Qafqaz Universitetində kimya mühəndisliyi laboratoriyaları açılıb
Bu gün Qafqaz Universitetində kimya mühəndisliyi laboratoriyalarının açılış mərasimi keçirilib. “Azadinform” xəbər verir ki, laboratoriyalar BP-Azərbaycan şirkətinin Qafqaz Universiteti ilə birgə layihəsi çərçivəsində yaradılıb. Tədbirdə çıxış edən Qafqaz Universitetinin rektoru Ahmet Saniç xatırladıb ki, laboratoriyaların yaradılması üçün BP-Azərbaycan şirkəti ilə 2009-cu ildə Anlaşma Memorandumu imzalanıb. Həmin vaxtdan bəri müvafiq işlər görülüb və alman mütəxəssisləri tərəfindən müasir tələblərə cavab verən müxtəlif xarakterli laboratoriyalar yaradılıb. Onun sözlərinə görə, bütün laboratoriyalar ən müasir avadanlıqlarla təchiz edilib. A.Saniç bildirib ki, kimya laboratoriyaları Azərbaycanın iqtisadi inkişafına dəstək verəcək çox böyük bir sərmayədir. Onun sözlərinə görə, laboratoriyalar neft və qaz, boya, kimya, plastmas, ərzaq, əczaçılıq və digər emal sənayesi üçün yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasını təmin edəcək. A.Saniç bildirib ki, qurulan laborator...