Kayıtlar

Nisan, 2012 tarihine ait yayınlar gösteriliyor

Qafqaz University has become a Competent Member of International Information Security Research Consortium (IISRC)

Resim
Sixth International forum “Partnership of State Authorities, Civil Society and the Business Community in Ensuring Information Security and Combating Terrorism” and Fifth Scientific Conference of the International Information Security Research Consortium (IISRC) have been held in April 23–26, 2012, Garmisch-Partenkirchen, Munich, Germany. The Qafqaz University as an institution pretending to be a member of IISRC consortium was represented by Chair of Computer Engineering Department Dr. Abzetdin Adamov. The Qafqaz University also participated in last conference that was held in Changsha, China in October 25-27, 2011 and applied for consortium membership. During the session dedicated to discussion of perspectives of the IISRC and applications of new potential members, the Qafqaz University's application was supported by all active members. The additional agreement between Qafqaz University and Lomonosov Moscow State University's Institute of Information

Qafqazda beynəlxalq konfrans keçirilib

Resim
DünƏn Qafqaz Universitetinin pedaqogika fakültəsinin ingilis dili və ədəbiyyat bölümü ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ilə ÇAĞ öyrətim işlətmələri şirkətinin yaranmasının 20-ci ildönümünə həsr olunmuş "İngilis dili və ədəbiyyatında yeni yanaşma metodları" adlı Gənc Tədqiqatçıların II Beynəlxalq konfransı təşkil olunub.  İlk olaraq çıxış edən universitetin rektoru Ahmet Saniç rəhbəri olduğu təhsil ocağında bu cür tədbirlərin mütəmadi olaraq təşkil edildiyini, belə konfransların tələbələrin dünya görüşünün genişlənməsinə mühüm təsir göstərdiyini vurğulayıb. "Konfransın universitetimizə və Azərbaycan elm mühitinə yeniliklər gətirəcəyinə ümid edirik", - deyə rektor vurğulayıb.  Pedaqogika fakültəsinin rəhbəri Əli Bərəkət isə bildirib ki, konfransın məqsədi tədqiqatçıların elmi fəaliyyətdə əldə etdikləri nailiyyətlər və nəticələri müzakirə etmək, araşdırmaqda olduğu elmi-tədqiqat işlərində irəli sürülən elmi y

ABDOLBARİ GOOZAL "MÜASİR AZƏRBAYCAN TƏHSİLİ VƏ ÇAĞ ÖYRƏTİM" ADLI ELMİ-PRAKTİK KONFRANSINDA İŞTİRAK ETDİ

Resim
Azersundan xəbərlər Mart ayının 17-də Qafqaz universitetində “Çağ Öyrətim İşlətmələri”nin Azərbaycanda fəaliyyətinin 20-ci ildönümü münasibəti ilə təşkil olunan konfransda, elm ictimaiyyəti, millət vəkilləri, ziyalılar və iş adamları iştirak edirdi. İştirakçılar arasında Azərbaycan Respublikasının Təhsil Naziri prof. Misir Mərdanov, Türkiyə Böyük Millət Məclisinin sədr müavini  Mehmet Sağlam, Milli Məclisin üzvü, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü dok. Qənirə Paşayeva, Türkiyənin Azərbaycandakı fövqəladə və Səlahiyyətli səfiri Hülusi Kılıç, “Azərsun Holdinq”in idarə heyətinin sədri Abdolbari Goozal, Bakı Dövlət Universitetinin rektoru prof. Abel Məhərrəmov və digər rəsmi şəxslər vardı. Təşkil olunan tədbirdə iştirakçıların çıxışlarına da geniş yer verildi. Çıxışçılarda “Çağ Öyrətim”in Azərbaycandakı fəaliyyəti və təhsildə əldə edilən nailiyyətlərdən bəhs olunmuş, həmçinin qazanılan uğurların sevinc və qürur qaynağı olduğu da vurğu

Qafqaz Universitetində Gənc Tədqiqatçıların II Beynəlxalq Konfransı keçirilib.

Resim
Qafqaz Universitetinin Pedaqogika fakultəsi İngilis dili və ədəbiyyatı bölməsi tərəfindən ümummilli Lider Heydər Əliyevin anadan olmasının 89-cu və “ÇAĞ” Öyrətim İşlətmələri Şirkətinin 20-ci ildönümünə həsr olunmuş “İngilis dili və ədəbiyyatında yeni yanaşma metodları” adlı Gənc Tədqiqatçıların II Beynəlxalq Konfransı keçirilib.   Tədbirdə universitetin rektoru, professor Ahmet Saniç ingilis dilinin günümüzdəki əhəmiyyətindən söz açıb. Daha sonra o deyib: “Bizim bu bölümü bitirən tələbələrimiz məzun olduqları zaman ən az 3 dili bilmiş olurlar. Belə bir konfransın gənc tələbələrimiz tərəfindən keçirilməsi də məni sevindirir. Belə bir konfransda Amerikadan və xaricdən gələn qonaqların iştirak etməsi təhsil ocağımız üçün bir yenilikdir”.   Universitetin İngilis dili və ədəbiyyatı bölməsinin kafedra müdiri Ali Bereket qəzetimizə verdiyi açıqlamsında bildirib ki, bu konfransın təşkilində məqsəd tədqiqatçıların elmi fəaliyyətdə əldə etdikləri nailiyyətləri və nəticələri mü

“Azərsun Holdinq”in sponsorluğu ilə “Qafqaz” Universitetində konfrans keçirilib (FOTO)

Resim
Azərbaycan, Bakı, 28 aprel /Trend/ Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə, "Qafqaz" Universitetində "İngilis dili və ədəbiyyatında yeni yanaşma metodları" adlı elmi konfrans keçirilib. Konfransda Avropa və Amerika universitetlərinin də tədqiqatçıları iştirak edib Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az http://az.trend.az/news/society/2019874.html

Qafqaz Universitetində beynəlxalq konfrans keçirilib

Resim
05:44 / 28.04.2012 Dünən Qafqaz Universitetinin Pedaqogika fakültəsinin ingilis dili və ədəbiyyat bölümü ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu və ÇAĞ öyrətim işlətmələri şirkətinin yaranmasının 20-ci ildönümünə həsr olunmuş “İngilis dili və ədəbiyyatında yeni yanaşma metodları” adlı Gənc Tədqiqatçıların II Beynəlxalq konfransı təşkil olunub. İlk olaraq çıxış edən universitetin rektoru Ahmet Saniç rəhbəri olduğu təhsil ocağında bu cür tədbirlərin mütəmadi olaraq təşkil edildiyini, belə konfransların tələbələrin dünya görüşünün genişlənməsinə mühüm təsir göstərdiyini vurğulayıb. “Konfransın universitetimizə və Azərbaycan elm mühitinə yeniliklər gətirəcəyinə ümid edirik” – deyə rektor vurğulayıb. Pedaqogika fakültəsinin rəhbəri Əli Bərəkət isə bildirib ki, konfransın məqsədi tədqiqatçıların elmi fəaliyyətdə əldə etdikləri nailiyyətlər və nəticələri müzakirə etmək, araşdırmaqda olduğu elmi-tə

Gəncə Dövlət Universitetində görüş

Resim
Gəncə Azərbaycan -Türkiyə Özəl Liseyinin müdiri Kenan Güzel və Gəncə “Araz” Kurslarının müdiri Sədrəddin Sədirli Gəncə Dövlət Universitetində (GDU) olublar. Universitetin rektoru, professor Elman Məmmədovla görüşən qonaqlar rəhbərlik etdikləri təhsil ocaqlarının fəaliyyəti, təhsildə əldə etdikləri uğurları barədə məlumat veriblər.  TQDK-nın ali məktəblərə qəbulla bağlı keçirdiyi imtahanlarda yüksək bal toplayaraq respublikamızın eləcə də dünyanın nüfuzlu universitetlərində təhsillərini uğurla davam etdirmələrindən, beynəlxalq fənn və layihə olimpiadalarından ölkəmizə medallarla dönmələrindən söhbət açıblar.  Bu yaxınlarda keçirilmiş dünyanın 42 ölkəsindən 400-ə qədər şagirdin iştirak etdiyi Beynəlxalq Ətraf Mühitin Mühafizəsi Layihə Olimpiyadasında (İNEPO) liseyin iki şagirdi medallara layiq görülməsindən danışıblar.  Lisey və Gəncə “Araz” Kursunun nailiyyətlərindən məmnun olduğunu bildirən rektor, Azərbaycanda fəaliyyətinin 20 illik yubileyini qeyd edən  “Çağ

Maliyyə bölməsinin 3-kurs tələbələri Uşaq Evini ziyarət etdi

Resim
Qafqaz Universitetinin müəllim və tələbələrinin xeyriyyə işləri davam edir. Bu çərçivədə növbəti tədbir Maliyyə bölməsinin 3-kurs tələbələri tərəfindən keçirilmişdir. Bölmənin müəllim və tələbələri aprel ayının 22-də Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsində yerləşən “Ümid yeri” uşaqlar evini ziyarət etmişlər. Ata-ana nəvazişindən məhrum olmuş uşaqlarla ünsiyyətdən olduqca məmnun olmuş tələbələr onlarla ayrı-ayrılıqda görüşərək söhbət etmiş, oyunlar oynamış, hədiyyələr vermiş və kimsəsizlərə maddi və mənəvi dayaq olmuşlardır.  Tələbələr belə görüşlərin tez-tez keçirilməsini arzu etdiklərini bildirmiş və ziyarət valideyin qayğısından məhrum olmuş uşaqların hədsiz sevincinə səbəb olmuşdur. Uşaq evinin işçiləri və uşaqlar, Qafqaz Universitetinin  müəllim və şagirdlərinə xeyirxah əməllərinə görə minnətdarlıqlarını bildirmişlər.

Aida İmanquliyevanın xatirəsinə həsr olunmuş ərəb dili üzrə I Respublika Olimpiadası

Resim
Ərəb dili üzrə olimpiada 26 April, 2012, Qafqaz Universiteti Pedaqoji Fakültəsi Ərəb dili və ədəbiyyatı kafedrası 2 may, 2012 tarixində Aida İmanquliyevanın xatirəsinə həsr olunmuş ərəb dili üzrə I respublika olimpiadası keçirəcəkdir. Olimpiadada ərəb dili ixtisası üzrə bakalavr təhsili alan tələbələrin "oxu", "səhvlərin üzə çıxarılması" və "eşidib tərcümə etmək" və "imla" məharətləri yoxlanacaq. Kafedra rəhbərliyi olimpiada iştirakçısı olacaq bütün tələbələrə uğurlar diləyir.

Qafqaz Universitetində “İngilis dili və ədəbiyyatında yeni yanaşma metodları” adlı konfrans keçirildi FOTOLENT

Resim
27 April, 2012, Qafqaz Universitetinin Pedaqoqika  fakultəsi  İngilis dili və ədəbiyyatı bölməsi tərəfindən aprelin 27-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 89-cu və “ÇAĞ” Öyrətim İşlətmələri şirkətinin 20-ci ildönümünə  həsr olunmuş “İngilis dili və ədəbiyyatında yeni yanaşma metodları ” adlı Gənc Tədqiqatçıların II Beynəlxalq konfransı keçirildi.  Konfransda universitetin rektoru professor Ahmet Sanıç gənc tədqiqatçıları salamladı, ingilis  dilinin günümüzdəki əhəmiyyətindən bəhs etdi .Sonra söz alan universitetin İngilis dili və ədəbiyyatı bölməsinin kafedra müdiri Ali Bereket konfransla əlaqəli olaraq bunları dedi: Məqsəd  tədqiqatçıların  elmi fəaliyyətdə əldə etdikləri nailiyyətləri və nəticələri müzakirə etmək, araşdırmaqda olduqları elmi-tədqiqat işlərində irəli sürülən elmi yenilikləri təhlil etmək, İngilis dili və ədəbiyyatı sahəsində yeni tədqiqat metodlarının  daha səmərəli  araşdırmaqdır. Bir gün davam  edən kofran

“İngilis dili və ədəbiyyatında yeni yanaşma metodları”

Resim
27 April, 2012, Bu gün Qafqaz Universitetinin Pedaqoqika fakultəsi İngilis dili və ədəbiyyatı bölməsi tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 89-cu və “ÇAĞ” Öyrətim İşlətmələri şirkətinin 20-ci ildönümünə həsr olunmuş “İngilis dili və ədəbiyyatında yeni yanaşma metodları” adlı Gənc Tədqiqatçıların II Beynəlxalq konfransı keçirilib. Universitetdən “Qafqazinfo”ya verilən məlumata görə, konfransda universitetin rektoru professor Ahmet Sanıç gənc tədqiqatçıları salamlayıb, ingilis dilinin günümüzdəki əhəmiyyətindən bəhs edib. Universitetin İngilis dili və ədəbiyyatı bölməsinin kafedra müdiri Ali Bereket isə bunları deyib: “Məqsəd tədqiqatçıların elmi fəaliyyətdə əldə etdikləri nailiyyətləri və nəticələri müzakirə etmək, araşdırmaqda olduqları elmi-tədqiqat işlərində irəli sürülən elmi yenilikləri təhlil etmək, İngilis dili və ədəbiyyatı sahəsində yeni tədqiqat metodlarını daha

Qafqaz Universitetində “İngilis dili və ədəbiyyatında yeni yanaşma metodları”mövzusunda II beynəlxalq konfrans

Resim
Bakı, 27 aprel (AzərTAc). Qafqaz Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş “İngilis dili və ədəbiyyatında yeni yanaşma metodları” mövzusunda gənc tədqiqatçıların II beynəlxalq konfransı keçirilir. AzərTAc xəbər verir ki, universitetin pedaqogika fakültəsinin ingilis dili və ədəbiyyatı bölməsinin təşkilatçılığı, “Azersun Holding” şirkətinin dəstəyi ilə reallaşdırılan tədbirdə ayrı-ayrı ali təhsil müəssisələrindən tədqiqatçılar, ABŞ-dan alim və mütəxəssislər iştirak edirlər. Konfransda məruzələr dinlənilmiş, müzakirələr aparılmışdır. http://www.azertag.com/node/945757

Qafqaz Universitetində Gənc Tədqiqatçıların II Beynəlxalq konfransı keçirilib

Resim
27 April, 2012, Atif Eyvazov/AZADİNFORM.  Bu gün Qafqaz Universitetinin Pedaqogika  fakültəsi  İngilis dili və ədəbiyyatı bölməsi tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu və “ÇAĞ” Öyrətim İşlətmələri şirkətinin 20-ci ildönümünə  həsr olunan “İngilis dili və ədəbiyyatında yeni yanaşma metodları” adlı Gənc Tədqiqatçıların II Beynəlxalq konfransı keçirilib. Məlumatı “Azadinform”a Qafqaz Universitetindən veriblər. Konfransda universitetin rektoru, professor Ahmet Sanıç müasir dövrdə ingilis dilinin əhəmiyyətindən bəhs edib. Universitetin İngilis dili və ədəbiyyatı bölməsinin kafedra müdiri Ali Bereket bildirib ki, konfransın keçirilməsində məqsəd  tədqiqatçıların elmi fəaliyyətdə əldə etdikləri nailiyyətləri və nəticələri müzakirə etmək, araşdırmaqda olduqları elmi-tədqiqat işlərində irəli sürülən elmi yenilikləri təhlil etmək, İngilis dili və ədəbiyyatı sahəsində yeni tə

Məzuniyyət ərəfəsində olan tələbələr iş dünyasına hazırlaşdırılır.

Resim
Qafqaz Universitetinin sonuncu kurs tələbələrinə Universitetdə fəaliyyət göstərən Karyera Planlama Mərkəzi (KPM) tərəfindən iş dünyasına hazırlıq kursları verilir. Kurslar müxtəlif ixtisasda təhsil alan tələbələrə qruplar və ya fərdi halda təşkil edilir. İş dünyasının potensialı və reallıqları, eləcə də tələbləri haqqında geniş informasiya verilən görüşlərdə tələbələr işə müraciət formaları haqqında məlumatlandırılır. Kursların təşkilində əsas məqsədlərdən biri də məzunları işə müraciət edərkən ilkin olaraq rastlaşacaqları müsahibə mərhələsinin prinsip və qaydaları haqqında məlumatlandırmaqdır. Dr. İsa Qasımov

“Xəzər Mühəndisləri” İctimai Birliyi növbəti yay məktəbini Qafqaz Universitetində təşkil edəcəkdir

Resim
Bakı, 25 aprel (AzərTAc). Tələbələr və mühəndislər üçün müxtəlif layihələr həyata keçirən “Xəzər Mühəndisləri” İctimai Birliyi (XMİB) növbəti yay məktəbini Qafqaz Universitetində təşkil edəcəkdir. Qafqaz Universitetindən AzərTAc-a bildirmişlər ki, bu barədə artıq razılıq əldə olunmuşdur. Eyni zamanda, XMİB ilə Qafqaz Universiteti arasında əlaqələrin genişləndirilməsi barədə müzakirələr də aparılmışdır. http://www.azertag.com/node/944462

“Mesenat” pyesi əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş etdirilmişdir

Resim
Bakı, 24 aprel (AzərTAc). Qafqaz Universiteti dram dərnəyinin üzvləri Nəcəf Bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında yazıçı-dramaturq Əli Əmirlinin məşhur milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyatında bəhs edən “Mesenat” pyesi əsasında hazırlanmış eyniadlı tamaşanı nümayiş etdirmişlər. Qafqaz Universitetindən AzərTAc-a bildirmişlər ki, tamaşaya sənətşünaslıq namizədi Zəminə Axundova quruluş vermişdir. Səhnə əsərində mesenat və ictimai xadim Hacı Zeynalabdin Tağıyevin xeyirxah obrazı canlandırılmışdır. http://www.azertag.com/node/944268

Rabitəbankda karyera imkanları

Resim
26 April, 2012, Rabitəbankın mütəxəssisləri Qafqaz Universitetində müvafiq ixtisaslarda təhsil alan tələbə və magistrlarla görüşdülər. Əvvəlcə, Rabitəbank İdarə Heyətinin sədr müavinin Elçin Qədimov iştirakçılara uğurlu karyera qazanma yolunda diqqət edilməsi məqamlar haqqında tövsiyələrini verdi.  Sonra isə Rabitəbank İnsan Resursları Departamentinin direktoru Fəzilə Əsgərova Rabitəbankda karyera imkanları haqqında geniş təqdimatla çıxış etdi. Görüşdə toxunulan məsələlər tələbə və magistrların marağına səbəb oldu və çoxlu suallar verildi. Suallar hərtərəfli cavablandırıldıqdan sonra iştirakçılar Rabitəbankda işə qəbulla bağlı ilkin test imtahanı verdi. İmtahan nəticələri yaxşı olanlar ikinci mrəhələdə müsabiqəyə dəvət olunacaqlar. Tələbə və magistrlarla görüşdən sonra qonaqlar Qafqaz Universitetinin iş dünyası ilə əlaqələrini əks etdirən elmi-texniki baza ilə tanış oldular. Sonda Universi

Qafqaz Universitetində növbəti seminar

Resim
Qafqaz Universitetində növbəti aylıq seminar keçirildi. Seminarı giriş sözü ilə açan Qafqaz Universitetinin rektoru Ahmet Saniç bildirdi ki, artıq neçə ildir ki, bu ali təhsil ocağında müxtəlif sahələrdə, müxtəlif aspektlərdə seminarlar təşkil olunur. Bu seminarların keçirilməsi tələbələrin dünyagörüşünün artmasında, bilik və təcrübələrinin daha da inkişaf etdirilməsində mühüm rol oynayır. Bugünkü seminarın əsas mövzusu isə seysmologiya sahəsinə həsr olunmuşdur. Sonra Azərbaycan Respublikasının Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunun direktoru Telman Əliyev “Qəzaların gizli dövrünün robast noise-monitorinq nəzəriyyəsi və texnologiyaları” mövzusunda məruzə ilə çıxış etdi. O, çıxışında bildirdi ki, Azərbaycanda zəlzələləri proqnozlaşdıra bilən ilk seysmoakustik telemetrik stansiya 2010-cu ilin mayın 1-də Qum adasında quraşdırılıb. İkinci stansiya isə ötən həftə Şirvanda quraşdırılıb. Növbəti iki stansiyanın isə yaxın zamanlarda Siyəzən və Naftalanda quraşdı

Qafqaz Universitetinin müəllim və Psixoloqu Hüseyin Xəlilov tərəfindən İqtisad Universitetində psixoloji seminar keçirildi

Resim
Azərbaycanın İlk Gənclər Klubu -   "IB Club"dan Gənclərə Psixoloji mövzuda növbəti Seminar keçirildi.. AZXEBER.COM-un məlumatına görə, seminar Azərbaycan İqtisad Universitetinin IV Korpusunun Akt zalında, Q afqaz Universitetinin müəllim və Psixoloqu Hüseyin Xəlilov tərəfindən, “Temperamentin Xarakterik Xüsusiyyətləri və Şəxsiyyət Tipləri” movzusunda keçirilmişdir. 3 saat davam edən   Psixoloji Seminar gənclərin böyük marağı və 80 nəfərdən çox klub üzvünün iştirakı ilə yadda qalıb. Seminarda, ·          Xarakter Tipləri ·          İnsan xüsusiyyətləri ·          Düşüncə tərzini formalaşdıran amillər ·          Bürclər və onun insan həyatına təsiri mövzularına toxunulmuş, Gəncləri maraqlandıran suallar Praktiki fikirlər və Role Play`lər vasitəsiylə cavablandırılmışdır. http://azxeber.com/index.php?action=static_detail&static_id=15710

Kafkas İlköğretim okulunda " Xoşbəxt bir dünya üçün əl-ələ" adlı ədəbi-bədii təbir keçirilib

Resim
Xoşbəxt bir dünya üçün əl-ələ Kafkas İlköğretim okulunda " Xoşbəxt bir dünya üçün əl-ələ" adlı ədəbi-bədii təbir keçirilib. Tədbirdə 3-c sinf şagirldəri hazırladıqları bir-brinidən maraqlı səhnəciklər, videoçarxlar, mahnılar və şeirlər iştirakçılara xoş anlar yaşadıb. Şagirdlər bununla dünyanı qardaşlığın, sülhün, birliyin nəticəsində daha rahat bir həyat tərzinə gətirə biləcəyinə əminliklərini göstəriblər.  “Çağ”  Öyrətim işləltmələrinin Azərbaycanda fəaliyyətə başlaması tarixini əks etdirən səhnəcik isə tədbiri daha da maraqlı edib. Şagirdlər səhnəciklərdə müxtəlif planetlərin cildinə girərək yer kürəsini xilas etməyin yollarını araşdırıblar. Tədbirin sonunda Kafkas İlköğretim okulunun müdiri İlhami Atmaca çıxış edərək, belə tədbirlərin məktəblilərin dünya görüşünün genişlənməsində, onların biliklərinin zənginləşməsində əhəmiyyətli rol oynadığını deyib və valideynlərə, müəllimlərə eləcə də şagirdlərə öz təşəkkürünü bildirib. 

“Qafqaz” Azərbaycan-Türkiyə Özəl Gimnaziyasında Nizami Gəncəviyə həsr olunmuş ədəbi-bədii gecə keçirilib

Resim
“Qüvvət elmdədir, başqa cür heç kəs, Heç kəsə üstünlük eyləyə bilməz”.                           Nizami Gəncəvi “Qafqaz” Azərbaycan-Türkiyə Özəl Gimnaziyasında dahi şair Nizami Gəncəvinin 870 illik yubileyi münasibəti ilə şagirdlər arasında müsabiqə keçirilib. Bununla əlaqədar olaraq aprelin 19-da müsabiqənin yekunlarına həsr olunmuş və şagirdlərin Nizami Gəncəvinin əsərləri əsasında hazırladıqları ədəbi-bədii gecə keçirilib. Tədbirdə Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini Elsevər Ağayev, Gəncə Nizami Mərkəzinin direktoru Xəlil Yusifli, Azərbaycan-Turkiyə Özəl Liseyləri Bas İdarəsinin rəisi Mesut Kurnaz, müşavir Nazim Əkbərov və gimnaziyanın müdiri Serhat Aktaş, müəllim və şagirdlər iştirak ediblər. Əvvəlcə qonaqlara şagirdlərin əl işlərindən ibarət sərgi nümayiş olunub. Sərgidəki hər bir əsərdə şagirdlərin Nizami yaradıcılığına sevgisi öz əksini tapıb. Gimnaziyanin rəhbəri Serhat Aktaş bildirib ki, bu sərgi Nizami Gəncəvi irsinin şagir

Məktəblilərin fövqəladə hallara qarşı hazırlığı yoxlanıldı

Resim
Kafkas Ilköğretim okulunda zəlzələ, yanğın və digər fövqəladə hallarda davranmağın qaydaları və belə vəziyyətlərdə xilas olmağın yolları barədə təlim keçirilib. Əvvəlcə  müəllimlər bununla əlaqədar olaraq şagirdlərə ətraflı məlumat veriblər. Məktəblilərə sinifdə və məktəbin həyətində qorunmağın eləcə də xilas olmağın əyani olaraq qaydaları göstərilib.  Sonra şagirdlərin fövqəladə hallar zamanı bacarıqlarını yoxlamaq üçün həyacan siqnalı verilib. Şagirdlər ilkin qaydalara uyğun olaraq riayət ediblər. İkinci həyəcan siqnalında şagirdlər nizamlanmış qruplar şəklində uyğun çıxışlardan məktəb binasını 1 dəq. 43 saniyə ərzində boşaldıblar.  Daha sonra məktəbin həyətində təşkil olunmuş yanğın müəyyən edilmiş vaxt ərzində odsöndürəndən istifadə etməklə söndürülüb. Beləliklə məktəblilər fövqəladə hallar zamanı zəruri olan qaydaları yerinə yetiriblər.  

Qafqaz Universitetinin Dizayn kursu yeni maraqlı bir tədbirə imza atdı

Resim
Rəngl ərin ahəngi 25 April, 2012, Qafqaz Universitetinin Dizayn  kursu yeni maraqlı bir tədbirə imza atdı. Tələbələrdən Rəna Tağıyeva, Eşgin Şükürov, Ebru Delihasan, Gökhan Güşlü, Ruslan Şıxıyev, Cəsur Həsənov, Fatimə Rəsulova Dizayn kursunun müəllimi, dizayner Dr. Arzu Məmmədovanın rəhbərliyi ilə boyalardan onlarla rəng çalarları hazırladılar.  Xüsusi olaraq hazırlanmış  maketin üzərinə klassik musiqi sədaları altında  sıra ile üst- üstə tökülən rənglərdən ortaya çıxan görüntü təbiətdəki gözəllikləri bir daha gözlər önünə sərdi. Çoxlu sayıda müəllim heyəti və tələbənin iştirakı ilə gerçəkləşən tədbir izləyənləri məftun etdi.  52 nəfərdən çox iştirakçının hazırladığı modern rəsm əsəri Universitetin divarından asılaraq sərgilənəcək. http://qu.edu.az/view_news.php?news=2187&link=&lang=az

Azərbaycanlı mühəndis - Qafqaz Universiteti məzunu Asif Hüseynovun ABŞ-dakı uğurları

Resim
Asif Hüseynov Qafqaz Universitetində bakalavr təhsilini uğurla bitirdikdən sonra, magistr təhsilini ABŞ-ın Missouri ştatında davam etdirir. O, 2003-cü ilin Sentyabr ayında Bakıda BP Azərbaycan şirkətində Qazmaçı muhəndis vəzifəsində işə başlayır. Şirkət Asif Hüseynovda olan potensialı görərək, onu 2006-cı ilin İyul ayında BP-nin ABŞ offisində Qazma Muhəndisi vəzifəsinə təyin edir. Bu vəzifədə göstərdiyi yüksək nailiyyətlərə görə onu Quruda Wyoming Qazma qurğusunda baş mühəndis vəzifəsinə təyin edirlər. 2008-ci ilin Avqust ayından isə Meksika körfəzində Qazmaçı muhəndis olarag “Mad Dog” ve “Atlantis” yataqlarının işlənməsində fəaliyyətini davam etdirir.             Asif Hüseynov “Macondo” yatağındakı “Deep Water Horizon” qurğusunun partlayışından sonra BP-nin Meksika korfəzində ilk quyusunun Baş muhendisi olmuşdur (Single Point Accountble (SPA). Bu layihə 2011-ci ilin birinci rübündə başlamış və 2012-ci ilin Mart ayında başa çatmışdır. Bu gazma quyusu BP-nin Meksika

Xarıbülbül Xızı dağlarında

Resim
24 April, 2012, Keçən Şənbə günü Qafqaz Universitetinin bir qrup əməkdaşı ilə Bakı ətrafına – təbiətin qoynuna çıxdıq. Məqsədimiz baharın gəlişi ilə daha da gözəlləşən təbiətdən zövq alaraq, bir-neçə saatlıq da olsa dincəlmək idi. Vaxtın az olduğunu nəzərə alaraq, daha yaxın bir yeri – Xızı rayonunu seçdik.  Bakıdan təqribən 60 km uzaqlaşdıqdan sonra, artıq Xızının rəngbərəng dağları  bizə maraqlı hisslər yaşatdı. Çox keçmədi ki, yaşıllaşan və çiçəklənən dağ yamacları tez-tez rastlaşdığımız qoyun sürüləri maraqlı görüntüləri ilə günəşli havada zövqümüzə zövq qatdı. Xızı şəhərinə doğru bir qədər irəlilədikdən sonra rayonun kəndlərindən birində - Xızı kəndində yaşıl otlarlarla, rəngbərəng çiçəklərlə bəzənmiş yamacdan göz yaşı kimi axan bulağın yanında manqalımızı qurduq. Hava günəşli olsa da, dağlardan əsən sərin külək bizi hərdən kölgədən günə çıxmağımıza da səbəb olurdu. Xülasə, geniş və gö

Əcnəbi tələbələr Azərbaycanı tanıtdı

Resim
24 April, 2012, Azərbaycan Respublikası Prezidentinin 07 iyul 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “ Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının 6.2.7.bəndinin icrasını təmin etmək məqsədi ilə 23 aprel 2012-ci il tarixdə Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “PARK İNN” mehmanxanasında Azərbaycan Respublikasında təhsil alan əcnəbi tələbələr arasında Azərbaycan tarixi və coğrafiyası üzrə I Respublika olimpiadası keçirildi. Olimpiadanın məqsədi respublikada fəaliyyət göstərən ali məktəblərdə təhsil alan əcnəbi tələbələrin Azərbaycanın tarixi və coğrafiyası haqqında məlumatlandırılması, onlar arasında maarifləndirmə işinin genişləndirilməsi və həmçinin asudə vaxtın səmərəli təşkil edilməsidir. Yarışmada çıxış edən Gənclər və İdman Nazirliyinin Tələbə Gənclər Təşkilatları sektorunun müdiri Elşən Hüseynov  bildirdi ki, bu cür tədbirlərin keçirilməsi ilə əcnəbi

Renqlerin Ahengi

Resim
Qafqaz Universitetinde indi bu vaxt Renqlerin Ahengi adli tedbir kecirilir

Yahya Kemal ve Turkce Gunu

Resim
24 .04.2012 tarix ve saat 11.00-de Qafqaz Universitetinin Akt zalında Pedaqoji Fakültesinin Türk dili ve Edebiyyatı müellimliyi bölmesinin” YAHYA KEMAL ve TÜRKÇE GÜNÜ” başlıqlı program keçirilmektedir

Qafqaz Universitetində “XII əsr Azərbaycan intibah ədəbiyyatı və Nizami Gəncəvi” mövzusunda görüş keçirildi

Resim
  24 April, 2012, AMİ Quba filialının direktoru, əməkdar müəllim, Filologiya elmlər doktoru, professor Məhəmməd İrac oğlu Əliyevlə Qafqaz Universitetinin Azərbaycan dili və ədəbiyyatı ixtisasında təhsil alan tələbələrlə görüşü oldu. Görüşdə prof. M.İ.Əliyev iştirakçılara “XII əsr Azərbaycan intibah ədəbiyyatı və Nizami Gəncəvi” mövzusunda məruzə ilə çıxış etdi. Alimin nəzərə çatdırmaq istədiyi əsas fikir konsepsiyası XII əsrdə Azərbaycan intibahı və geniş ölçüdə ümumşərq intibahında Nizaminin yeri və rolunu səciyyələndirən xüsusiyyətlər idi. Alim öz məruzəsində bir çox maraqlı detallara toxundu. Onun maraqlı fakt və hadisələrlə dolu məruzəsi tələbələrdə heyranlıq hissi doğurdu. Ən nəzərə çarpan cəhət isə onun irəli sürdüyü fikir və mülahizələri konkret tarixi faktlar və sübutlarla isbata yetirməsi idi. Məruzəçi iştirakçıları mövzu ilə bağlı bəzi tarixi faktlarla tanış etdi. Məhəmməd müəllimin məruzəsində vətənpərvərlik duyğusu də aydın təcəssüm