Firdovsiyyə xanım Əhmədova Gimnaziyada şagirdlərlə görüşüb



“Qafqaz“ Azərbaycan – Türkiyə Özəl Gimnaziyasında 20 yanvar faciəsinin ildönümü ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının dosenti, Tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə xanım Əhmədova şagirdlərlə görüşüb. 
Görüş zamanı Firdovsiyyə xanım şagirdlərə Azərbaycanda suverən, demokratik bir dövlət qurmaq amalı ilə ayağa qalxmış xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq, milli azadlıq hərəkatını boğmaq məqsədi ilə 1990-cı il yanvarın 20-də dinc əhaliyə qarşı ağır cinayət törədilməsindən, bununda nəticəsində yüzlərlə insanın yaralanmasından və qəddarcasına qətlə yetirilməsindən ətraflı danışıb. 
Bununla əlaqədar olaraq şagirdləri maraqlandıran sualları cavablandırıb. Xalqımızın başına gətirilən bu faciəni heç vaxt unutmamağı tövsiyyə edib.
Gimnaziyanın müdiri Serhat Aktaş Firdovsiyyə xanım Əhmədova 20 yanvar faciəsi ilə əlaqədar ətraflı çıxışına görə təşəkkür edib və xatirə hədiyyəsi təqdim edib. 

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF