyalarının müəllifləridir. Türkiyədə texnopark təcrübəsi proqramı bu il avqustun 12-dən 31-dək Yıldız Texniki Universiteti, İstanbul Texniki Universiteti və Orta Doğu Texniki Universiteti texnoparklarında həyata keçirilmişdir. Bununla belə, Türkiyədə

Koreyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri və Koreyanın Arirang televiziyasının prezidenti Qafqaz Universitetini ziyarət etdi.

Resim
Sentyabrın 4-də Xəzər tv-nin sədri Hüseyin Dinləməzin təşkilatçılığı ilə  Koreyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri H.E. Choi Suk-inn və koreyada fəaliyyət göstərən Arirang televiziyasının prezidenti Jie-Ae Sohn  Qafqaz Universitetini   ziyarət etdilər. Rektor professor Ahmed Saniç Koreyanın Ölkəmizdəki Fövqəladə və səlahiyyətli səfiri H.E. Choi Suk-inn salamladı və universiteti ziyarət etdiklərinə görə qonaqlara öz təşəkkürünü bildirdi. Sonra söz cənab səfirə verildi. Səfir  Qafqaz Universitetinə gəlişindən çox məmnun olduğunu söylədi. Səfir daha sonra öz çıxışında Qafqaz  Universiteti barədə  çox eşitmişdim  ziyarət məndə  xoş izlər buraxdı. Onun üçün də növbəti dəfə yenə dəvət edilsəm  heç bir tərəddüt etmədən yenidən bu təhsil ocağına qonaq gələrəm dedi. Səfir çıxış nitqini başa çatdırdıqdan sonra müəllimlərin təhsillə əlaqəli  suallarına cavab verdi.  Sonra günun xatirəsinə şəkil çəkildi və gələn heyyətə rektor Ahmet Saniç tərəfindən  xatirə plaketi təqdim olundu

Türkiyədə Texnopark Təcrübəsi Proqramı başa çatdı.

Resim
Qafqaz Universiteti Texnoparkının (QUTechnopark) həyata keçirdiyi Türkiyədə Texnopark Təcrübəsi Proqramı (TTTP) başa çatdı.   Sahibkarlığın inkişafına dəstək proqramlarından olan TTTP gənc təşəbbüskarların (girişimçilərin) iştirakı ilə Türkiyə Cümhuriyyətində fəaliyyət göstərən aparıcı texnoparklarda həyata keçirildi. Təcrübə Proqramın məqsədi gənc təşəbbüskarların şirkətləşmə istiqamətində nəzəri və praktiki potensiallarının artırılması ilə yanaşı, fəaliyyətdə olan təşəbbüskar firmaların qurucuları və ya idarəçiləri ilə tanışlıqların formalaşdırılması idi. Təcrübə Proqramının iştirakçıları QUTechnopark-ın həyata keçirdiyi Yeni Fikir Müsabiqəsinin (YFM) ən yaxşı iş fikirlərinin müəllifləridir. Türkiyədə Texnopark Təcrübəsi proqramı 12-31 Avqust 2013 tarixinlərində Yıldız Texniki Universiteti (YTU) Texnoparkı, İstanbul Texniki Universiteti (İTU) Texnoparkı və Orta Doğu Texniki Universiteti (ODTU) Texnoparkında həyata keçirildi. Bununla belə, TTTP iştirakçıları Fatih Universit