Qafqaz Universitetində “İSO 9001-2008 Keyfiyyət Standartı və ali təhsilə tətbiqi” mövzusunda “dəyirmi masa” keçiriləcəkdir
Bakı, 25 yanvar (AzərTAc). Yanvarın 26-da Qafqaz Universitetində “İSO
9001-2008 Keyfiyyət Standartı və ali təhsilə tətbiqi” mövzusunda
“dəyirmi masa” keçiriləcəkdir.
Qafqaz Universitetinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Türk Standartları İnstitutunun nümayəndəsi Həsən Dəmirtaşın da iştirak edəcəyi tədbirdə İSO 9001-2008 keyfiyyət idarəetmə sisteminin ali təhsildə keyfiyyətə təminatda rolu, bu sahədə Qafqaz Universitetinin təcrübəsi ilə bağlı müzakirələr aparılacaqdır.