Kayıtlar

Ekim, 2012 tarihine ait yayınlar gösteriliyor

Təhsil işçiləri liseydə “Ağıllı Lövhə” ilə yaxından tanış olublar

Resim
Oktyabrın 30-da Oğuz Rayon Təhsil şöbəsinin  müdiri  Elçin Kərimov, müavinləri Nəsimi Adıyev, metodkabinə müdiri Nəsimi Zahidov, Oğuz Rayon Azad Həmkarlar Təşkilatının sədri Telman Mustafayev, eləcə də təhsil şöbəsinin digər əməkdaşları və rayonun bir çox məktəb direktorları Şəki Azərbaycan-Türkiyə Özəl Liseyinə gələrək “Ağıllı Lövhə” ilə yaxından tanış olublar. Liseyin müdiri Ömer Faruk İmat qonaqlara yeni təhsil texnologiyaları, xüsusilə də “Ağıllı Lövhə” və onun əhəmiyyəti haqqında ətraflı məlumat verib.  O, bildirib ki, bu ildən başlayaraq şagirdlərin dərsi qavrama fəallığını daha da artırmağa imkan verəcək interaktiv elektron lövhələrin istifadə edilməsinə başlanılmışdır. 14 ədəd elektron lövhə alınaraq sinif otaqlarında quraşdırılmışdır.  Sonra qonaqlar liseyin sinif otaqlarını gəzərək dərs prosesini izləmiş və interaktiv lövhələrlərdən istifadə qaydaları ilə tanış olublar. Liseydə tətbiq olunan bu yeni təhsil texnologiyalarının şagirdlərin daha yaxşı oxumasınd

Şəfqət və mərhəmət duyğularının təntənəsi

Resim
Qafqaz Universitetində milli-mənəvi həmrəyliyin, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının təntənəsi olan müqəddəs Qurban bayramı qeyd edildi.   H.Z.Tağıyev Tələbə Yardım dərnəyi üzvləri bir ay əvvəl   bu münasibətlə keçirilən aksiyada əldə etdikləri   vəsaiti ehtiyacı olan insanlara ünvanlamışdı. Dərnəyin təşkilatçılığı və iştirakı ilə keçirilən mərasim daha təntənəli idi. İnsanları mərhəmətə, ziyarətə, bərabərliyə səsləyən bu mərasimə sənət adamlarının da qoşulması bayramı daha da möhtəşəm etdi.   Roza Zərgərli, Fəridə Məlikova, Bahar Lətifqızı, Xatun Əliyeva, Samirə Əliyeva, Samirə Allahverdi, Natavan Həbibi, Oya Ergün, Fidan Süleymanova, Ülviyyə Rəhimova və Twins Qrupunun qatıldığı mərasimdə Azərbaycanın ərazi bütövlüyü və Qarabağ müharibəsində şəhid olanların ruhuna dualar oxundu, qurbanlar kəsildi. Qurban ətlərinin doğranmasında və qablaşdırılmasında klub üzvləri ilə bərabər çalışan sənətçilər xeyirxah işlərdən zövq aldıqlarını etiraf et

Türklüyün zəfər bayramı

Resim
29 oktyabr 1923-cü il  Bu  tarix Türkün 4000 illik qəhrəmanlıq salnaməsinin zirvəsidir.  Bu Türkiyənin qurtuluşu ilə yanaşı, eyni zamanda o zamana qədər artıq Sovet Rusiyasının nəzarətinə düşmüş digər türk ellərinin - Azərbaycanın, Qazaxıstanın, Özbəkistanın, Qırğızıstanın, Tatarıstanın, Başqırdıstanın, Xakasiyanın, Saxanın, Qaraçayın, Qaqauz elinin tarix səhnəsində əbədi silinməsi təhlükəsinin aradan qalxması idi. Bu baxımdan da onun bütün türk ellərində bir zəfər bayramı kimi, istiqlala təməl olan bir gün kimi qeyd olunması həm  şərəf,  həm də 89 il öncə türkün ən yeni tarixinə imza atmış şəhidlərin haqqını tanımaqdır.  Mədəniyyət şöbəsinin təşkilatçilığı ilə bu münasibətlə hazırlanan tədbirdə Vətənin istiqlaliyyəti uğrunda canlarından keçən şəhidlər bir dəqiqəlik sükutla yad edildi. Qafqaz universitetinin xor kollektivi Türkiyə Respublıkasının Dövlət Himnini canlı ifa etdikdən sonra rek

BP Xəzər Qafqaz Universitetində karyera təqdimatı keçirdi FOTOLAR

Resim
Oktyabr ayının 30-da BP Xəzər şirkəti Qafqaz Universiteti tələbələri ilə növbəti görüşü keçirmişdir. Görüşün əsas məqsədi BP Xəzərdə karyera imkanları, təcrübə proqramları və yay məktəbi mövzularında məlumatlandırma xarakteri daşıyırdı. Tədbir Karyera Planlama Mərkəzinin müdiri İsa Qasımovun açılış sözləri ilə başladı. Görüşdə BP Xəzərin hədəf qrupu olan müxtəlif ixtisaslardan 300-ə yaxın tələbə iştirak etmişdir. Keçirilən tədbirdə BP Xəzəri Məzunların İşə Qəbulu və Neft-Qaz Mütəxəssislərinin Qəbulu Proqramı üzrə Rəhbəri, Neft-qaz İxtisaslı Məzunların Təkmilləşdirilməsi Proqramı rəhbəri, İşə Qəbul və Marketin üzrə Koordinatoru, Universitətlərlə Əlaqə və Təqaüd üzrə məsləhətçisi, İşə Qəbul üzrə məsləhətçisi, İnsan Qaynaqları üzrə məsləhətçisi, və bir çox mühəndis mütəxəssislərdən ibarət 13 nəfərlik heyət təmsil edirdi. Təqdimatdan sonra BP heyəti tələbələrlə üzbəüz görüşərək tələbələrin suall

Tempus UNIMIG layihəsinin növbəti görüşü

Resim
Oktyabr ayının 24-28 tarixləri arasında Qafqaz Universitetinin 7 nəfərdən ibarət heyəti Tempus UNIMIG  “Miqrasiya sahəsində ali təhsil müəsissələrində potensialın inkişaf etdirilməsi” layihəsi çərçivəsində Tbilisi Dövlət Universitetini ziyarət etmişdir. Ziyarətin məqsədi Qafqaz Universitetində “Miqrasiya üzrə magistr dərəcəsi” təhsilinin başladılması üçün növbəti “Tədris planının inkişafı (Curriculum Development)” üzrə təlim almaq idi. Təlim proqramında Oldenburg Universiteti (Almaniya), Alikante Universiteti (İspaniya) və Qratz Universitetinin (Avstriya) nümayəndələri, Beynəlxalq Miqrasiya Təşkilatının müxtəlif ölkələr üzrə ekspertləri, Tbilis Dövlət Universitetinin heyəti və s. iştirak etmişdirlər.  Artıq ikinci ilinə qədəm qoyan Tempus UNIMIG layihəsi Azərbaycanda və regionda miqrasiya problemlərinin vurğulanması, miqrasiya üzrə ali təhsil dərəcəsinin başladılması, Miqrasiya Mərkəzinin qurulması, uyğun akademik ədəbiyyat

Qafqaz Universitetində 29 Oktyabr-Türkiyə Cümhuriyyətinin 89-cu ildönümü qeyd olundu.

Resim
29 October, 2012, Qafqaz Universitetində universitetin mədəniyyət şöbəsinin təşkilatçılığı ilə Cümhuriyyət gününə həsr olunmuş Bayram tədbiri keçirildi. Universitetin akt zalında  Ulu öndər Mustafa Kamal Atatürkün rəhbərliyi altında Türkiyənin istiqlal mübarizəsindən və ölkənin keçdiyi inkişaf yolundan bəhs edən video çarx nümayiş etdirildi. Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhları bir dəqiqəlik sükutla yad edilərək, Türkiyə Cumhuriyyəti İstiqlal Marşının oxunmasından sonra tədbiri giriş sözü ilə açan Qafqaz Universitetinin rektoru Ahmet Saniç Azərbaycan və Türkiyə Respublikalarının qardaşlıq münasibətlərindən danışaraq Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkənin məhz Türkiyə olduğunu vurğuladı. Sonra  rektor ulu öndərin kəlamını xatırlatdı  biz “Bir millət, iki dövlət” kəlamları qardaş ölkələrimiz arasında hər zaman əsas prinsip olduğunu qeyd etdi.  Universitetin özfə

Посол США в Баку уверен в развитии двустороннего сотрудничества в сфере образования

Resim
Посол США в Баку Ричард Морнингстар посетил азербайджанский университет "Qafqaz", говорится в пресс-релизе вуза. Ректор университета Ахмет Саныч отметил важность сотрудничества в сфере образования между двумя странами, назвав США центром мировой науки. А.Саныч поздравил посла с новым назначением, а также выразил уверенность, что дипломатическая деятельность Р.Морнингстара укрепит отношения между двумя странами и способствует их развитию. Р.Морнингстар ознакомился с качеством обучения и условиями, созданными для студентов, и выразил удовлетворение по данному поводу. Посол выразил уверенность в том, что налаженные отношения в сфере образования будут развиты и в дальнейшем. http://interfax.az/view/555998

"Çağ" Öyrətim Şirkəti ötən dərs ilində fərqlənmiş şagird, müdavim və tələbələri mükafatlandırdı

Resim
  25 Oktyabr 2012 - №42 Oktyabrın 20-də Qafqaz Universitetində "Çağ" Öyrətim İşlətmələri Şirkətinin liseylərinin, "Araz" hazırlıq kurslarının və Qafqaz Universitetinin ötən dərs ilində respublika və beynəlxalq olimpiadalarında, müsabiqələrində uğurlu nəticələr əldə etmiş, ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış şagird, müdavim və tələbələrinin mükafatlandırılması mərasimi keçirildi. Ənənəvi olaraq "Yüksələn təhsilimizin bayraqdarı - Azərbaycan məktəblisi" devizi altında keçirilən "Təhsilimizin ulduzları" adlı mükafatlandırma mərasimində müxtəlif dövlət və hökumət qurumlarının rəsmiləri, Milli Məclisin deputatları, ölkənin bir sıra orta və ali məktəblərindən nümayəndələr, valideynlər, iş dünyası və KİV təmsilçiləri iştirak edirdilər. Mərasim açıq elan olunduqdan sonra ulu öndər Heydər Əliyevin,

Ağdaş Özəl Türk Liseyində elektron lövhələrin təqdimatı olub.

Resim
“Ağıllı” lövhələr müasir biliklərə yiyələnməkdə vacib vasitədir.   Mərasimdə Ağdaş Rayon Təhsil Şöbəsinin müdiri Lütvi Paşayev, Rayon İcra Hakimiyyətinin nümayəndəsi Qalib Həsənov, həmçinin Ağdaş və ətraf rayonların təhsil şöbələrinin əməkdaşları, məktəb direktorları da iştirak ediblər. Tədbirdə liseyin müdiri Ramazan Tomay rəhbərlik etdiyi təhsil ocağının maddi-texniki bazasının möhkəmlənməsinə dair görülən işlər haqqında ətraflı məlumat verib. O, bildirib ki, “Çağ”ın bütün məktəbləri, o cümlədən Ağdaş Özəl Türk Liseyi tədris prosesində informasiya texnologiyaları vasitələrindən geniş istifadə edir. Bütün fənn otaqları, laboratoriyalar ən müasir elektron cihazlarla təchiz olunub. R.Tomay bu dərs ilindən başlayaraq, şagirdlərin dərsi qavrama fəallığını daha da artırmağa imkan verən 15 interaktiv elektron lövhənin istifadəsinə başladıqlarını da qeyd edib. Onun sözlərinə görə, bu elekton lövhələr şagirdlərin müasir biliklər

Qafqaz Universitetində Milli İnternet Mükafatının təqdimatı keçirilib (Foto)

Resim
Bu gün Qafqaz Universitetində Milli İnternet Mükafatının - Milli Net 2012  - nin təqdimatı keçirilib. Təqdimat mərasimində Milli Net təşkilatçıları və Qafqaz Universitetinin müəllim və tələbələri iştirak ediblər. Milli Net Təşkilat Komitəsinin üzvləri Osman Gündüz və Ramin Orucov, Münsiflər Komissiyasının üzvü Abzətdin Adamov Milli Net haqqında məlumat veriblər. Milli Net –in Qaydaları və Müsabiqədə iştirak şərtləri haqqında, səsvermə prosesi haqqında, Nominasiyalar və məhdudiyyətlər haqqında geniş məlumatlar təqdimat iştirakçılarının diqqətinə çatdırılıb. Milli Net təşkilatçıları toplantı iştirakçılarının suallarını cavablandırıblar. Milli Net-in digər qurumlarda və təhsil müəssisələrində də Təqdimatlarnın kçeirilməsi nəzərdə tutulub. Məlumat üçün bildiririk ki, hazıqda Milli Net-də saytların qedyiyyatının başa çatmasına 28 gün qalıb. Müsabiqəyə indiyədək 13 Nominasiya üzrə 142 sayt təqdim olunub və onlardan 120-si yarışmaya buraxılıb. Hazırda www.millinet.a

ABŞ səfiri Qafqaz Universitetində olub ABŞ səfiri Qafqaz Universitetində olub

Resim
Qafqaz Universitetində ABŞ-ın ölkəmizdə yeni təyin olunmuş səfiri Riçard Morninqstar ilə görüş keçirilib. Tədbiri giriş sözü ilə Qafqaz Universitetinin rektoru Ahmet Saniç açaraq qonağı bu ali təhsil ocağında görməkdən məmnunluğunu ifadə edib. Rektor çıxışında R. Morninqstarın ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etməsinə töhvə verəcəyinə ümidvar olduğunu bildirib.   Tədbirdə ABŞ-ın ölkəmizdəki yeni səfiri Riçard Morninqstar çıxış edərək bildirib ki, Azərbaycanı çox bəyənir. O, Qafqaz Universitetindəki təhsil imkanlarından razı qaldığını bildirib.   Elməddin http://ucnoqta.az/ana_sehife/58354.html

Qafqaz Universitetində Milli İnternet Mükafatının təqdimatı keçirilib

Resim
  Qafqaz Universitetində Milli İnternet Mükafatının - Milli Net 2012  - nin təqdimatı keçirilib. Təqdimat mərasimində Milli Net təşkilatçıları və Qafqaz Universitetinin müəllim və tələbələri iştirak ediblər. Milli Net Təşkilat Komitəsinin üzvləri Osman Gündüz və Ramin Orucov, Münsiflər Komissiyasının üzvü Abzətdin Adamov Milli Net haqqında məlumat veriblər. Milli Net –in Qaydaları və Müsabiqədə iştirak şərtləri haqqında, səsvermə prosesi haqqında, Nominasiyalar və məhdudiyyətlər haqqında geniş məlumatlar təqdimat iştirakçılarının diqqətinə çatdırılıb. Milli Net təşkilatçıları toplantı iştirakçılarının suallarını cavablandırıblar. Milli Net-in digər qurumlarda və təhsil müəssisələrində də Təqdimatlarnın kçeirilməsi nəzərdə tutulub. Məlumat üçün bildiririk ki, hazıqda Milli Net-də saytların qedyiyyatının başa çatmasına 28 gün qalıb. Müsabiqəyə indiyədək 13 Nominasiya üzrə 142 sayt təqdim olunub və onlardan 120-si yarışmaya buraxılıb. Hazırda www.millinet.az saytınd

Qafqaz Universiteti xarici tələbələrə orientasiya proqramı keçirdi

Resim
23 Oktyabr tarixində 2012-2013-cü tədris ilində Qafqaz Universitetinə qəbul olmuş xarici tələbələrə orientasiya proqramı keçirilmişdir. Proqramın açılış mərasimi universitetin rektoru Prof. Dr. Ahmet Saniçin səmimi sözləriylə başladıldı.  Görüşdə xarici tələbələrə eyni zamanda universitetin Tədris İşləri üzrə Prorektoru, İçtimaiyyətlə Əlaqələr üzrə Prorektoru, Xarici Əlaqələr Ofisinin müdiri, Tədris Hissəsi müdiri və  Dil Tədris mərkəzinin müdiri tərəfindən universitetin təlim və tədris prosesləri, xarici tələbələrin Azərbaycanda viza və bank hesab prosedurları və bunun kimi bir çox əhəmiyyətli mövzular haqda ətraflı məlumat verildi.  Görüşün sonunda universitetin əməkdaşları və xarici tələbələr arasında sadalanan mövzular ətrafında sual və cavablarla müzakirələr keçirildi. http://iro.qu.edu.az/view_news.php?news=2627&lang=az

ABŞ səfiri Qafqaz Universitetində olub

Resim
Atif Eyvazov/AZADİNFORM. Qafqaz  Universitetində ABŞ-ın ölkəmizdə yeni təyin olunan səfiri Riçard Morninqstar ilə görüş  keçirilib. Məlumatı “Azadinform”a Qafqaz Universitetinin mətbuat xidmətindən veriblər. Görüşdə Qafqaz Universitetinin rektoru Ahmet  Saniç səfirə ali təhsil ocağı haqqında məlumat verib. Rektor elmin mərkəzi sayılan ABŞ ilə təhsil sahəsində əməkdaşlığın, təcrübə mübadiləsinin vacibliyini qeyd edib. A.Saniç səfirin fəaliyyəti dövründə Azərbaycanla ABŞ arasında münasibətlərin uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.   R.Morninqstar  bildirib  ki, səfir vəzifəsinə  təyin olunana  qədər  Azərbaycana  qısamüddətli  səfərləri çox  olub. Ölkəmizin bir çox bölgəsində olan səfir R.Morninqstar Azərbaycanı çox  bəyəndiyini bildirib. Görüşdən sonra Qafqaz Universitetində tələbələr üçün yaradılan şərait, təhsilin keyfiyyəti, həmçinin istifadəyə verilən laboratoriyalarla yaxından tanış olan səfir buradakı təhsil  imkanlarından razı qaldığını bildirib. Həmçinin tələbə-

ABŞ-ın ölkəmizdəki səfiri Qafqaz Universitetində

Resim
Qafqaz Universitetində ABŞ-ın ölkəmizdə yeni təyin olunmuş səfiri Riçard Morninqstar ilə görüş keçirilib. Tədbiri giriş sözü ilə Qafqaz Universitetinin rektoru Ahmet Saniç açaraq qonağı bu ali təhsil ocağında görməkdən məmnunluğunu ifadə etdi.   Universitet haqqında qısaca məlumat verən rektor Amerikanın elmin mərkəzi sayılan bir dövlət olduğunu və bu ölkə ilə təhsil sahəsində əməkdaşlığın, qazanılan təcrübənin vacibliyini , əhəmiyyətini xüsusi vurğuladı. Rektor çıxışının sonunda R.Morninqstarın buvaxta qədər Azərbaycanla olan yaxın əlaqəsinin bundan sonra səfir olaraq ölkəmizdəki diplomatik fəaliyyəti dövründə də Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirdi.   Tədbirdə ABŞ-ın ölkəmizdəki yeni səfiri Riçard Morninqstar çıxış edərək bildirdi ki, o, bu vəzifəyə təyin olunana qədər Azərbaycana qısamüddətli səfərləri çox olmuşdur. Ölkəmizin bir çox bölgələrində olan səfir R.Morninqstar Azərbaycanı çox bəyəndiyini bildirərək d

ABŞ-ın Azərbaycandakı səfiri Qafqaz Universitetində olmuşdur

Resim
Bakı, 24 oktyabr (AzərTAc). Oktyabrın 24-də ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Qafqaz Universitetində olmuşdur. AzərTAc xəbər verir ki, müəllim və tələbələrin iştirak etdikləri görüşdə Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç rəhbərlik etdiyi ali məktəbdə təhsilin inkişafı üçün reallaşdırılan tədbirlər, təhsil müəssisəsinin beynəlxalq əlaqələri barədə məlumat vermişdir.   Görüşdən məmnun qaldığını qeyd edən R.Morninqstar ABŞ ilə Azərbaycan arasında əlaqələrdən və bu əlaqələrin əhəmiyyətindən danışmışdır.   Müasir dünyada təhsilin mühüm rolunu vurğulayan səfir bu sahədə əməkdaşlığın genişləndirilməsinin, təhsil müəssisələri arasında tələbə, təcrübə mübadilələrinin önəmli olduğunu diqqətə çatdırmışdır.   Sonra R.Morninqstar tələbələrin suallarını cavablandırmışdır. http://www.azertag.com/node/1016548

ABŞ səfiri Qafqaz Universitetində görüş keçirib

Resim
Azərbaycan, Bakı, 23 oktyabr /Trend, müxbir İ.İsabalayeva/ Qafqaz Universitetində ABŞ-ın ölkəmizdə yeni təyin olunmuş səfiri Riçard Morninqstar ilə görüş keçirilib. Universitetdən çərşənbə günü Trend-ə verilən məlumata görə, Qafqaz Universitetinin rektoru Ahmet Saniç Amerikanın elmin mərkəzi sayılan bir dövlət olduğunu və bu ölkə ilə təhsil sahəsində əməkdaşlığın əhəmiyyətini xüsusi vurğulayıb. Rektor R.Morninqstarın səfir olduğu müddətdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirib. Morninqstar deyib ki, bu vəzifəyə təyin olunana qədər onun Azərbaycana qısamüddətli səfərləri çox olub. Səfir tələbə-müəllim mübadiləsində təhsil proqramlarının daha da genişlənməsinin əhəmiyyətli olduğunu qeyd edib. O, Amerika- Azərbaycan arasında təhsil sahəsində qurulmuş əlaqələrin gələcəkdə də davam etdiriləcəyinə əminliyini bildirib. Səfir Qafqaz Universitetində tələbələr üçün yaradılmış şəraitlə, təhsilin keyfiyyəti ilə həmçinin t

ABŞ-ın səfiri Qafqazda

Resim
Qafqaz Universitetində ABŞ-ın ölkəmizdə yeni təyin olunmuş səfiri Riçard Morninqstar ilə görüş keçirilib. SİA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə Qafqaz Universitetinin rektoru Ahmet Saniç açaraq qonağı bu ali təhsil ocağında görməkdən məmnunluğunu ifadə edib. Universitet haqqında qısaca məlumat verən rektor Amerikanın elmin mərkəzi sayılan bir dövlət olduğunu və bu ölkə ilə təhsil sahəsində əməkdaşlığın, qazanılan təcrübənin vacibliyini, əhəmiyyətini xüsusi vurğulayıb. Rektor çıxışının sonunda R.Morninqstarın bu vaxta qədər Azərbaycanla olan yaxın əlaqəsinin bundan sonra səfir olaraq ölkəmizdəki diplomatik fəaliyyəti dövründə də Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirib. Tədbirdə ABŞ-ın ölkəmizdəki yeni səfiri Riçard Morninqstar çıxış edərək bildirib ki, o, bu vəzifəyə təyin olunana qədər Azərbaycana qısa müddətli səfərləri çox olub. Ölkəmizin bir çox bölgələrində olan səfir R.Morninqstar Azərbaycanı çox bəyənd

Riçard Morninqstar Qafqaz Universitetində olub

Resim
 24.10.2012, Bu gün Qafqaz Universitetində ABŞ-ın ölkəmizdə yeni təyin olunmuş səfiri Riçard  Morninqstar ilə görüş  keçirilib. Universitetin mətbuat xidmətinin rəhbəri Rəcəb Rzayev Modern.az- a bildirib ki, Qafqaz  Universitetindəki görüş zamanı R. Morninqstar universitetdə tələbələr üçün yaradılmış şəraiti, təhsilin keyfiyyəti, həmçinin tələbələrin istifadəsinə verilmiş laboratoriyalarla yaxından tanış olub, buradakı təhsil imkanlarından razı qaldığını bildirib. Səfir Amerika ilə Azərbaycan arasında təhsil sahəsində əlaqələrin gələcəkdə də davam etdiriləcəyinə əminliyini vurğulayıb. Nihadə Eyyubova   http://modern.az/articles/30278/1/

ABŞ-ın ölkəmizdəki səfiri ilə Qafqaz Universitetində görüş keçirilib

Resim
Qafqaz Universitetində ABŞ-ın ölkəmizdə yeni təyin olunmuş səfiri Riçard Morninqstar ilə görüş keçirilib. Qafqaz Universitetinin mətbuat xidmətinin rəhbəri   Rəcəb Rzayevin Gün.Az -a verdiyi məlumata görə, görüşdə Qafqaz Universitetinin rektoru Ahmet Saniç  qonağı ali təhsil ocağında görməkdən məmnunluğunu ifadə edib. Rektor Amerikanın elmin mərkəzi sayılan bir dövlət olduğunu və bu ölkə ilə   təhsil sahəsində əməkdaşlığın, qazanılan təcrübənin vacibliyini, əhəmiyyətini  xüsusi vurğulayıb. A.Şaniç   R.Morninqstarın ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin uğurla inkişaf edəcəyinə ümidvar  olduğunu bildirib. R.Morninqstar   bildirib ki, daha öncədən Azərbaycana qısamüddətli səfərləri çox  olub və ölkəmizi çox bəyənir. Sonra səfir Qafqaz Universitetində tələbələr üçün yaradılmış şəraitlə, təhsilin  keyfiyyəti ilə həmçinin tələbələrin istifadəsinə verilmiş laboratoriyalarla yaxından  tanış olub və universitetin təhsil imkanları

“AZƏRSUN HOLDINQ” “QAFQAZ” UNİVERSİTETİNİN TƏŞKİL ETDİYİ BEYNƏLXALQ KONFRANSI DƏSTƏKLƏDİ

Resim
“Azərsun Holdinq” hər zaman elmin inkişafını və bu yöndə atılan addımları dəstəkləyir. Buna görə də 11 oktyabr tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyi, Çağ Öyrətim İşlətmələri Qafqaz Universiteti, Azərbaycan Yazıçılar Birliyi və Türkiyə Yazarlar Birliyinin həmsədrliyi ilə Qafqaz Universitetində II beynəlxalq “Türk xalqları uşaq ədəbiyyatı” adlı beynəlxalq konfrans, şirkətlər qrupunun sponsorluğu ilə baş tutdu. Konfransda Azərbaycan Respublikasının təhsil naziri professor Misir Mərdanov, Qafqaz Universitetinin rektoru professor Ahmet Saniç, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar və başqaları iştirak etdilər. Açılış mərasimində edilən çıxışçılardan sonar konfransı dəstəkləyən şirkət nümayəndələrinə təşəkkür plaketləri təqdim olundu. Təqdimetmə mərasimində “Azərsun Holdinq”i təmsilən İctimaiyyətlə Əlaqəər və Sosial Xidmətlər Şöbəsinin müdiri Afiq Səfərova təşəkkür plaketini Təhsil Naziri Misir Mərdanov təqdim etdi. Mərasimdən sonnra isə tədbir plenar iclaslarla 3 gün

Birinci kurs tələbələri universitetin sosial həyatı ilə tanış olmuşlar

Resim
Bakı, 23 oktyabr (AzərTAc). Qafqaz Universitetində birinci kurs tələbələrinin təhsil müəssisəsinin sosial həyatı ilə tanışlığına həsr edilmiş tədbir keçirilmişdir. Tədbirdə bildirilmişdir ki, universitetdə tələbələrin sosial-ictimai, mədəni, fiziki, elmi, tarix və incəsənət təmayüllü maraqlarına uyğun olaraq 18 klub və 4 özfəaliyyət dərnəyi fəaliyyət göstərir. Klublara üzv olan tələbələr hərtərəfli inkişaf edir və özlərini iş həyatına hazırlayırlar. Qafqaz Universitetindən AzərTAc-a bildirmişlər ki, tədbirdə özfəaliyyət dərnəkləri və maraq klublarının son beş ildəki fəaliyyətlərinə həsr olunan arxiv materialları əsasında hazırlanmış slayd-şou da nümayiş etdirilmişdir. Sonra özfəaliyyət kollektivlərinin üzvləri konsert proqramı ilə çıxış etmişlər.  http://www.azertag.com/node/1016134

“Müasir Azərbaycanın milli sərvəti - AŞIQ SƏNƏTİ” adlı tədbir keçirilib - FOTOLAR

Resim
Aşıq Şəmşir Mədəniyyət Ocağı İctimai Birliyi milli sərvətlərimizin qorunması və təbliği sahəsində yeni bir layihəyə start verib. “Müasir Azərbaycanın milli sərvəti – AŞIQ SƏNƏTİ” adlı layihə mütəmadi olaraq davam etdiriləcək. İctimai Birlikdən Modern.az -a bildirilib ki,  silsilə tədbirlərdən birincisi ölkəmizdə yüksək reytinqə malik olan Qafqaz Universitetində keçirilib. Tədbirdə tanınmış ictimaiyyət nümayəndələri, ədəbiyyat, musiqi adamları, aşıq sənətini yaşadan insanlar iştirak ediblər. Professor Məhərrəm Qasımlı aşıq sənəti barədə gənclərə ətraflı məlumat verib. Əməkdər incəsənət xadimi Ədalət Dəlidağlının,  Mehdi Məsimovun və gənc aşıqların ifasında aşıq havaları səsləndirilib. http://modern.az/articles/30209/1/

Qafqaz Universitetində “Müstəqil Azərbaycanın milli sərvəti –aşıq sənəti” adlı tədbir keçirilmişdir. VİDEO

Resim
Bakı, 23 oktyabr (AzərTAc). Qafqaz Universitetində dövlət müstəqilliyimizin bərpasının 21-ci ildönümü münasibətilə “Müstəqil Azərbaycanın milli sərvəti - aşıq sənəti” adlı tədbir keçirilmişdir. Qafqaz Universitetindən AzərTAc-a bildirmişlər ki, bu təhsil müəssisəsinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi bölümü və mədəniyyət şöbəsi ədəbiyyat klubu tərəfindən təşkil olunmuş tədbirdə professor Məhərrəm Qasımlı aşıq sənəti barədə fikirlərini bildirmiş, onun əhəmiyyətini vurğulamışdır. Tədbirdə iştirak edən aşıqların özünəməxsus ifaları böyük maraqla qarşılanmışdır. http://www.azertag.com/node/1016177

“Təhsilimizin ulduzları” Qafqazda mükafatlandırıldı

Resim
Qafqaz Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi, Azərbaycan prezidenti İlham Əliyevin ölkəyə rəhbərliyinin 10-cu ildönümünə həsr edilmiş "Təhsilimizin ulduzları" adlı tədbir keçirilib. "Çağ" Öyrətim İşlətmələri Şirkəti (GÖİŞ) və Qafqaz Universitetinin təşkilatçılığı ilə baş tutub.Tədbirdə müvafiq qurumların nümayəndələri, Milli Məclisin deputatları, alimlər, təhsil işçiləri, şagird və tələbələr iştirak edib. Yığıncağı giriş sözü ilə açan Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç ulu öndər Heydər Əliyevin təhsilə daim böyük önəm verdiyini, müdrik şəxsiyyətin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulayıb. Təhsil naziri Misir Mərdanov da dahi rəhbər Heydər Əliyevin təhsilin inkişafına xüsusi əhəmiyyət verdiyini, ümummilli liderin siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əzmlə davam etdi

Təhsilimizin ulduzları dünyada sayrışırlar

Resim
Hər il Təhsil Nazirliyi və “Çağ” Öyrətim İşlətmələri Şirkəti yeni dərs ilinin əvvəlində “Təhsilimizin ulduzları” adlı hesabat mərasimi keçirir. Mərasimdə ölkəmizin təhsil sistemində özünəməxsus yeri olan “Çağ” Öyrətim İşlətmələri Şirkətinin təhsil müəssisələrinin tələbə adını qazanmış məzunların, beynəlxalq fənn olimpiadalarında yüksək nəticə əldə edərək ölkəmizə qızıl, gümüş, bürünc medallar gətirən şagirdlərin, həmçinin Prezident təqaüdünə layiq görülənlərin əməyi qiymətləndirilir. Ötən şənbə də Qafqaz Universitetində 2011-2012-ci dərs ilinə həsr edilmiş “Yüksələn təhsilimizin bayraqdarı - Azərbaycan məktəblisi” adlı təqdimetmə mərasimi keçirildi. Ümummilli lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün xatirəsi birdəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycanın və Türkiyənin dövlət himnləri oxundu. “Çağ”ın 20 illik fəaliyyəti ilə bağlı qısametrajlı filmin nümayişindən sonra bu və ya digər sahələr üzrə fərqlənmiş şagird və t

Təhsilimizin ulduzları bir arada

Resim
  Yüksələn təhsilimizin bayraqdarı – Azərbaycan məktəblisi Hər il, bir ənənə olaraq Azərbaycan Respublikasının Təhsil Nazirliyi və “Çağ” Öyrətim Şirkəti dərs ilinin başlanğıcında “Təhsilimizin ulduzları” adlı proqram keçirir. Proqramda Azərbaycan Respublikası Təhsil Nazirliyinə tabe olan, ölkə təhsil sistemində özünəməxsus yeri və rolu olan “Çağ” Öyrətim şirkətinin təhsil müssisələrində məzun olmuş və yüksək bal toplayaraq seçdikləri ali məktəblərə qəbul olunmuş məzunlarla, həmçinin 2011-2012-cu dərs ilində beynəlxalq fənn və layihə olimpiadalarında yüksək nəticə əldə edərək ölkəmizə qızıl, gümüş və bürünc medallar gətirən şagirdlərlə görüş keçirilir, onların qələbələri, əldə etdikləri nailiyyətlər mükafatlandırlır.       Bu il keçirilən tədbir “Çağ” Öyrətim Şirkətinin Fəxri Baş Müəllimi ümummilli lider Heydər Əliyevin 90 illiyinə və Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin ölkəyə rəhbərliyinin 10-cu ildönümünə həsr olunaraq “Qafqaz” Universitetində geniş tə