“Türk sənətləri haqqında bilgilər” mövzusunda seminarlar başlayıb
14:25 / 07.01.2012
Qafqaz Universiteti Mədəniyyət şöbəsinin nəzdində fəaliyyət göstərən
sənət kurslarında “Türk sənətləri haqqında bilgilər” mövzusunda silsilə
seminarlar start götürüb. İlk seminarın mövzusu “Ebru və hüsn xətt”
sənətinə həsr olunub. Seminar iştirakçılarına Dövlət və bələdiyyə idarə
etməsi bölməsinin “Xüsusi istedadlar” qrupu ebru və hüsnxətt sənəti
haqqında geniş məlumat verilib. Ebru kursunun müəllimi Təranə Məmmədova
ebru sənətinin tarixi, inkişaf mərhələsi, ebru növləri və onun tətbiq
olunduğu yerlərlə bağlı dolğun məlumat verib. Təranə Məmmədova qədim
ebru sənəti ustalarından hatib Mehmet Əfəndi, Şebek Mehmet Əfəndi,Hikmət
Barutçugil, Fuat Başar kimi ebru sənətinin müasir dövrümüzdəki məşhur
ustaları haqqında danışıb. Tələbələr Ebru sənəti ilə praktik məşğul
olaraq eyni zamanda iki ibrətamiz hekayə dinləyiblər.
Hüsnxətt sənətinin təməli, tarixi, inkişaf mərhələləri, hüsnü xət üslubları: kufi yazı, sülüs yazı, nəsih yazı, muhakkak yazı, rika yazı, tevki yazı, talik yazı çeşidləri haqqında dr. Arzu Məmmədova geniş məlumat verilib. Hüsnxətt üçün istifadə edilən materiallar: kağız, qələm və mürəkkəbin necə hazırlanması qaydaları izah edildi. Xət yazmaq üçün istifadə edilən kağız göstərildi ki, bu da tələbələrin diqqətini xüsusilə cəlb edib. Hüsnü xət sənətinin Osmanlı dövləti zamanında daha da inkişaf etməsi və məşhur xəttatlar haqqında məlumatlar verilib. Osmanlı sultanlarından III. Ahmed, II. Mahmud ve Abdulməcid kimi qabaqcıl, bacarıqlı xəttatların xət yazıları tələbələrin böyük marağına səbəb olub.
Günümüzün istedadlı xəttatları Ali Alparslan, Hasan Çelebi, Hüseyin Kutlu, Fuat Başar və bu ustadların yetiştirdiyi xəttatların, bu bənzərsiz sənəti yeni zirvələrə qaldıran əsərləri video slaydlarla göstərilib. Hüsnü xət sənətının istifadə edildiyi yerlər, memarlıq abidələri, daxili tərtibatda istifadəsi haqqında videokadrların nümayişi ilə birlikdə məlumat verilib. Xarici ölkələrdə təşkil olunan Xət sənəti yarışmalarında müxtəlif yazı çeşidlərində mükafata layiq görülmüş xət yazıları göstərildi, bu sənətlə məşğul olan xəttatların nə qədər səbrli, təmkinli, təmiz və diqqətli, öz işinə hörmətlə yanaşmaq xüsusiyyətinin olması, kamil bir insan olmaq üçün bu keyfiyyətlərin vacibliyi önə çəkilib.
Seminarda insanın hansı sənət sahibi olursa olsun vətənini sevməyi, tarixinə sahib çıxmağı, öz işinə hörmətlə yanaşmağı, nizam-intizamlı olmağı, həm işi, həm də xarakteri ile gözəl olmağını təlqin edən xoş bir söhbət aparılıb. Seminar tələbələrə sənətlə gözəlləşən, sevgi və həyat dolu bir həyat yaşamaları arzusuyla başa çatıb.
S.QARAYEVA