“El” Televiziyasında görüş

Yanvarın 18-də Ağdaş Özəl Türk Liseyinin müdiri Ramazan Tomay Yevlax “El” televiziyasının Baş direktoru İqbal Məmmədəliyevlə görüşüb. Görüş zamanı R. Tomay liseyin uğurlarından, nailiyyətlərindən, müasir texnologiyaların liseyin tədris sisteminə tətbiqindən danışıb. Sonra bu yaxınlarda keçirilmiş “Ana dilimizi sevək, sevdirək” müsabiqəsinin final yarışı tədbirinin çəkilişində göstərdiyi köməkliyə görə İ. Məmmədəliyevə təşəkkürrünü bildirib və xatirə hədiyyəsi təqdim edib. Bu görüşdən məmnun olduğunu bildirən “El” televiziyasının Baş direktoru İqbal Məmmədəliyev qonağa rəhbərlik etdiyi televiziyanın fəaliyyətindən danışaraq, televiziyanın bir sıra studiya, montaj və.s otaqlarlı ilə tanış edib. İ. Məmmədəliyev bundan sonra da liseyin keçirdiyi tədbirlərin işıqlandırılmasında yaxından kömək edəcəklərini bildirib. 
Sonra Ağdaş ÖTL-nin müdiri Ramazan Tomay eyni zamanda Yevlax “El” televiziyasının Xəbərlər Departamentinin direktoru İnqilab Şirinbəyli və xəbərlər departamentinin bir qrup əməkdaşları ilə də görüşüb. Görüş zamanı liseyin müdiri İ. Şirinbəyliyə “Ana dilimizi sevək, sevdirək” müsabiqəsinin final yarışı tədbirində münsiflər heyəti qismində iştirak etdiyinə görə,təşəkkür edərək xatirə hədiyyəsi təqdim edib.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır