Yayınlar

Aralık, 2010 tarihine ait yayınlar gösteriliyor

“Qafqaz”da həmrəylik bayramı qeyd olundu

Resim
“Yetmiş fərqli ölkədə azərbaycanlıların yaşadığını çox yaxşı bilən Ümummilli Lider Heydər Əliyev bu günü azərbaycanlılara hədiyyə edib. Ulu öndərin ifadəsi ilə desək, biz bir millət, iki dövlətik. Buna digər bütün türk dünyasını da qoşuruq Bir neçə gündür ölkə xaricində və respublikanın ayrı-ayrı regionlarında qeyd olunan  Dünya Azərbaycanlılarının Həmrəylik Günü tədbirlərindən biri də Qafqaz Universitetində keçirildi. Tədbir iştirakçılarını salamlayan Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç Azərbaycan xalqının həmrəylik bayramını təbrik etdi. “Yetmiş fərqli ölkədə azərbaycanlıların yaşadığını çox yaxşı bilən Ümummilli Lider Heydər Əliyev bu günü azərbaycanlılara hədiyyə edib. Ulu öndərin ifadəsi ilə desək, biz bir millət, iki dövlətik. Buna digər bütün türk dünyasını da qoşuruq. Bizə zərər vermək istəyənlər Qarabağda, Kiprdə geri addım atarlar. Ona görə də türk dünyasının birliyi çox önəmlidir”,- deyən A. Sa

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni teqvim ili

Resim
Sizi 31 dekabr - Dünya Azərbaycanl ı lar ı n ı n Həmrəyliyi G ü n ü və Yeni teqvim ili m ü nasibəti ilə səmimi qəlbdən təbrik edir, cansa ğ l ığı , ş əxsi həyat ı n ı zda və i ş lərinizdə yeni-yeni u ğ urlar arzulay ı ram. Qar şı dan gələn yeni ilin m ü stəqil Azərbaycan ı m ı z, d ü nya azərbaycanl ı lar ı və ş əxsən Sizin üçü n əmin-amanl ı q, firavanl ı q illəri olmas ı n ı diləyirəm. S ö zdə, fikirdə və əməldə həmrəy olmaq arzusu ilə. H ö rmətlə, Qafqazlife

AZ_TV _Qafqaz Universitetinde 31dekabr Dünya Azərbaycanlıları Həmrəyliyi Günü

AzTV xeberler QU 31dekabr Dünya Azərbaycanlıları Həmrəyliyi Uploaded by qafqazlife . - News videos from around the world.

Space_TV _Qafqaz Universitetinde 31dekabr Dünya Azərbaycanlıları Həmrəyliyi Günü

Space_TV QU 31dekabr Dünya Azərbaycanlıları Həmrəyliyi Günü Uploaded by qafqazlife . - Up-to-the minute news videos.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirilmişdir

Bakı, 28 dekabr (AzərTAc). Dekabrın 28-də Qafqaz Universitetində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramlarına həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə çıxış edən Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç Azərbaycan ilə Türkiyənin tarixi birliyindən, qardaşlıq münasibətlərindən danışmışdır. Böyük şəxsiyyət Mustafa Kamal Atatürkün və ulu öndər Heydər Əliyevin əbədiyaşar ideyalarının əhəmiyyətini vurğulayan rektor dahi rəhbər Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” kəlamını xatırlatmışdır. Professor Ə.Saniç Dünya Azərbaycanlılarının Həmrəyliyi gününün böyük bayram kimi qeyd olunmasında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərini diqqətə çatdırmışdır. Görkəmli alim, professor Cavad Heyət dahi şəxsiyyət Heydər Əliyev siyasətinin əhəmiyyətini qeyd edərək, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmişdir. Bayramlar münasibətilə müəllim və tələbələri təbrik edən professor C.Heyət gənc

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni teqvim ili

Resim
Sizi 31 dekabr - Dünya Azərbaycanl ı lar ı n ı n Həmrəyliyi G ü n ü və Yeni teqvim ili m ü nasibəti ilə səmimi qəlbdən təbrik edir, cansa ğ l ığı , ş əxsi həyat ı n ı zda və i ş lərinizdə yeni-yeni u ğ urlar arzulay ı ram. Qar şı dan gələn yeni ilin m ü stəqil Azərbaycan ı m ı z, d ü nya azərbaycanl ı lar ı və ş əxsən Sizin üçü n əmin-amanl ı q, firavanl ı q illəri olmas ı n ı diləyirəm. S ö zdə, fikirdə və əməldə həmrəy olmaq arzusu ilə. H ö rmətlə, Qafqazlife

Türkiyəli iş adamları Qubada olublar

Resim
Dekabrın 18-də Türkiyə Cümhuriyyətinin Samsun şəhərindən gəlmiş bir qrup iş adamları Aslan Sal, Cemel Koloğlu, İsmayıl Yusifoğlu Quba Özəl Türk Liseyində olublar. Qonaqlar əvvəlcə burada şagirdlər üçün hazirlanmış şəraitlə tanış olmaq üçün liseyin sinif otaqlarını, laboratoriyaları və kitabxanasını gəziblər. Quba Özəl Türk Liseyinin müdiri Mustafa Alagözoğlu Türkiyəli iş adamlarına liseyin fəaliyyəti barədə ətraflı məlumat verib. A. Sal, C. Koloğlu və İ. Yusifoğlu liseydə məktəblilər üçün hazırlanmış şəraitdən eləcədə şagirdlərin nizam- intizamından məmnun olduqlarını bildiriblər. Liseyin müəllim və şagird kollektivinə təhsildə yeni-yeni nailiyyətlər diləyiblər. Sonra iş adamlarını və Quba Özəl Türk Liseyinin müdiri Mustafa Alagözoğlunu Quba rayon İcra Hakimiyyətinin Başçısı Rauf  Həbibov qəbul edib. Qəbul zamanı Türkiyəli qonaqlar Respublikamızın ən dilbər guşələrindən biri

Milli Məclisinin üzvü Quba Özəl Türk Liseyində

Resim
Dekabrın 18-də Azərbaycan  Respublikası Milli Məclisinin üzvü Azər Badamov Quba Özəl Türk Liseyində olub. Qonağı Quba Özəl Türk Liseyinin müdiri Musatafa Alagözoğlu səmiyyətlə qarşılayıb. A. Badamov əvvəlcə burada şagirdlər üçün hazırlanmış şəraitlə, liseyin sinif otaqları və laboratoriyaları ilə yaxından tanış olub. Sonra M. Alagözoğlu millət vəkilinə liseyin fəaliyyətə başladığı vaxtdan əldə etdiyi nailiyyətlərdən, o cümlədən 2010-cu ildə Beynəlxalq Fənn olimpiadalarında Azərbaycan bayrağını ucaltmaqlarından, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ali məktəblərə qəbulla bağlı keçirdiyi imtahanlarda məzunlarının ən yüksək bal toplamalarından danışaraq ətraflı məlumat verib. Millət vəkili Azər Badamov liseydə məktəblilər üçün hazırlanmış şəraitdən, təlim-tərbiyə işində əldə edilən nailiyyətlərdən və şagirdlərin nizam-intizamından razılığını bildirib. Azərbaycan-Türkiyə Özəl L

Türkiyə Cümhuriyyətinin Gəncə şəhərindəki Baş Konsulu liseydə

Resim
Türkiyə Cümhuriyyətinin Gəncə şəhərindəki Baş Konsulu liseydə Dekabrın 17-də Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasının Gəncə şəhərindəki Baş Konsulu Haluk Ağca Ağdaş Özəl Türk Liseyində olub. Qonağı Liseyin bir qrup müəllim və şagirdləri gül - çiçək dəstələri ilə qarşılayıblar. Liseyin müdiri Ramazan Tomay qonağa rəhbərlik etdiyi təhsil müəssisəsinin fəaliyyəti dövründə əldə etdikləri nəaliyyətlər barədə ətraflı məlumat verib. Sonra  Baş Konsul H. Ağca liseyin tədris korpusu bir çox sinif otaqları, laboratoriyaları, kitabxanası və digər sosial şəraiti ilə tanış olub. Burada təhsil alan şagirdlər üçün təşkil olunmuş şəraitdən və müasir tələblərə cavab verən texniki avadanlıqlarla təchiz olunmasından, eləcədə məktəblilərin nizam-intizamından məmnun olduğunu bildirib. Liseyin müəllim və şagird kollektivinə təhsildə uğurlar diləyib.  

Liseyin şagirdi Taekvando yarışmasında I yeri tutdu

Resim
Noyabrın 26-27-də Quba Şəhər Olimpia kompleksində Təhsil Nazirliyinin “Təhsil” Respublika İdman Mərkəzi Taekvando üzrə yeniyetmə və gənclər arasında açıq Respublika birinciliyi keçirib. Bu yarışmada Quba Özəl Türk Liseyinin şagirdləri də öz güclərini sınayıblar. Onlardan liseyin 11-ci sinif şagirdi Məhəmməd Muradov açıq Respublika birinçiliyində 59 kq çəki dərəcəsində I yerə tutmuş və diplomla təltif olunmuşdur. Qeyd edək ki ötən il Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 86-cı il dönümünə həsr olunmuş Taekvando üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Taekvondo Federasiyası və Lənkəran Rayon Gənclər və İdman idarəsinin təşkil etdiyi ümumrespublika turnirində Məhəmməd Muradov 48 kq çəki dərəcəsində II yerə çıxaraq, “Təhsil” Respublika İdman Mərkəzinin təşkil etdiyi Taekvando yarışında III yerə layiq görülmüşdü. Məlumat üçün b ildiririk ki, M. Muradov bu ilin dekabr ayının sonunda ke

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni teqvim ili

Resim
Sizi 31 dekabr - Dünya Azərbaycanl ı lar ı n ı n Həmrəyliyi G ü n ü və Yeni teqvim ili m ü nasibəti ilə səmimi qəlbdən təbrik edir, cansa ğ l ığı , ş əxsi həyat ı n ı zda və i ş lərinizdə yeni-yeni u ğ urlar arzulay ı ram. Qar şı dan gələn yeni ilin m ü stəqil Azərbaycan ı m ı z, d ü nya azərbaycanl ı lar ı və ş əxsən Sizin üçü n əmin-amanl ı q, firavanl ı q illəri olmas ı n ı diləyirəm. S ö zdə, fikirdə və əməldə həmrəy olmaq arzusu ilə. H ö rmətlə, Qafqazlife

“Azercell”in Tələbə Təqaüdü Proqramının qalibləri bəlli oldu

Resim
    Tələbələrə dəstək və qayğı göstərən “Azercell” şirkəti 7 tələbəyə hər ay 200 AZN məbləğində təqaüd verəcək. “Azercell Telekom” MMC-nin bu il noyabrın 1-də elan etdiyi Tələbə Təqaüdü Proqramının nəticələri müəyyən edilib. Mərhələli seçim prosesinin sonunda tələbə “Azercell”in Təqaüdçüsü adına layiq görülüb. Proqram qalibi olan bu tələbələr ali təhsil müddətinin sonunadək “Azercell” şirkəti tərəfindən 200 AZN məbləğində aylıq təqaüd alacaqlar. Tələbə Təqaüdü Proqramının üstünlüyü yalnız maddi dəstəklə bitmir. Təqaüdlə yanaşı, bu gənclər telekommunikasiya sahəsi haqda biliklərini artırmaq, şirkətin korporativ tədbirlərinə dəvət almaq, müxtəlif təlimlərdə iştirak etmək və şirkətdə təcrübə keçmək imkanını əldə edəcəklər. Aşağıda adları çəkilən tələbələr 2011-ci il “Azercell”in Tələbə Təqaüdü Proqramının qalibləri elan olunublar: 1. Cəfər

Azər Enerji bacarıqlı gənclərlə əməkdaşlıqda maraqlıdır.

Resim
Dekabrın 24-də “ Az ər enerji ” Açıq Səhmdar Cəmiyyətinin İnsan Resursları Şöbəsi Qafqaz Universitetinin İqtisadiyyat və İdarəetmə Fakültəsinin son kurs tələbələri ilə keçirdi. Görüşdə  “ Az ər enerji ” Açıq Səhmdar Cəmiyyətinin İnvestisiyalar İdarəsinin rəisi Rafael Abbasov  tələbələrə “İnkişaf imkanları”  mövzusunda seminar verdi. R. Abbasov AzerEnerjinin inkişaf tarixi və investidiya imkanları, eləcədə dünyanın ən böyük konsorsiumları ilə iş birliyi, dünyada və regiondakı yeri haqqında geniş məlumat verdi. Seminar zamanı əldə edilən mövzu ilə bağlı təhlil xarakterli nəticələr dinləyici tələbələrin iştirakı ilə R. Abbasov tərəfindən məharətlə həyata keçirildi. Görüşün sonunda “ Az ər enerji ” Açıq Səhmdar Cəmiyyətinin İnsan Resursları Şöbəsinin rəis müavini Nigar Oruclu maraqlı olan tələbələri əməkdaşlığa dəvət etdi. Xatırladım ki, “ Az ər enerji ” Açıq Səhmdar Cəmiyyətinin İnsan Resursları Şöbəsi yaxın

DNS kompyuter tələbələrlə əməkdaşlığa əhəmiyyət verir

Resim
DNS kompyuter  şirkətinin əməkdaşları tərəfindən irəli sürülən marketinq layihəsində Qafqaz Universitetinin tələbələri fəal iştirak edirlər. Bu məqsədlə Qafqaz Universitetinin 100-dən çox tələbəsi DNS ilə müqavilə bağlayıb. Layihə əsasında DNS kompyuter şirkətinin mütəxəsisləri müqavilə bağladıqları tələbələrə marketinq üzrə seminar verdilər. Dekabrın 18-də keçirilən seminar görüşdə iştirak edən tələbələrə DNS tərəfindən sertifikatlar da təqdim edildi. Qeyd edək ki, proqramın keçirilməsində Qafqaz Universitetində fəaliyyət göstərən “Sənaye Mühəndisliyi” tələbə dərnəyi yaxından köməklik göstərərək fəal iştirak etdi. Dr. İsa Qasımov         

Baku Electroniks şirkətinin əməkdaşları karyera günləri keçirdi.

Resim
  Baku Electroniks şirkətinin əməkdaşları karyera günləri proqramı əsasında Qafqaz Universitetində Mühəndislik fakültəsinin tələbələri ilə görüş keçirdilər. Görüşdə şirkətin nümayəndələri satışa təqdim etdikləri kompyuter texnologiyalarını yığılmasını canlı olaraq tələblərə göstərdilər. Belə ki, müxtəlif markalı dizüstü kompyuterlər (nootbuk) şirkətin mütəxsəsisləri tərəfindən sökülərək yenidən yığıldı və bütün proses tələblərə izah edildi. Sonda tələbələrin sualları cavablandırıldı. Qeyd edək ki, proqramın keçirilməsində Qafqaz Universitetində fəaliyyət göstərən “Sənaye Mühəndisliyi” tələbə dərnəyi yaxından köməklik göstərərək fəal iştirak etdi. Dr. İsa Qasımov

SİNAM şirkəti fəal tələbələrə təqaüd ayırdı.

İnformasiya texnologiyalarının tətbiqinə görə Azərbaycanda nüfuzlu şirkətlərdən olan SİNAM  universitetlərdə fəallığı ilə seçilən tələbələrə təqaüd proqramı tətbiq edir. Bu məqsədlə  dekabrın 20-də Qafqaz Universitetində təşkil olunmuş görüşdə SİNAM şirkətinin səalhiyyətli nümayəndəsi Ramin Rzayev Qafqaz Universitetinin iki tələbəsinə şirkətin təqaüdünü qazandıqlarına görə sertifikatları təqdim etdi. R. Rzayev tələbələrlə görüşdə son bir əsrdə informasiya texnologiyalarının nə qədər inkişaf etdiyini, eləcə də bu inkişafın çox sürətli baş verdiyini vurğulayaraq, elmi fəallığın artırılmasının vacib olduğunu qeyd etdi. SİNAM şirkəti bu sahədə maraqlı olan tələbələrə istər parktika, stər layihələrdə bərabər çalışma, istərsə də digər imkanları ilə dəstək verməyə hazır olduğunu söyləyən R. Rzayev Qafqaz Universitetinin onlarla bərabər çalışan məzunlarından da məmnun olduqlarını bildirdi. SİNAM şirkətinin ayrıdığı təqaüdə Qafqaz Universitetindən layiq gö