Qafqaz Universiteti MEA ilə anlaşdı
2012-01-13 10:15:57
Dünən Qafqaz Universiteti ilə Azərbaycan Milli Elmlər Akademiyasının
İqtisadiyyat İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Müqaviləni universitetin rektoru Ahmet Sanic və iqtisad elmlər doktoru
İsa Alıyev imzalayıblar. Tədbirdə çıxış edən Ahmed Saniçin sözlərinə
görə, təməli Heydər Əliyev tərəfindən atılmış olan Azərbaycan
iqtisadiyyatının "Azərbaycan 2020: gələcəyə baxış" konsepsiyası bütün
təşkilatların üzərinə böyük vəzifələr qoyur.
MEA İqtisadiyyat İnstitutunun direktoru İsa Alıyev vurğulayıb ki, bu konsepsiya ilə bağlı prezident İlham Əliyev tərəfindən sərəncam imzalandıqdan sonra 29 dekabr 2011-ci il tarixində "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması ilə əlaqədar Prezident Administrasiyasının rəhbəri, hörmətli akademik Ramiz Mehdiyevin sədrliyi ilə dəyirmi masa keçirilib. Konsepsiyanın əsas məqamları Azərbaycanın dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, tanınmış elm xadimləri, araşdırma mərkəzlərinin nümayəndələrinin iştirakı ilə geniş müzakirə olunub. Dəyirmi masada qeyd olunub ki, Konsepsiyanın hazırlanması zamanı dövlət və ictimai təşkilatlarla geniş müzakirələr aparılmalıdır. Dünən keçirilən seminarda da müzakirə edilən mövzu bu istiqamətdə həyata keçirilən tədbirlərdən biri idi. Daha sonra tədbirdə çıxış edən İqtisadi İnkişaf Nazirliyinin iqtisadi islahatlar Elmi Tədqiqat İnstitunun direktoru, iqtisad elmlər doktoru Vilayət Vəliyev isə bildirib ki, Azərbaycanın gələcəyi innovasiyalı iqtisadiyyatdan çox asılıdır. Nazirlik rəsmisi Azərbaycanda həyata keçirilən maliyyə, pul-kredit sistemi, ərzaq təhlükəsizliyi siyasətindən danışıb. Onun sözlərinə görə, dövlət bu gün davamlı iqtisadi inkişafın təmin olunması məqsədilə sahibkarlığın inkişafına böyük diqqət ayırır. Sözügedən konsepsiyanın qarşıya qoyduğu məqsədlərdən biri məhz Azərbaycanda rəqabət qabiliyyətli məhsul yetişdirməkdir. Bu konsepsiyaya əsasən təhsilin elmlə inteqrasiyası təmin olunmalı, neftsiz Azərbaycan iqtisadiyyatının inkişafına nail olunmalıdır.

Bəhruz