Qafqaz Universitetinin rektoru Ahmed Saniç AMEA Folklor İnstitutunun qonağı olub
Yanvarın 9-da Qafqaz Universitetinin rektoru, prof.doktor Ahmed Saniç AMEA Folklor İnstitutunun qonağı olub.
Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Muxtar İmanov qonağı səmimiyyətlə qarşılayıb. Ahmed Saniç Muxtar İmanovu Folklor İnstitututun direktoru olaraq vəzifəyə başlaması münasibətilə təbrik edib, ona işlərində uğurlar arzulayıb, rəhbərlik etdiyi universitetə dəvət edib.
Muxtar İmanov qonağa institutda görülən işlər haqqında bilgi verib. Görüş zamanı qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib. Yaxın günlərdə Qafqaz Universitetində Folklor İnstitutunun və sözügedən Universitetin gələcək əməkdaşlıq məsələlərinin dəyirmi masada müzakirə edilməsi qərara alınıb.
Görüşdə Qafqaz Universitetinin dekan müavini Mehmet Turmuş, institutun direktor müavini Oruc Əliyev, elmi katib Elçin Abbasov, şöbə müdirləri Füzuli Bayat, Ağaverdi Xəlil iştirak ediblər.