Kayıtlar

Aralık, 2007 tarihine ait yayınlar gösteriliyor

“Qafqaz” iş birliyimizin ən önəmli simvoludur”

Resim
Dünən Mehmet Mehdi Eker Qafqaz universitetini də ziyarət edib. “Qafqaz”ın əldə etdiyi nailiyyətlərlə tanış olan nazir bu təhsil ocağının fəaliyyətini yüksək dəyərlənidirib. Onun sözlərinə görə, “Çağ” Öyrətim Şirkəti, eləcə də onun nəzdindəki Qafqaz universiteti Türkiyə ilə Azərbaycan arasında iş birliyinin ən önəmli simvoludur. Nazir daha sonra deyib: “Arzu edərdim ki, bütün işlərimiz bu universitet kimi konkret formada özünü büruzə versin. Qarşıdan gələn illərdə daha səylə çalışmaqla bu cür nümunələrin sayını artırmağa çalışmalıyıq. Biz də iki ölkənin kənd təsərrüfatı sahəsindəki çalışmalarımızı bu şəkildə qurmağa səy göstərəcəyik”. Səfər çərçivəsindəki görüşlərinin təəssüratlarını “Qafqaz”ın pedaqoji kollektivi ilə bölüşən Mehmet Mehdi Eker azərbaycanlı həmkarı İsmət Abasovu gələn il Türkiyənin Diyarbəkir şəhərində keçiriləcək II Yaxın Şərq Kənd Təsərrüfatı Konfransına dəvət etdiyini də bildirib.”Çağ” Öyrətim Şirkətinin İdarə Heyətinin sədri Ənvər Özərən və Qafqaz universitetinin rek

Misirli nazir Qafqaz Universitetinin qonağı olub

Resim
Dünən Misirin Beynəlxalq Əməkdaşlıq (MBƏ) naziri Faizə Əbu əl-Nəqənin başçılıq etdiyi nümayəndə heyyəti Qafqaz Universitetində olub. Misirli qonaqların gəlişi münasibətilə təşkil edilən tədbirdə çıxış edən Qafqaz Universitetinin rektoru professor Ahmet Sanic deyib ki, universitet 1993-cü ildə etibarən fəaliyyət göstərir. Bu təhsil müəssisəsində avtomatlaşdırılan riyaziyyat, riyaziyyat və informatika, biznesin təşkili, idarə edilməsi, menecment, maliyyə və kredit, beynəlxalq iqtisadi münasibətlər, iqtisadiyyatın hüquqi tənzimlənməsi, beynəlxalq hüquq, regionşünaslıq, politologiya, filologiya, tərcümə, ibtidai təhsilin pedaqogikası və metodikası ixtisasları üzrə mütəxəssislər hazırlanır. A.Sanic vurğulayıb ki, universitetdə digər dünyəvi dillərlə yanaşı ərəb dili də tədris edilir. Faizə Əbu əl-Nəqə isə vurğulayıb ki, Qafqaz Universitetində tələbələrin müasir standartlara uyğun səviyyədə təhsil alması üçün lazımi şərait yaradılıb. Tələbələrin təlimi ilə yüksək ixtisaslı pedaqoqlar məşğ

Professor Əjdər Ağayevin 70 illiyi Qafqaz Universitetində qeyd olunub

Resim
Dünən Qafqaz Universitetində çağdaş Azərbaycan pedaqoji elminin görkəmli nümayəndəsi, şair və nasir-publisist professor Əjdər Ağayevin 70 illik yubileyi münasibətilə tədbir təşkil edilib. Yubiley tədbirində ilk öncə Əjdər Ağayevin həyat və yaradıcılıq fəaliyyəti barədə iştirakçılara ətraflı məlumat verilib. Bildirilib ki, Ə.Ağayev son 47 il ərzində Azərbaycanda təhsilin inkişafı üçün ən səmərəli fəaliyyət göstərən şəxsiyyətlərdən biridir. Qeyd edək ki, Ə.Ağayev "Təhsil islahatı və təhsil haqqında" Qanunu hazırlayan işçi qrupunun üzvüdür. Onun əsərləri ingilis, rus, ukrayn, belorus, başqırd dillərində, Türkiyə türkcəsində çap olunub. 40-dan artıq monoqrafiya, kitab, kitabça, proqram və tədris vəsaitinin, 600-dən artıq qəzet-jurnal məqaləsinin, onlarca şeir və hekayənin müəlifidir. Onun sözlərinə 100-dən artıq mahnı yazılıb. Daha sonra tədbir iştirakçılarına alimin həyat və yaradıcılığını tam əks etdirən foto və videomateriallar göstərilib. Yubiley tədbirində çıxış edən ziyalı

Qafqaz Universiteti Həmrəylik gününü qeyd etdi

Resim
Dünən Abşeron Rayon Mədəniyyət Evində Qafqaz Universitetinin təşkilatçılığı ilə Dünya azərbaycanlılarının həmrəylik günü və Yeni il münasibəti ilə tədbir keçirilib. İlk öncə çıxış edən universitetin rektoru Ahmet Saniç tədbir iştirakçılarını yeni il münasibəti ilə təbrik edib. O vurğulayıb ki, Dünya azərbaycanlılarının həmrəylik günü dünyada yaşayan 50 milyonluq azərbaycanlıların hamısının bayramıdır: "Məhz bu gün dünyada yaşayan bütün azərbaycanlılar həmrəylik nümayiş etdirərək haqq səslərini birgə ucaltdılar". Rektor Həmrəylik günündən danışarkən Azərbaycan və Türkiyənin diaspor təşkilatlarının son illərdə birgə fəaliyyət göstərməsinə də toxunıb. Bildirib ki, hər iki ölkənin rəhbərliyi bu istiqamətdə mühüm işlər görüb. Artıq Türkiyə və Azərbaycan problemlərinin dünyaya çatdırılmasında diaspor təşkilatları ayrı-ayrılıqda yox, birlikdə hərəkət edirlər. Tədbirə Dünya Azərbaycanlıları Konqresinin sədri Qulamrza Səbri Təbrizi də qatılıb. Mərasim daha sonra bədii proqramla davam
Resim

Mən Azərbaycandan ayrılmıram, Azərbaycanı özümlə aparıram.

Resim
Geçtiğimiz günlerde Qafqaz Üniversitetini ziyaret eden Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Avni Qarslıoğlunun APA -ya müsahibəsi - Səfir vəzifəsindən azad olunaraq, Türkiyədə başqa bir vəzifəyə təyin edilməyinizi necə qarşıladınız?- Doğrusu, bu, mənim üçün bir az sürpriz oldu. Abdulla Gül Türkiyənin prezidenti seçiləndə mətbuatda onun əski arkadaşlarını bəyəndiyi, həmin şəxslərlə çalışacağı barədə xəbərlər yayıldı. Həqiqətən də Türkiyənin İrandakı səfiri geri çağırıldı, daha bir nəfər Prezident Aparatında ictimaiyyətlə əlaqələr mərkəzinə rəhbər təyin edildi. Həmin şəxslərin arasında mənim adım da çəkilirdi. Ancaq mən Azərbaycana yeni gəlmişdim, cəmi 6 ay idi iki, burdaydım. Mən geri çağırılmağımın yaxşı olmayacağını, Azərbaycana yeni gəldiyimi, burada bəzi işlərə başladığımı dedim. Bildirdim ki, qayıtmağı arzu etmirəm. Ancaq prezident belə uyğun görüb, əmr buyurub. Biz hərbçi kimiyik, harada məsləhətdirsə, orada da işləyəcəyik. Bizim işimiz budur. Mən Azə

BOLONIYA PROSESI KONTEKSTINDƏ AZƏRBAYCAN TƏHSILI

Resim
Qafqaz Universitetində elmi-praktik konfrans keçirilib Bu günlərdə Qafqaz Universiteti, Təhsil Nazirliyi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Qafzaq Universitetində "Boloniya prosesi kontekstində Azərbaycan təhsili" mövzusunda elmi-praktik konfrans təşkil olunub. Konfransda çıxış edən Qafqaz Universitetinin rektoru, professor Ahmet Sanic deyib ki, 1999-cu ildən etibarən Avstriya, Belçika, Bolqarıstan, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İslandiya, İrlandiya, İtaliya, Latviya, Litva, Malta, Hollandiya, Norveç, Polşa, Portuqaliya, Ruminiya, Slovakiya, İspaniya, İsveç və Sloveniyanın ali təhsil müəssisələrində Boloniya prosesinə keçilib. Onun sözlərinə görə, 2001-ci ildən Xorvatiya, Cənubi Kipr, Lixtenşteyn, Türkiyə, 2003-cü ildən Albaniya, Andora, Bosniya və Hersoqovina, Vatikan, Rusiya, Serbiya, Makedoniya, 2005-ci ildən başlayaraq Azərbaycan, Gürcüstan, Moldova və Ukraynanın universitetlərində Boloniya sis

ISO 9001 Belgelendirme Tetkiki

Resim
2004 yılından beri TS-EN-ISO 9001:2000 standardı çerçevesinde iş görmekte olan Qafqaz Üniversitetinde, 10-12 Aralık 2007 tarihleri arasında "ISO 9001 Belgelendirme Tetkiki", Baş Tetkikçi Hasan Demirtaş'ın rehberliğinde Qafqaz Üniversitesinde geçirilmiş olup, müspet intibalar ile tetkik tamamlanmıştır.

Heydər Əliyevsiz keçən 4 il

Resim
Heydər Əliyev kimi böyük tarixi şəxsiyyətlə dost olmaq nə qədər qürurvericidirsə, onu itirmək də o qədər ağırdır. İLHAN İŞBİLƏN“Zaman” qəzetinin ilk genəl müdiri İşimlə bağlı çox ölkələr gəzmişəm, çox insanlarla görüşmüşəm. Heydər Əliyev mənim tanıdığım insanlar arasında yüksək düşüncə qabiliyyəti, təmkini, tədbiri, səmimiyyəti ilə fərqlənib. O hələ Naxçıvanda olanda biz onun qapısını döydük. Naxçıvan çətin günlər yaşayırdı. Amma yerli əhalinin ürəyi rahat idi, təlaş keçirmirdi. Elə bil Heydər Əliyevin Naxçıvanda olmağı insanlara güvən duyğusu, əmniyyət hissi vermişdi. Muxtar Respublika o çətin illəri Heydər Əliyevlə birlikdə keçdi. Bu böyük insanın adının əzəməti, şəxsi keyfiyyətləri elə bil camaatın üzərindən hər cür qara-qorxunu, təhlükəni, ehtiyac hissini qovub aparırdı. Biz Naxçıvana qəzetçi kimi getdik. O dedi, biz yazdıq. Onun dediklərini Türkiyə ictimaiyyətinə çatdırdıq. Tövsiyəsi ilə Türkiyədə kampaniya keçirdik, Naxçıvana hər cür yardım göstərməyə çalışdıq. Göstərdik də. Məni

Heydər Əliyev Qafqaz Universitetində anılıb

Resim
Dünən Qafqaz Universitetində mərhum eks-prezident Heydər Əliyevin xatirəsinə həsr olunan tədbir təşkil edilib. Tədbiri giriş sözü ilə açan Qafqaz Universitetinin rektoru, professor Ahmet Sanic deyib ki, Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin əsaslarının yaradıcısıdır: "Heydər Əliyevin siyasi obrazı millətinin dövlətçilik şüurunun, tarixin sınağından şərəflə çıxan bütöv bir idarəçilik məktəbinin parlaq təcəssümüdür. Azərbaycan xalqı məhz Heydər Əliyevin sayəsində və bilavasitə rəhbərliyi altında tarixin ən sərt sınaqlarından keçib. Onun mütərəqqi və dünya standartlarına uyğun apardığı islahatlar nəticəsində ölkədə demokratik və hüquqi dövlət qurulub, iqtisadi müstəqilliyə nail olmaqla xalqın firavan gələcəyi üçün bütün təminatlar yaradılıb". Yeni Azərbaycan Partiyasının sədr müavini, partiyanın icra katibi Əli Əhmədov Heydər Əliyevin Azərbaycan xalqı qarşısında böyük xidmətlərindən danışıb: "Bunların sırasında ən əsası müstəqil Azərbaycan dövlətinin qurulmasıdır

Mükafatlandırma Mərasimi

Resim
6 Dekabr 2007 tarixində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən təntənəli mükafatlandırma mərasimi keçirilmiş və hər tələbəmizə bir ədəd notebook hədiyyə edilmişdir Azərbaycan Respublikasında telefon rabitəsinin yaradılmasının 125 illiyinə həsr olunmuş «Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası» Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu tərəfindən birgə keçirilimişdir. Olimpiadanın I mərhələsi 11.11.2007-ci il tarixdə, final mərhələsi isə 18.11.2007-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun Tədris Mərkəzində keçirilmişdir. Olimpiadada aşağıdakı üniversitetilərdən 24 komanda iştirak etmişdir. Qafqaz Universiteti Azərbaycan Dövlət Neft Akademiyası Azərbaycan Texniki Universitet Bakı Dövlət Universiteti Azərbaycan Dövlət İqtisad Universiteti Naxcivan Dovlet Universiteti Gəncə Dövlət Univers

Sovet dövründə Azərbaycan - Türkiyə münasibətləri

Resim
Qafqaz Universiteti, Qafqaz Araşdırmaları İnstitutunun təşkil etdiyi silsilə seminarlar çərçivəsində Professor Musa Qasımlı “Sovet dövründə Azərbaycan - Türkiyə münasibətləri” mövzusunda üniversitetin böyük seminar salonunda personal və tələbələr üçün seminer keçirmişdir. Bir müddət bundan əvvəl tarix elmləri doktoru Musa Qasımovun “SSRİ-Türkiyə münasibətləri” adlı kitabı işıq üzü görüb. Kitabda SSRİ-Türkiyə münasibətlərinin qaranlıq səhifələrinin müəyyən dövrləri tədqiq edilib. Bəs bu kitabın yazılması hansı zərurətdən doğdu? Sizi maraqlandıran bu və digər suallara cavab almaq üçün tarix elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru Musa Qasımovun Zaman qazetinde yayınlanan röportajınıokumaq gerekdir: http://www.zaman.az/site/shownews.php?news_id=7683

Ankaradan konuklar var...

Resim
Ankara İl Milli Eğitim Müdürü, Muratbey BALTA, Keçiören İl Milli Eğitim Müdürü Hüseyin YURTOĞLU, Keçiören Belediye Başkan Yardımcısı İbrahim TERZİOĞLU ve beraberindeki heyet 08.12.2007 tarihinde Qafqaz Üniversitesini ziyaret etmiştir.

Düşüncənin Düşünən Qonağı

Resim
Qafqaz niversitetinde, AMEA-nın müxbir üzvü, t.e.d. Prof. Rafiq Əliyevlə, Mədəniyyət Şöbəsinin nəzdində fəaliyyət göstərən Düşüncə klubunun təşkil etdiyi "Düşüncənin Düşünən Qonağı" adlı tədbir 30.11.2007 tarixində saat 12:00-da akt zalında keçirilmişdir.

Noyabr ayının 7-də Türkiyə prezidenti Abdullah Gül Azərbaycana səfəri çərçivəsində Qafqaz Universiteti yeni korpusunun təməlatma mərasiminə iştiraki

Qafqaz Talebelerinin yeni bir başarısı!

Resim
01.12.2007 tarihinde Azerbaycan Devlet İktisat Üniversitesinde Vergiler Bakanlığının Ali Mekteb talebeleri arasında 2.olimpiyat geçirilmiştir. Duyurusunun olimpiyadadan bir hafta önce gönderilmesinin akabinde 3 günlük çalışma programı sonucunda üniversitemizin Hukuk ve İİBF talebelerinden ibaret 15 kişilik takımın iştirak ettiyi olimpiyadada toplam 6 para ödülü ve Fahri diplom belirlenmiş,aynı zamanda sorulan 75 sorudan 50 puan üzeri toplayanların isimlerinin Vergiler Bakanlığının işe kabul sınavlarında degerlendirilmek üzere Bakanlığın bilgi bazasına dahil edilmişdir.Olimpiyadada 10 üniversiteden 140 talebe iştirak etmiştir.Cevaplar optik okuyucuyla okunmuş ve 109 kişinin çevap kartı geçerli sayılmıştır.Sonuclara göre toplam 6 ödülden 4 ödül ve Fahri Ferman Dövlet İktisat Üniversitesinin talebeleri, 2 ödül (150 AZN) ve Fahri fermanı ise üniversitemizin talebeleri İsrail İmanlı ve Faiq Kazımov kazanmıştır.50 puan üzeri toplayan toplam 17 öğrenciden 9 öğrenci Qafqaz, 5 öğrenci Dövlet İ

Qafqaz Universitetində konfrans keçirilib

Qafqaz Universitetində "Türk xarici siyasətində aktual məsələlər" mövzusunda konfrans təşkil olunub. Konfransda çıxış edən Qafqaz Universitetinin rektoru, professor Ahmet Sanic deyib ki, universitet 1993-cü ildə etibarən fəaliyyət göstərir. Bu təhsil müəssisəsində avtomatlaşdırılan riyaziyyat, riyaziyyat və informatika, biznesin təşkili, idarə edilməsi, menecment, maliyyə və kredit, beyəlxalq iqtisadi münasibətlər, iqtisadiyyatın hüquqi tənzimlənməsi, beynəlxalq hüquq, regionşünaslıq, politologiya, filologiya, tərcümə, ibtidai təhsilin pedaqogikası və metodikası ixtisasları üzrə mütəxəssislər hazırlanır. Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Avni Qarslıoğlu çıxışı zamanı Türkiyənin xarici siyasətindən, dünya dövlətləri ilə hərbi, siyasi və iqtisadi sahələr üzrə mövcud olan əlaqələrindən söz açıb. O bildirib ki, 1923-cü ildən müstəqillik əldə edən Türkiyənin hazırda dünyanın inkişaf etmiş bütün ölkələri ilə əməkdaşlığı mövcuddur: "Sağlam təməl

Güclü olmanın olmazsa-olmazları və səfirin diplomatik perspektivi

Resim
Enes Cansever, Zaman Azerbaycan, 01-12-2007 Bu yazımda iki ünvana səmimi təşəkkürlərimi çatdırmaq istəyirəm. Birincisi, rektor Ahmet Saniç başda olmaqla Qafqaz Universitetinə, ikincisi isə, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyin Avni Karslıoğluna. “Qafqaz”a ona görə təşəkkür edirəm ki, artıq bu cür konfranslar keçirməyi ənənə halına gətirmişdir və biz bu konfranslardan çox şey öyrənir, çox şey götürürük. Böyükelçiyə ona görə təşəkkür edirəm ki, iki saatdan artıq vaxtını ayırıb, “Qafqaz”ın keçirdiyi sonuncu konfransın qonağı oldu və biz o görüşü böyük bir zövqlə dinlədik. Həqiqətən də, bu konfrans bizim üçün çox dəyərli bir görüş oldu. Demək olar ki, belə toplantılar bütün iştirakçılar, xüsusilə də, tələbə kontingenti üçün çox gərəkli və səmərəlidir. Çünki kifayət qədər diplomatik təcrübəyə sahib olan Karslıoğlu kimi bir böyükelçinin söylədikləri gələcəkdə bu sahəyə üz tutmağa hazırlaşan tələbələrin ruhunda, dünyagörüşündə müsbət mənada mühüm rol oynaya bilər