“Ana dilimizi sevək, sevdirək” müsabiqəsinin və “Türk dili olimpiadası”nın Mingəçevir finalı

 Yanvarın 7-də Mingəçevir Özəl Türk Liseyində Mingəçevir Şəhər İcra Hakimiyyətinin, şəhər Təhsil Şöbəsinin dəstəyi və Mingəçevir ÖTL-nin təşkilatçılığı ilə “Ana dilimizi sevək, sevdirək” müsabiqəsinin və “ beynəlxalq Türk Dili Olimpiadası”nın Mingəçevir finalı başa çatıb. Tədbirdə Şəhər İcra Hakimiyyəti Başçısının müavinləri İlham İsmayılov və Bayram Mustafa, “Çağ” Öyrətim İşlətmələrinin Azərbaycan Türkiyə Özəl Liseyləri Baş İdarəsinin Tədris İşləri üzrə rəis müavini Murat Topçu, Təhsil şöbəsinin, eləcə də şəhər ictimaiyyətinin nümayəndələri, valideynlər, şagirdlər iştirak edib. Şagirdlər biri-birindən rəngarəng və maraqlı şeir və mahnılarla çıxış ediblər. Şeir kateqoriyasında Mingəçevir şəhər Liseyindən Leyla Xudadanova, mahnı kateqoriyasında Mingəçevir şəhər Liseyindən Əsmayə Kərimli birinci yerə layiq görülüblər. Final yarışmasının sonunda M. Topçu Mingəçevir İHB-nın müavinləri İ. İsmayılova və B. Mustafaya təşəkkür məktubunu təqdim edib.     
 

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF