20 yanvar faciəsinin 22-ci ildönümü “Dədə Qorqud” Özəl Türk Liseyində yad edilib
20 yanvar şəhidlərinin xatirəsi anıldı
Xalqımızın qan yaddaşında silinməz izlərlə həkk olunmuş 20 yanvar
faciəsinin 22-ci ildönümü “Dədə Qorqud” Özəl Türk Liseyində yad edilib.
Tədbirdə o günün dəhşətini öz gözləri ilə görmüş Azərbaycan Milli
Elmlər Akademiyası A. A. Bakıxanov adına Tarix İnstutunun Böyük Elmi
İşçisi, Tarix üzrə Fəlsəfə doktoru Vaqif Abışov və Azərbaycan Milli
Elmlər Akademiyası, Z. Bünyadov adına Şərqşüanaslıq İnstutunun Böyük
Elmi işçisi, Tarix üzrə Fəlsəfə doktoru Cavid Qasımov çıxış edib.
Natiqlər, 1990-cı il 20 Yanvar günündə xalqımıza qarşı törədilən
faciənin tariximizdəki əhəmiyyəti və mahiyyəti barədə geniş çıxış edərək
şagirdlərlə ətraflı məlumat veriblər. Daha sonra şagirdlərin suallarına
cavab verən qonaqlar şagirdlərinin tariximizə olan marağı və
diqqətindən məmnun olduqlarını bildiriblər. Konfransın sonunda liseyin
müdiri Turan Güneri qonaqlara xatirə hədiyyəsi təqdim edib. Sonra hər il
olduğu kimi “Dədə Qorqud” Özəl Türk Liseyinin bir qrup müəllim və
şagird kollektivi şəhidlər xiyabanına gedərək çəhidlərin məzarlarını
ziyarət ediblər.