Azərbaycanlı alimlər Ankarada keçirilən beynəlxalq konfransda məruzə etmişlər
09.01.2012 [15:45]
Azərbaycanlı alimlər Ankarada keçirilən beynəlxalq konfransda məruzə etmişlər
Türkiyənin paytaxtı Ankara şəhərində “Türkiyədə
əcnəbilərin daşınmaz əmlak əldə etmə hüquqları və nəticələrinin təhlili”
layihəsi çərçivəsində beynəlxalq elmi-praktiki konfrans keçirilir
Bakı, 9 yanvar (AzərTAc). Türkiyənin paytaxtı Ankara şəhərində
“Türkiyədə əcnəbilərin daşınmaz əmlak əldə etmə hüquqları və
nəticələrinin təhlili” layihəsi çərçivəsində beynəlxalq elmi-praktiki
konfrans keçirilir.
Ankara Universitetinin təşkilatçılığı ilə keçirilən konfransda 19 ölkənin, o cümlədən Türkiyə, Azərbaycan, Almaniya, Böyük Britaniya, Misir Ərəb Respublikası, Rusiya, Ukrayna, İtaliyanın seçilmiş universitetlərinin hüquqşünas və iqtisadçı alimləri iştirak edirlər.
Qafqaz Universitetindən AzərTAc-a bildirmişlər ki, açılış mərasimində Ankara Universitetinin rektoru, professor Cemal Taluğ və digər çıxış edənlər konfransın əhəmiyyətindən danışmışlar.
Qafqaz Universitetinin dosenti Fuad Hüseynov, professor Həmzə Xəlilov, dosent Mübariz Yolçiyev mövzu ilə bağlı məruzə etmişlər.
Beynəlxalq konfrans yanvarın 11-də başa çatacaqdır.