AMEA Folklor İnstitutunda görüş
27 yanvar 2012-ci ildə Türkiyə
Cümhuriyyəti Ərdahan Universitetinin rektoru prof.dr. Ramazan Korkmaz,
Türkiyə Cümhuriyyətinin Kafkaz Universitetinin rektoru prof.dr. Sami
Özcan, Azərbaycandakı Qafqaz Universitetinin rektoru, prof.dr. Ahmet
Saniç, Bakı Asiya Universitetinin rektoru, prof.dr. Cəlil Nağıyev AMEA
Folklor İnstitutunun qonağı olublar.
Folklor İnstitutunun direktoru, filologiya üzrə elmlər doktoru Muxtar İmanov qonaqları səmimiyyətlə salamlayıb, rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında geniş bilgi verib. Qonaqların da hər biri başçılıq etdikləri tədris müəssisələrinin elmi-tədqiqat fəaliyyəti haqqında bilgi veriblər.
C.Nağıyev Qafqaz Universitetlər Birliyi haqqında danışıb, birliyin təlim-tədris, elmi-tədqiqat proseslərində ortaq layihələrin hazırlanması və tətbiqi imkanlarından söz açıb.

Görüşdə Mövlanə Cəlaləddin Rumi Fondunun elmi və mədəni əlaqələrin daha da gücləndirilməsi üçün göstərə biləcəyi rolundan da danışılıb. Qeyd olunub ki, bu fond Türkiyədə və Azərbaycanda xalq yaradıcılığının müxtəlif problemlərinin həllində, bu sahə ilə bağlı təqdim olunmuş layihələri maliyyələşdirə bilər.
Muxtar İmanov başçılıq etdiyi institutun bu proqramlarda iştirakı ilə bağlı maraqlı təkliflərlə çıxış edib, ideyanın ortaq layihələr şəklində işlənə bilməsi imkanlarına aydınlıq gətirib.
Görüşdə qərara alınıb ki, yaxın zamanda bu qurumların birgə fəaliyyəti ilə bağlı niyyət protokolu imzalansın, gerçək layihələr təklif edilsin. Ortaq layihələrin hazırlanması üçün Azərbaycandakı Qafqaz Universitetinin pedaqoji fakültəsinin dekan müavini Mehmet Turmuş, AMEA Folklor İnstitutunun şöbə müdiri dos.dr. Ağaverdi Xəlil kordinatorlar müəyyən ediliblər. Görüşdə habelə AMEA-nın Folklor İnstitutundan prof.dr. Kamran Əliyev, elmi işlər üzrə direktor müavini dos.dr. Oruc Əliyev, prof.dr. Füzuli Bayat, elmi katib dos.dr. Elçin Abbasov, dos.dr. Ağaverdi Xəlil, Qafqaz Universitetindən Mehmet Turmuş iştirak ediblər.