Kayıtlar

KARYERA etiketine sahip yayınlar gösteriliyor

Azər Enerji bacarıqlı gənclərlə əməkdaşlıqda maraqlıdır.

Resim
Dekabrın 24-də “ Az ər enerji ” Açıq Səhmdar Cəmiyyətinin İnsan Resursları Şöbəsi Qafqaz Universitetinin İqtisadiyyat və İdarəetmə Fakültəsinin son kurs tələbələri ilə keçirdi. Görüşdə  “ Az ər enerji ” Açıq Səhmdar Cəmiyyətinin İnvestisiyalar İdarəsinin rəisi Rafael Abbasov  tələbələrə “İnkişaf imkanları”  mövzusunda seminar verdi. R. Abbasov AzerEnerjinin inkişaf tarixi və investidiya imkanları, eləcədə dünyanın ən böyük konsorsiumları ilə iş birliyi, dünyada və regiondakı yeri haqqında geniş məlumat verdi. Seminar zamanı əldə edilən mövzu ilə bağlı təhlil xarakterli nəticələr dinləyici tələbələrin iştirakı ilə R. Abbasov tərəfindən məharətlə həyata keçirildi. Görüşün sonunda “ Az ər enerji ” Açıq Səhmdar Cəmiyyətinin İnsan Resursları Şöbəsinin rəis müavini Nigar Oruclu maraqlı olan tələbələri əməkdaşlığa dəvət etdi. Xatırladım ki, “ Az ər enerji ” Açıq Səhmdar Cəmiyyətinin İnsan Resursları...

Baku Electroniks şirkətinin əməkdaşları karyera günləri keçirdi.

Resim
  Baku Electroniks şirkətinin əməkdaşları karyera günləri proqramı əsasında Qafqaz Universitetində Mühəndislik fakültəsinin tələbələri ilə görüş keçirdilər. Görüşdə şirkətin nümayəndələri satışa təqdim etdikləri kompyuter texnologiyalarını yığılmasını canlı olaraq tələblərə göstərdilər. Belə ki, müxtəlif markalı dizüstü kompyuterlər (nootbuk) şirkətin mütəxsəsisləri tərəfindən sökülərək yenidən yığıldı və bütün proses tələblərə izah edildi. Sonda tələbələrin sualları cavablandırıldı. Qeyd edək ki, proqramın keçirilməsində Qafqaz Universitetində fəaliyyət göstərən “Sənaye Mühəndisliyi” tələbə dərnəyi yaxından köməklik göstərərək fəal iştirak etdi. Dr. İsa Qasımov

SİNAM şirkəti fəal tələbələrə təqaüd ayırdı.

İnformasiya texnologiyalarının tətbiqinə görə Azərbaycanda nüfuzlu şirkətlərdən olan SİNAM  universitetlərdə fəallığı ilə seçilən tələbələrə təqaüd proqramı tətbiq edir. Bu məqsədlə  dekabrın 20-də Qafqaz Universitetində təşkil olunmuş görüşdə SİNAM şirkətinin səalhiyyətli nümayəndəsi Ramin Rzayev Qafqaz Universitetinin iki tələbəsinə şirkətin təqaüdünü qazandıqlarına görə sertifikatları təqdim etdi. R. Rzayev tələbələrlə görüşdə son bir əsrdə informasiya texnologiyalarının nə qədər inkişaf etdiyini, eləcə də bu inkişafın çox sürətli baş verdiyini vurğulayaraq, elmi fəallığın artırılmasının vacib olduğunu qeyd etdi. SİNAM şirkəti bu sahədə maraqlı olan tələbələrə istər parktika, stər layihələrdə bərabər çalışma, istərsə də digər imkanları ilə dəstək verməyə hazır olduğunu söyləyən R. Rzayev Qafqaz Universitetinin onlarla bərabər çalışan məzunlarından da məmnun olduqlarını bildirdi. SİNAM şirkətinin ayrıdığı təqaüdə Qafqaz Universitetindən...

“Ernst Young”un əməkdaşları karyera günləri keçirdi.

“Ernst Young”un   əməkdaşları Qafqaz Universitetində karyera günləri keçirdi. Karyera günləri seminar-proqramda “Ernst Young”un Audit Xidmətləri üzrə baş meneceri Faiq Şıxəlibəyli iştirakçılara şirkətin fəaliyyət sahələri, inkişaf tarixi və xidmətləri haqqında məlumat verdi. Daha sonra “Ernst Young”un Kadrlar şöbəsinin müdiri Samirə Şabanova karyera planlaşdırmada diqqət edilməsi vacib olan məqamlar, işə müraciət formaları, CV hazırlama və işə qəbul zamanı müsahibələr haqqında seminar mövzu ilə çıxış etdi.             İnteraktiv formada keçən seminar-proqram tələbə və magistrların xüsusi marağına səbəb oldu. Təqdimatla yanaşı, iştirakçıların da interaktiv fəallığı proqramda səmərəli diskusiyaya şərairiti formalaşdırdı. İngilis dilində keçirilən seminar-proqramda Qafqaz Universitetinin Sənaye mühəndisliyi, Maliyyə, Dünya İqtisadiyyatı, Biznesin İdarəolunması, Menecment ixtisaslarında təhsi...

QAFQAZ MBA:KARYERANIZ ÜÇÜN KEYFİYETLİ AÇAR

Resim

Qafqaz Universitetinde Əmək Sərgisi

Emek Sergisi 30.05.2008 Respublika Prezidenti İlham Əliyev hələ 2003-cü ildə Azərbaycanda yoxsulluğun və işsizliyin aradan qaldırılması üçün 5 il ərzində 600 min yeni iş yerinin açılacağını bəyan etmişdi.Azərbaycan Statistika Komitəsinin verdiyi məlumata görə, 2003-cü il oktyabr ayının 1-dən bu günədək, yəni 4 il yarımda respublikamızda açılmış yeni iş yerlərinin sayı artıq 671 min 840-a çatıb ki, onların da ümumilikdə 479 min 396-sı daimidir. Həmin iş yerlərinin 80,1 faizi regionların payına düşür. Bu, yerli istehsalın get-gedə güclənməsinə, qeyri-neft sektorunun daha sürətli inkişafına, son nəticədə ölkəmizin iqtisadi qüdrətinin artmasına və əhalinin sosial vəziyyətinin nəzərəçarpacaq dərəcədə yaxşılaşmasına əyani sübutdur. Təkcə bu ilin birinci rübündə Azərbaycanda 28 min 487 yeni iş yeri açılıb ki, bunun da 21 min 380-i daimi iş yeridir. Hazırda Azərbaycanda işləmək imkanına malik, müxtəlif ixtisas sahibi olan 4 milyon 302 min nəfər əhali var ki, onların da 4 milyon 25 mini fəaliyy...