Humanitar kollecdə görüş
Yanvarın 19-da Ağdaş Özəl Türk Liseyinin müdiri Ramazan Tomay Maqsud
Şeyxzadə adına Ağdaş Humanitar Kollecində olub. R. Tomay kollecin
müdiri Şəhla xanım Hacıbalayeva ilə görüşüb. Səmimi şəraitdə keçən görüş
zamanı Ramazan Tomay Ağdaş Özəl Türk Liseyinin fəaliyyəti dövründə əldə
etdiyiy uğurları nailiyyətləri barədə ətraflı məlumat verib.
Şagirdlərinin bilik və bacarıqlarının artırılması, daha da
yüksəldilməsinin təmin olunması üçün lazımi tədbirlərin görüldüyünü
bildirib. Sonra Şəhla xanım Hacıbalayeva rəhbərlik etdiyi tədris
müəssisəsinin uğurları, bu uğurlarının daha yüksəldilməsi üçün görülən
işlər barədə danışıb. Bu görüşdən məmnun olduğunu bildirən Ş.
Hacıbalayeva belə görüşlərin keçirilməsinin hər iki təhsil müəssisəsi
üçün əhəmiyyətli olduğunu qeyd edib.