Qafqaz Universiteti ilə AMEA-nın İqtisadiyyat İnstitutu arasında əməkdaşlığa dair müqavilə imzalanmışdır
Yanvarın 12-də Qafqaz Universiteti ilə Azərbaycan
Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiyyat İnstitutu arasında
əməkdaşlığa dair müqavilə imzalanmışdır.
Bakı, 12 yanvar (AzərTAc). Yanvarın 12-də Qafqaz Universiteti ilə
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiyyat İnstitutu
arasında əməkdaşlığa dair müqavilə imzalanmışdır.
AzərTAc xəbər verir ki, imzalanma mərasimində Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç bu ali məktəbin fəaliyyəti barədə məlumat vermişdir.
Ölkəmizdə qazanılan uğurlardan danışan AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, professor İsa Alıyev Azərbaycanın iqtisadiyyatının dinamik inkişaf etdiyini bildirmişdir.
Eyni zamanda, alim rəhbərlik etdiyi elm müəssisəsi ilə universitetin əməkdaşlığının əhəmiyyətini vurğulamışdır.
Sonra əməkdaşlığa dair sənəd imzalanmışdır.