Misir Mərdanov türkiyəli universitet rəhbərlərilə görüşüb
05:03 / 28.01.2012
Dünən təhsil naziri Misir Mərdanovun Türkiyənin Ərdahan Universitetinin rektoru, Qafqaz Universitetlər Birliyinin rəhbəri Ramazan Qorxmaz və Qars Qafqaz Universitetinin rektoru Sami Özcan ilə görüşü olub.
Görüşdə təhsil nazirinin müavini Qulu Novruzov, Təhsil Nazirliyi Aparatının rəhbəri İlham Pirməmmədov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Tamilla Əliyeva, Ali və orta ixtisas təhsili şöbəsinin müdiri İlham Mustafayev, “Çağ” Öyrətim İşlətmələri Şirkəti İdarə Heyətinin sədri Ənvər Özərən, Qafqaz Universitetinin rektoru Əhməd Saniç və Avrasiya Universitetinin rektoru Cəlil Nağıyev iştirak ediblər.
Qonaqların Azərbaycana gəlişindən məmnunluğunu ifadə edən nazir iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində qarşıda duran mühüm vəzifələrdən söz açıb. Təhsil naziri müstəqil dövlətimizin memarı, ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanla Türkiyə arasında təhsil və elmi əlaqələrin inkişafına daim böyük önəm verdiyini, bu kursun ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Ölkələrimiz arasında təhsil sahəsində genişlənən əməkdaşlığın milli maraqlarımız baxımından əhəmiyyətini diqqətə çatdıran M.Mərdanov “Çağ” Öyrətim İşlətmələri Şirkətinin ölkəmizdə fəaliyyət göstərən təhsil müəssisələrinin, o cümlədən Qafqaz Universitetinin uğurları barədə ətraflı məlumat verib. Təhsil naziri Qafqaz Universitetlər Birliyinin ali məktəblərimiz arasındakı münasibətləri keyfiyyətcə yeni mərhələyə qaldıracağına əminliyini ifadə edib, bu qurumun yaradılmasında əməyi olanlara təşəkkürünü bildirib.
Ərdahan Universitetinin rektoru, Qafqaz Universitetlər Birliyinin rəhbəri Ramazan Qorxmaz 2009-cu ildə yaradılan, 24 universitetin təmsil olunduğu qurumun qısa müddətdə keçdiyi inkişaf yolundan danışıb. Rektor bildirib ki, Qafqaz Universitetlər Birliyinin əsas məqsədi müxtəlif ölkələrin ali məktəbləri arasında birgə əməkdaşlığı genişləndirmək, gələcək inkişaf perspektivlərini müəyyənləşdirmək, dünyanın qabaqcıl universitetləri ilə əlaqələrin qurulması işinə təkan vermək, müəllim və tələbə mübadiləsini dəstəkləməkdən ibarətdir.
Qafqaz Universitetinin rektoru Sami Özcan qeyd edib ki, bu gün Azərbaycanın və Türkiyənin inkişaf yolu bütün sahələrdə münasibətlərin daha da dərinləşdirilməsini zərurətə çevirib. Universitetlərarası əlaqələrin inkişafına diqqət çəkən qonaq bu baxımdan Qafqaz Universitetlər Birliyi çərçivəsində əməkdaşlığın inkişafının əhəmiyyətindən söz açıb.
M.Mərdanov Azərbaycan ilə Türkiyənin mehriban qardaşlıq münasibətlərinin inkişafı yolunda birgə elmi araşdırmaların əhəmiyyətinə toxunub, tariximizin dolğun şəkildə gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayıb. Bu işdə Qafqaz Universitetlər Birliyinin üzvü olan tədris ocaqlarının üzərinə mühüm vəzifələrin düşdüyünü söyləyən nazir birgə konfrans və simpoziumların keçirilməsinin zəruriliyini qeyd edib. Qafqaz Universitetlər Birliyinin ali məktəblər arasındakı əməkdaşlığı daha da gücləndirəcəyinə əminliyini ifadə edən təhsil naziri bu qurumun fəaliyyətinə hər cür dəstək veriləcəyini diqqətə çatdırıb.
Daha sonra görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
S.QARAYEVA