Qafqaz Universitetinde qardaş Türkiyenin Universitet rektorları ile memorandum imzalandı.
Bu gün Merkezi Türkiyede yerleşen Qafqaz
Universitetleri Birliyinin sedri, Ardahan Universitetinin rektoru,
professor Ramazan Korkmaz, Qars Qafqaz Universitetinin rektoru professor
Sami Özcan Qafqaz Universitetini ziyaret etdiler
Bu
gün Mərkəzi Türkiyədə yerləşən Qafqaz Universitetləri Birliyinin
sədri, Ardahan Universitetinin rektoru, professor Ramazan Korkmaz, Qars
Qafqaz Universitetinin rektoru professor Sami Özcan Qafqaz
Universitetini ziyarət etdilər. Qonaqları qarşılayan tələbə və
müəllim heyətilə yanaşı universitetin rektoru, professor Ahmet
Saniç onlara universitet haqqında ətraflı məlumat verdi, Azərbaycan ilə
Türkiyənin tarixi birliyindən, qardaşlıq münasibətlərindən danışdı. Böyük şəxsiyyət Mustafa Kamal Atatürkün və ulu öndər Heydər Əliyevin
əbədiyaşar ideyalarının əhəmiyyətini vurğulayan rektor dahi rəhbər
Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” kəlamını xatırlatdı.
Tanınmış alimlərin Qafqaz Universitetinə gəlişindən məmnunluq duyduğunu
deyən rektor gələcəkdə də bu əməkdaşlığın davam etdiriləcəyini
bildirdi. Azərbaycanla Türkiyə arasında olan dostluq, qardaşlıq
əlaqələrindən də söz açan rektor, Qafqaz Universitetinin Türkiyənin bir
çox ali təhsil məktəbləri ilə ikitərəfli müqavilələrinin olduğunu,
onlarla sıx əməkdaşlıq etdiyini vurğuladı. Sonda birgə elmi
tədqiqatların aparılması, tələbə, təcrübə və informasiya mübadiləsi,
müxtəlif mövzularda çoxsaylı konfransların, seminarların keçirilməsi və
digər məsələləri əhatə edən memorandum imzalandı. Qafqaz Universitetinin
rektoru Ahmet Saniç qonaqlara günün xatirəsi olaraq xatirə plaketi
təqdim etdi. Qonaqlar universitetin tədris mərkəzləri ilə yaxından tanış
oldular.