Ali təhsil müəssisələrinin işinə müasir yanaşma
18.01.12
Müasir dövrdə yaşadığımız cəmiyyət
inkişafa doğru irəlilədikcə, gənclərin həyata olan fərqli baxışları
artır və onları gələcəyə daha mübariz, inamla çalışmaq məcburiyyətində
qoyur. Hər bir inkişafın başlanğıcında təhsil mühüm faktor olduğu üçün,
valideynlər övladlarının hətta kiçik yaşlarından yaxşı
bir universitetdə təhsil almaları barədə düşünür və bunun üçün bütün
maddi imkanlarını səfərbər edirlər. Bunun müqabilində ali təhsil
müəssisələri seçilmək üçün keyfiyyətli təhsil vermək
məcburiyyətindədirlər. Təhsil müəssisələri güclü tərəflərini ətraflı
şəkildə ictimaiyyətin diqqətinə çatdırmağı, yeni imkanlar əldə etməyi,
çatışmayan cəhətlərini müəyyənləşdirmək və onları həll etməyin yollarını
axtarıb tapmağı bacarmalıdırlar. Buna nail olmaq üçün isə tələbələrinin
ehtiyaclarını, onların xidmətlərdən razı qalıb-qalmadıqlarını
müəyyənləşdirməlidirlər. Universitet rəhbərliyi üçün ali təhsil
prosesinin strategiyasının formalaşdırılması və bunun dayanıqlılığının
təmin edilməsi baxımından tələbələrin münasibətinin müəyyən edilməsi
böyük əhəmiyyət kəsb edir.
Qafqaz Universitetində məhz yuxarıda sadaladığımız vacib məsələlərlə bağlı tədqiqat işi aparılmışdır. Aparılan tədqiqat işində burada təhsil alan 453 tələbənin keyfiyyət anlayışları, universitetdə üstünlük verdikləri cəhətlər araşdırılmış və xüsusi qeyd edilmişdir.
Tədqiqat nəticəsində təhsilin keyfiyyəti, professor-müəllim heyətinin tələbələrlə münasibəti, infrastruktur və fiziki imkanlar, sosial, mədəniyyət və idman sahəsində məqsədyönlü, uğurlu fəaliyyət əsas məsələlər kimi təsbit edilmişdir. Belə ki, sorğuda iştirak edən 453 tələbədən 122-si təhsilin keyfiyyəti məsələsini önə çəkmişdir.
Təhsilin keyfiyyəti, intizam və ədalət prinsipi, beynəlxalq əlaqələr, xarici dilin tədrisi, sərbəstlik, korrupsiyanın olmaması kimi hallar da əks olunmuşdur.
Tələbələrin verdiyi cavablar arasında ən çox qeyd edilən məsələlərdən biri müəllim-tələbə münasibətləridir. 453 dəyərləndirmənin 86-da bu məsələyə münasibət bildirilmişdir.
Qeyd edək ki, tələbələrin universitetdə üstünlük verdikləri istiqamətlərdən biri sosial, mədəni proqramların təşkil edilməsidir. 453 dəyərləndirmənin 40-da tələbələr bu məsələyə razılıqlarını ifadə etmişlər. Bu cavablar içərisində xüsusilə “Tələbə dərnəklərinin olması, tələbələrin dərnəklər vasitəsilə fərqli istiqamətlərdə inkişaf etmək imkanları” vurğulanmışdır. Bilik, şeir müsabiqələri, şənliklər, seminarlar, milli və beynəlxalq tələbə konfransları, basketbol, futbol və başqa idman turnirləri kimi sosisal fəaliyyətlər tələbələr tərəfindən maraqlı proqramlar sırasına daxil edilmişdir.
İnfrastruktur və fiziki imkanlar haqqında cavablar ayrı bir qrup təşkil etmiş və 453 dəyərləndirmənin 43-ü bu mövzuda olmuşdur. Universitetdə şəraitin təmizliyi, bundan başqa, universitetin kampusu, laboratoriya imkanları da əksəriyyət tərəfindən təqdir olunmuşdur.
Beləliklə, artıq 20 ildir ki, Azərbaycanda uğurla fəaliyyət göstərən, yüksək tədris keyfiyyəti və əldə etdiyi nailiyyətləri ilə reytinq qazanan Qafqaz Universitetinin tələbələr arasında apardığı tədqiqat işinin nəticələri məhz belə ali təhsil müəssisələrinə tələbatın artdığını bir daha sübut etmişdir.

Şahin Durmaz,
Qafqaz Universitetinin prorektoru.
Qafqaz Universitetinin prorektoru.