“Azərikimya” İB Qafqaz Universiteti ilə əlaqələri genişləndirir

Artıq bir ilə yaxındır ki, ARDNŞ-nin “Azərikimya” İstehsalat Birliyinin kollektivi Qafqaz Universiteti ilə əlaqələri genişləndirmişdir.
Ali təhsil ocağının texniki və iqtisadiyyat fakültələri tələbələrinin “Universitet – müəssisə” sistemi üzrə Birliyin zavodlarında təcrübə keçmələri, nəzəri biliklərini praktikada daha da təkmilləşdirmələri üçün “açıq qapı” şəraitinin yaradılması istiqamətində səmərəli işlər aparılmaqdadır. Birlik rəhbərliyinin professor-müəllim heyəti və tələbələrlə Universitetdə, daha sonra isə Sumqayıtda keçirdiyi görüşlər, aparılmış müzakirə və diskussiyalar, tələbələrdən bir qrupunun kurs və diplom təcrübələrini “Azərikimya”nın müəssisələrində keçməsi üçün şərait yaradılması və s. belə tədbirlərdəndir. Bu günlərdə daha bir maraqlı ideya irəli sürülmüşdür. Birliyin mövcud saytının daha işlək və səmərəli olması, kollektivin istehsalat fəaliyyəti, sosial-mədəni həyatı və digər məsələlərlə bağlı informasiyaların cəmiyyətə operativ şəkildə çatdırılması məqsədi ilə “Azərikimya”nın internet səhifəsinin təkmilləşdirilməsi üçün istedadlı tələbələrin texniki yaradıcılıq potensialından istifadə etmək qərara alınmışdır. Təşəbbüsün həm tələbələr, həm də Birlik üçün faydalı, konkret və praktiki əhəmiyyəti nəzərə alınaraq, Qafqaz Universitetində bununla bağlı görüş keçirilmişdir. İdeyanın “Azərikimya” ilə yeni, daha sıx münasibətlərin formalaşmasına, tələbələrin intellektual inkişafına xidmət etdiyini bildirən Universitet təmsilçiləri təşəbbüsü bəyəndiklərini və tələbələrin bu işə məmnunluqla qoşulacaqlarını söyləmişlər. Daha sonra “Azərikimya” İB-nin nümayəndələri kimya və sənaye mühəndisliyi fakültələri tələbələrinin texniki yaradıcılıq nailiyyətləri, o cümlədən müəllimlərlə birgə hazırladıqları roboto-texniki vasitələrlə tanış olmuşlar. Onlara bu haqda məlumat verilmişdir. Yaxın günlərdə “Azərikimya”nın İnformasiya texnologiyaları şöbəsinin əməkdaşları və tələbələr Birliyin saytının təkmilləşdirilməsi üzrə işə başlayacaqlar.
http://new.socar.az/socar/en/news-and-media/news-archives/news-archives/id/4176

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF