“Azərbaycan” qəzetinin baş redaktoru liseydə


Yanvarın 10-da “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin üzvü Bəxtiyar Sadıqov və qəzetin “Parlament və Siyasət” şöbəsinin redaktoru, Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə “Tərəqqi” medalına layiq görülmüş İxtiyar Hüseynli eləcə də qəzetin “Fotoillüstirasiya” şöbəsinin müdiri, Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə “Tərəqqi” medalı ilə təltif edilmiş, Əməkdar Mədəniyyət işçisi Fərman Bağırov Bakı Özəl Türk Liseyində şagirdlərlə görüşüblər. Qonaqları “Çağ” Öyrətim İşlətmələri İdarə Heyətinin sədri Dr. Enver Özeren, Azərbaycan Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömleksiz “Çağ” Öyrətim şirkətinin müşaviri Dr. Ağarəsul Məmmədov , məktəbin müdiri Hayrettin Ünver və bir qrup müəllim qarşılayıblar. 
Əvvəlcə, qonaqlar liseyin sinif otaqları, laboratoriyaları, kitabxanası, idman zalı, yeni kompyuter texnologiyaları və şagirdlərin sosial şəraitilə yaxından tanış olublar. 
“Çağ” Öyrətim İşlətmələri İdarə Heyətinin sədri Dr. Enver Özeren qonaqlara tədris müəssisələrinin fəaliyyəti əldə etdiyi nailiyyətləri barədə məlumat verib. Sonra qonaqlar liseyin konfrans zalında şagirdlərlə görüş keçiriblər. Görüş zamanı “Çağ” Öyrətim İşlətmələrinin fəaliyyətə başlamasından, təhsildə qazandığı uğurlardan bəhs edən qisametrajlı film nümayiş etdirilib. Daha sonra Azərbaycan Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömleksiz qonaqları şagirdlərə təqdim edib.   
Görüş zamanı Bəxtiyar Sadıqov çıxış edərək Azərbaycan Türkiyə dostluq qardaşlıq əlaqələrindən bu əlaqələrin mütəmadi olaraq genişlənməsindən, inkişaf etməsindən eyni zamanda daha da  möhkəmlənməsindən danışıb. “Çağ” Öyrətim İşlətmələrinin Azərbaycan təhsilindəki rolundan ətraflı söhbət açıb. Bakı Özəl Türk Liseyində şagirdlər üçün hazırlanmış şəraitdən məmnun olduğunu xüsusilə qeyd edən millət vəkili, şagirdlərə burada onlar üçün hazırlanmış şəraitdən istifadə edərək yaxşı oxumalarını, elmlərə dərindən yiyələnməyi, gələcəkdə işlədikləri, yaşadıqları yerdə Vətənini, torpağını sevməyi, milli adər-ənənələrini qorumağı, tövsiyyə edib. Bu görüşdən məmnun olduğunu bildirən Baş redaktor B. Sadıqov “Çağ” Öyrətim İşlətmələrinin pedaqoji kollektivinə təhsildə uğurlar arzulayıb. 
Görüşün sonunda “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin üzvü Bəxtiyar Sadıqov  “Çağ” Öyrətim İşlətmələri İdarə Heyətinin sədri Dr. Enver Özerene, Dr. Enver Özeren isə “Çağ” Öyrətim İşlətmələri adından qonağa xatirə hədiyyəsi təqdim edib.         
 
 
 
 
 

Bu blogdaki popüler yayınlar

THE UNIVERSITY WHICH IS CHOSEN BY THE STUDENTS WITH THE TOP SCORE OF 700

Təhsil naziri Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüşüb

Rektörümüz Bilimsel Toplantı ve İşbirliği İçin Azerbaycan Kafkas Üniversitesinde