Qafqaz Universitetinində qardaş Türkiyə Universitet rektorları ilə memorandum imzalanıb.


27 January, 2012
Mərkəzi Türkiyədə yerləşən Qafqaz Universitetləri Birliyinin sədri, Ardahan Universitetinin rektoru, professor Ramazan Korkmaz, Qars Qafqaz Universitetinin rektoru professor  Sami Özcan  Qafqaz  Universitetini  ziyarət  etdilər .Qonaqları qarşılayan tələbə və  müəllim  heyətilə  yanaşı  universitetin  rektoru, professor Ahmet Saniç onlara universitet haqqında ətraflı məlumat verdi, Azərbaycan ilə Türkiyənin tarixi birliyindən, qardaşlıq münasibətlərindən danışdı . Böyük şəxsiyyət Mustafa Kamal Atatürkün və ulu öndər Heydər Əliyevin əbədiyaşar ideyalarının əhəmiyyətini vurğulayan rektor dahi rəhbər Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” kəlamını xatırlatdı. Tanınmış alimlərin Qafqaz Universitetinə gəlişindən məmnunluq duyduğunu deyən rektor gələcəkdə də bu əməkdaşlığın davam etdiriləcəyini bildirdi. Azərbaycanla Türkiyə arasında olan dostluq, qardaşlıq əlaqələrindən də söz açan rektor, Qafqaz Universitetinin Türkiyənin bir çox ali təhsil məktəbləri  ilə ikitərəfli müqavilələrinin olduğunu, onlarla sıx əməkdaşlıq etdiyini vurğuladı . 
Qafqaz Universitetinin  Qars Qafqaz və Ardahan Universitetləri ilə sıx əməkdaşlıq etməkdə maraqlı olduğunu bildirən rektor Ahmet Saniç, bugünkü görüşün bu əlaqələrin davamlı xarakter daşımasında böyük zəmin yaratdığını deyib. Ardahan Universitetinin rektoru Ramazan Korkmaz  öz növbəsində rəhbərlik etdiyi Qafqaz Universitetləri Birliyi haqqında geniş məlumat verərək Birliyin tətbiq etdiyi “Mövlana proqramı” haqqında danışıb. Məlum olub ki, Mövlana proqramı  eynilə Avropadakı Erasmus Mundus proqramı kimi bölgədəki ölkələrin universitetlərinin tələbə və müəllim mübadiləsini dəstəkləmək, bu prosesi maliyyələşdirərək, proses zamanı yaranacaq qarşılıqlı əməkdaşlığı ölkələrimizin gələcəyinə yönəltmək üçün planlaşdırılmış bir layihədir. Bu layihə çərçivəsində Qafqaz Universitetləri Birliyi ilə Qafqaz Universiteti  arasında sıx əməkdaşlığının yaranacağını ümid edən Ramazan Korkmaz artıq 24 universitetin üzv olduğu bu Birliyin I-ci Gənclik Qurultayının Naxçıvan Dövlət Universitetində keçirildiyini qeyd edib. Sonda birgə elmi tədqiqatların aparılması, tələbə, təcrübə və informasiya mübadiləsi, müxtəlif mövzularda çoxsaylı konfransların, seminarların keçirilməsi və digər məsələləri əhatə edən memorandum imzalandı.Qafqaz Universitetinin rektoru Ahmet Saniç  qonaqlara günün xatirəsi olaraq xatirə plaketi təqdim etdi.Qonaqlar universitetin tədris mərkəzləri ilə yaxından tanış oldular.
Rəcəb Rzayev
Qafqaz Universiteti Mətbuat xidməti

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF