“Ana dilimizi sevək, sevdirək” müsabiqəsinin Ağdaş finalı


Ağdaş Özəl Türk Liseyində Ağdaş rayon Təhsil Şöbəsinin dəstəyi ilə “Ana dilimizi sevək, sevdirək” müsabiqəsinin final mərhələsi keçirilib. Tədbirdə Ağdaş Rayon İcra Hakimiyyəti Başçısının müavini Aynur xanım Novruzova, Ağdaş rayon Təhsil Şöbəsinin müdiri Lütvi Paşayev, məktəb rəhbərləri və liseyin pedaqoji kollektivi iştirak edib. Final müsabiqəsində Ağdaş Özəl Türk Liseyinin müdiri Ramazan Tomay və Ağdaş rayon Təhsil Şöbəsinin müdiri L. Paşayev çıxış edərək keçirilən tədbirin əhəmiyyətindən söhbət açıblar. Məktəblilərə bu yarışmada uğurlar diləyiblər. Yarışmada Ağdaş, Göyçay, Ağsu və Ucar rayon məktəbliləri öz şeir və mahnıları ilə iştirak ediblər. Tədbirin sonunda münsiflər heyətinə və məktəblilərə xatirə hədiyyələri eləcə də sertifikatlar təqdim olunub.    
 
 
 
 

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF