Qafqaz Universitetinde Jurnalistika təhsilinin aktual problemləri müzakirə edilib
08 July, 2011 Atif Eyvazov/AZADİNFORM. Bu gün Qafqaz Universitetində “Jurnalistika təhsilinin aktual problemləri və həlli yolları” mövzusunda dəyirmi masa keçirilib. “Azadinform” xəbər verir ki, tədbir Qafqaz Universiteti və İstanbul Universitetinin Kommunikasiya fakültəsi ilə birgə təşkil edilib. Tədbirdə çıxış edən Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç bildirib ki, rəhbərlik etdiyi ali təhsil ocağında ilk dəfə olaraq Jurnalistika fakültəsi açılıb və bu ildən fakültədə 20 nəfər tələbə təhsil alacaq. Azərbaycandakı jurnalistikanın mövcud durumdan da bəhs edən A.Saniç bildirib ki, hazırda universitetin bu sahədəki problemlərin aradan qaldırılmasına hansı töhfə verəcəyi müzakirə edilir. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimi, professor Qulu Məhərrəmli son zamanlar Azərbaycanda yeni medianın formalaşma prosesinin getdiyini qeyd edib. Ali təhsil ocaqlarında jurnalistikanın tədrisindən bəhs edən Q.Məhərrəmli bu sahədəki problemlər, onun hə...