Təhsil naziri Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüşüb
Bu il isə “Eurovision-2012” musiqi yarışması Bakı şəhərində keçiriləcək və beləliklə, dünyanın diqqəti Azərbaycanda olacaq. Olimpiadaya toxunan nazir bildirib ki, aprelin 6-7-si tarixlərində Bakı şəhərində məktəblilərin Ətraf Mühitin Mühafizəsi Vİ Beynəlxalq Layihə Olimpiadası keçiriləcək. Bu tədbirin təhsil tarixində mühüm hadisə kimi yadda qalacağını diqqətə çatdıran M.Mərdanov bildirib ki, Olimpiada Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Dövlət Neft Şirkəti, “Çağ” Öyrətim İşlətmələri Şirkəti, İNEPO-Avrasiya” Ekologiya İctimai Birliyinin təşkilatçılığı, İctimai Televiziya və Radio Yayımları Şirkətinin informasiya dəstəyi ilə reallaşır.
Nazir xatırladıb ki, 2007-ci ildən başlayaraq keçirilən ənənəvi Olimpiadanın Təşkilat Komitəsinə dünyanın 43 ölkəsinin şagirdləri tərəfindən 400-dən çox layihə təqdim edilib. Onlardan 115-i seçilərək münsiflər heyətinin müzakirəsinə veriləcək. Nazirin sözlərinə görə, 2007-ci ildə Olimpidaya 17, 2008-ci ildə 30, 2009-cu ildə 31, 2010-cu ildə 33, 2011-ci ildə 35 və 2012-ci ildə isə 43 ölkə qatılıb. Bu illər ərzində Azərbaycan məktəbliləri 21 qızıl, 22 gümüş, 25 bürünc medal qazanıblar. Nazir deyib ki, Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının mükafatlandırma mərasimi aprelin 7-si Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçiriləcək. O, ümid etdiyini bildirib ki, Olimpiadanın sonunda ədalətli qərar qəbul ediləcək.
http://www.azadinform.az/news/a-19217.html