Kayıtlar

Nisan, 2011 tarihine ait yayınlar gösteriliyor

Qafqaz Universitetində " Riyaziyyat-Məntiq Bilik sərgisi-2011" keçirildi

Resim
29.04.2011 tarixində Qafqaz Universitetində Pİ Tələbə dərnəyinin təşkil etdiyi " Riyaziyyat-Məntiq Bilik sərgisi-2011" keçirildi. Sərgidə tələbələrin hazırladıqları riyazi fiqurlar, məntiq tapmacaları, riyazi elementlər nümayiş olundu. Sərginin təşkilat komitəsinin sədri Bəhmən Məmmədovun sözlərinə görə bu sərgi Bakının 10 orta ixtisas məktəblərində də təşkil olunacaqdır. Sərgidə iştirak edən Qafqaz Universitetinin rektoru Ahmet Saniç stendləri gəzərək tədbirin gedişatı ilə maraqlanmış, tətəbələrin hazırladıqları əl işlərilə yaxından tanış olmuşdur. Sonda rektor Ahmet Saniç tələbələrə və tədbirin təşkilatçılarına minnətdarlığını bildirib, onlara uğurlar arzulamışdır.   http://qu.edu.az/

Şəki Şəhər İcra Başçısı bilik yarışının qaliblərini mükafatlandırdı

Resim
Şəki Şəhər İcra Hakimiyyətinin Başçısı Murad Cabbarlı 2011-ci ildə məktəblilərin fənn olimpiadalarının respublika turunun və məktəblilərin ənənəvi Ətraf Mühitin Mühafizəsi V Beynəlxalq Layihə Olimpiadasının “İNEPO-Avrasiya” qaliblərini qəbul edib. Görüşdə Şəki Şəhər İHB-nın Təhsil, Səhiyyə, Mədəniyyət üzrə müavini Zərinə xanım Cavadova, Şəhər Təhsil Şöbəsinin müdiri Südabər xanım İsmayılova, Şəki Azərbaycan-Türkiyə Özəl Liseyinin müdiri İsmail Özcan, Şəki “Araz” Kurslarının müdiri Celil Erdem, liseyin 8-ci sinif şagirdi, məktəblilərin ənənəvi Ətraf  Mühitin Mühafizəsi V Beynəlxalq Layihə Olimpiadasının “İNEPO-Avrasiya” qalibi Orxan Kərimov, 2011-ci il məktəblilərin fənn olimpiadalarının respublika turunun qalibləri;  liseyin X sinif şagirdi Ramazan Ramazanov (Fizika fənni  I - yer), XI sinif şagirdi Rəşad Bayramov (Fizika fənni  II - yer), X sinif şagirdi Gündüz Səlimli (Riyaziyyat fənni III - yer), X sinif şagirdi Kamran  Lətifov (İnformatika  fənni  IV - yer) və ş

İcra Başçısı “İNEPO-Avrasiya” qaliblərini mükafatlandırdı

Resim
Nizami Rayon İcra Hakimiyyətinin bu günlərdə keçirilmiş hesabat yığıncağında “Dədə Qorqud” Özəl Türk Liseyinin müdiri Turan Güneri və Azərbaycan Respublikası Dövlət Müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş məktəblilərin ənənəvi Ətraf Mühitin Mühafizəsi V Beynəlxalq Layihə Olimpiadasında (INEPO-Avrasiya) uğur qazanmış 2 şagirdi iştirak edib. Yığıncaqda təhsillə bağlı məsələlər barədə də geniş məruzə ilə çıxış edən paytaxtın Nizami Rayon İcra Hakimiyyətinin Başçısı Tahir Budaqov rayon ərazisində yerləşən təhsil müəssisələrindən olan “Dədə Qorqud” Özəl Türk Liseyinin fəaliyyəti, təhsildə əldə etdiyi nailiyyətləri barədə danışıb.  O, müasir dövrümüzdə ekoloji problemlərin getdikcə çoxaldığı bir vaxtda “Dədə Qorqud” Özəl Türk Liseyinin şagirdlərinin ətraf mühitin mühafizəsi istiqamətində qazandıqları uğurları əslində hamının uğuru olduğunu de

Tanınmış bəstəkar Vüqar Camalzadə Kafkas İlköğretim Okulunun qonağı olub.

Resim
Tanınmış bəstəkar Vüqar Camalzadə Kafkas İlköğretim Okulunun qonağı olub. Qonağı məktəbin müdiri İlhami Atmaca qarşılayaraq rəhbərlik etdiyi təhsil ocağının fəaliyyəti əldə etdiyi uğurları barədə ətraflı məlumat verib. V. Camalzadə burada  şagirdlər üçün hazırlanmış şəraitilə, tədris otaqları, kitabxanası, laboratoriyaları və sosial şəraiti ilə yaxından tanış olub. Məktəbdə tədris şəraitinin və şagirdlərinin  nizam- intizamının yüksək səviyyədə qurulmasından , məktəblilərinin əldə etdiyi uğurlarından məmnun olduğunu bildirib. Bəstəkar V. Camalzadə Kafkas İlköğretim Okulunun pedaqoji kollektivinə və şagirdlərinə təhsildə uğurlar arzulayıb. www.cag.edu.az

The 5th International Environment Project Olympiad INEPO-EURASIA 2011

Resim
300 000 Trees planted in Azerbaidjan The 5th International Environment Project Olympiad INEPO-EURASIA 2011 was held in Baku on 6-10 April, 2011.   The Olympiad was organized with support of the State Oil Company of Azerbaijan Republic (SOCAR), Ministry of Education, Ministry of Ecology and Natural Resources, “Chag Ogretim Ishletmeleri” Company and INEPO EUROASIA Ecology Association.   This year’s Olympiad was attended by 300 schoolchildren from 33 countries. 115 most interesting projects out of more than 400 projects presented in the Olympiad were selected to participate in the finals.   The “Our Warm classroom” Project jointly prepared by the participants of SPARE-Azerbaijan participants, Young Ambassador Rufat Dargahli and Fidan Vagifgizi, were also introduced in the finals of the Olympiad.   During Olympiad, 300 000 trees were planted in Azerbaijan. http://www.plant-for-the-planet.org/en/node/14354

Azerbaijan`s Caucasus University, Turkish Ondokuz Mayıs University sign MoU

Resim
Baku, April 23 (AzerTAc). A Memorandum of Understanding on cooperation has been signed between Azerbaijan`s Caucasus University and Turkish Ondokuz Mayis University. The document features exchange of experiences, implementation of joint program and projects. Prior to the signing ceremony, rector of the Turkish Ondokuz Mayis University Huseyn Akan had a meeting with rector of Azerbaijan`s Caucasus University Ahmet Sanic. Ahmet Sanic briefed the Turkish rector on foreign relations of the University. Professor Akan stressed the necessity of expanding cooperation between the two universities. During the meeting, they discussed development of education cooperation. http://www.azertag.gov.az/index_en.jsp?id=938&date=2011-04-23

SAMSUN - OMÜ-AZERİ ÜNİVERSİTELERİ EĞİTİM İŞBİRLİĞİ

SAMSUN (İHA) - Azerbaycan’ın başkenti Bakü’ye giden Ondokuz Mayıs Üniversitesi (OMÜ) heyeti, burada bazı üniversiteler ile işbirliği protokolleri imzaladı. OMÜ Rektörü Prof. Dr. Hüseyin Akan, Rektör Yardımcısı YÖK Üyesi Prof. Dr. Sait Bilgiç, Tıp Fakültesi Dekanı Prof. Dr. Ali Haydar Şahinoğlu, Diş Hekimliği Fakültesi Dekanı Prof. Dr. Selim Arıcı, Azerbaycan’ın başkenti Bakü’de eğitim-öğretim alanında çeşitli protokoller imzaladı. Ziyarette Rektör Prof. Dr. Hüseyin Akan; Azerbaycan Tıp Üniversitesi Rektörü Prof. Dr. Amiraslanov Ahliman Tapdigoğlu, Bakü Devlet Üniversitesi Rektörü Prof. Dr. Abel M. Muharramov ve Kafkas Üniversitesi Rektörü Prof. Dr. Ahmet Saniç’le işbirliği protokolleri imzaladı. Rektör Prof. Dr. Akan yaptığı açıklamada, Bakü’de bulunan üç üniversite ile bilimsel ve teknik işbirliği protokol antlaşmalarının imzalandığını, yapılan ziyarettin olumlu ve yararlı geçtiğini, anlaşma yaptıkları üniversiteleri de OMÜ’ye davet ettiklerini söyledi. http://www.h

Cooperation Protocol between Azerchemistry Production Association and Qafqaz University was signed

Resim
        On 27 April 2011, on the basis of monthly seminars project, Mukhtar Babayev, the general director of Azerchemistry Production Association visited Qafqaz University. On the subject of “the role of youth in the development strategy of Azerchemistry Production Association” he made a speech in front of the Qafqaz University students. After his reply to the questions of the students, a cooperation protocol between Azerchemistry P roduction Association and Qafqaz University was signed. After the signature ceremony, the guests were given commemorative plate. Also, Mukhtar Babayev, the Member of Parliament presented handmade memorial gifts to Ahmet Sanic, the rector of Qafqaz University prepared by the chemists of Azerchemistry P roduction Association. Recep Rza  http://qu.edu.az/view_news.php?news=706&link=224&lang=en

"Azərikimya" İstehsalat Birliyi ilə Qafqaz Universiteti arasında əməkdaşlıq protokolu imzalandı

Resim
Aylıq seminarlar layihəsi əsasında "Azərikimya" İstehsalat Birliyinin baş direktoru Muxtar Babayev 27 aprel 2011 tarixində Qafqaz Universitetini ziyarət emişdir. Ziyarət zamanı qonaq Qafqaz Universitetinin tələbələri qarşısında "Azərikimya İstehsalat Birliyinin inkişaf strategiyasında gənclərin rolu" mövzusunda çıxış etmişdir. Tələbələrin suallarına cavab verildikdən sonra "Azərikimya" İstehsalat Birliyi ilə Qafqaz Universiteti arasında əməkdaşlıq protokolu imzalanmışdır. İmza mərasimindən sonra qonağa xatirə plaketi verilmişdir. Millət vəkili Muxtar Babayev də öz növbəsində Qafqaz Universitetinin rektoru Ahmet Saniçə Azərikimya İstehsalat Birliyinin kimyaçıları tərəfindən hazırlanmış əl işindən ibarət xatirə hədiyyəsi vermişdir. Recep Rza         http://www.youtube.com/user/qafqazuniversiteti#grid/user/A83DDCBB5001B54D http://qu.edu.az/view_news.php?news=703&link=224&lang=az

Qafqaz Universitetinin Tərcümə bölümünündə oxuyan tələbələrin valideyinleri ilə görüş keçirildi

Resim
Aprel ayının 24 də Qafqaz Universitetinin Tərcümə bölümü bu bölümdə oxuyan tələbələrin valideyinleri ilə görüş keçirmişdir. Görüşdə tərcümə bölümündə dərs deyən professor müəllim heyəti, universitetin valideyn şurasından məsul şəxslər və hər bir qrupun rəhbəri iştirak edirdi. Görüş foyedə başladı. Valideynlər universitetin onlar üçün təşkil etdiyi kokteylə dəvət edildilər. Foyede bir biri ilə hal əhval tutan valideyn və müəllimlərin çox xoşagələn mehriban bir görüşməsi oldu. Kokteylə tələbələr də qatıldılar. Tərcümə bölümündə  90 tələbə təhsil alır. Onlardan 51 nəfərin valideyni ilə görüşüldü. Kokteyldən sonra valideynlər övladlarının müvəffəqiyyətləri haqda məlumat almaq üçün seminar salonuna toplaşdılar. Universitet rəhbərliyi adından valideynləri Tərcümə bölüməsinin müdiri Dos. Nərminə Əliyeva salamladı və ümumi məlumat verdikdən sonra sözü Universitetin İctimaiyyətlə əlaqələr üzrə prorektoru  U

İcra Hakimiyyətində görüş

Resim
Aprelin 26-da Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısı Elmar Vəliyev “Çağ” Öyrətim İşlətmələri İdarə Heyətinin sədri Dr. Enver Özereni, Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömleksizi, “Qafqaz” Universitetinin rektoru prof. Ahmet Saniçi, “Araz” Kurslarının müdiri İrfan Uzundemiri, eləcədə Gəncə Azərbaycan-Türkiyə Özəl Liseyinin müdiri Kenan Güzeli və Gəncə “Araz” Kurslarının müdiri Sədrəddin Sədirlini qəbul edib. Səmimi şəraitdə keçən qəbul zamanı qonaqlar əvvəlcə Elmar Vəliyevi Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısı təyin edilməsi münasibəti ilə təbrik ediblər. Sonra rəhbərlik etdikləri tədris müəssisələrinin fəaliyyəti təhsildə əldə etdikləri uğurları barədə ətraflı məlumat veriblər. Şagirdlərinin Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi ali məktəblərə qəbul zamanı yüksək bal toplamalarından, Respublika və Beynəlxalq F

Masallıda şagirdlər biliklərini sərgilədi

Resim
Aprelin 22-də Masallı Rayon 3 saylı orta məktəbində Rayon Təhsil Şöbəsinin və Lənkəran Özəl Türk Liseyinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönumünə həsr edilmiş bilik sərgisi keçirilib. Sərgidə Masallı Rayon İcra Hakimiyyəti başçısının Təhsil, Səhiyyə və Mədəniyyət məsələləri üzrə müavini Nəsir Muxtarlı, Rayon Təhsil Şöbəsinin müdiri Aslan İbişov, Rayon Prokuroru Rizvan Həsənov, Azərbaycan Daxili İşlər Nazirliyinin Masallı Rayon Polis İdarəsinin rəisi Əkbər Yusifov və digər rayon nümayəndələri iştirak ediblər. Tədbirdə liseyin 100-ə yaxın şagirdi müxtəlif fənlərdən öyrəndiklərini nümayiş etdiriblər. Şagirdlər fizika, kimya, biologiya, ekologiya, coğrafiya, tarix-diyarşünaslıq, ədəbiyyat, ingilis –dili fənnlərindən stendlər vasitəsilə təhsildə əldə olunan uğurları nümayiş etdiriblər. Bil

Lənkəranda şagirdlərin bilik sərgisi keçirildi

Resim
Aprel 20-də Lənkəran Özəl Türk Liseyində Şəhər Təhsil Şöbəsinin və Lənkəran Özəl Türk Liseyinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönumünə həsr edilmiş bilik sərgisi keçirilib. Sərgidə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının təhsil, səhiyyə və mədəniyyət məsələləri üzrə  müavini Səmədağa Abdullayev, Şəhər Təhsil şöbəsinin müdiri Şəhanə Əhmədova, Şəhər Məhkəməsinin sədri Elçin Kazımov, Şəhər Ağır Cinayətlərə dair Məhkəməsinin sədri Natiq Əliyev, Türkiyənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfirliyinin mətbuat katibi Yavuz Maraş, “Zaman” qəzetinin Baş Bedaktoru Süleyman Ünal və digər məktəblərin müəssisələrin rəhbərləri və nümayəndələri iştirak ediblər.  Tədbirdə liseyin 100-ə yaxın  şagirdi müxtəlif fənlərdən tədris müddətində öyrəndiklərini nümayiş etdiriblər. Şagirdlər fizika, kimya, biologiya, ekologiya,

Universitet rektorları liseydə

Resim
Aprelin 24-də “Ondoqquz Mayıs” universitetinin rektoru prof. Hüseyn Akan və “Qafqaz” universitetinin rektoru prof. Ahmet Saniç Quba Özəl Türk Liseyini ziyarət ediblər. Qonaqları liseyin müdiri Mustafa Alagözoğlu qarşılayıb. M. Alagözoğlu qonaqlara Quba ÖTL-nin fəaliyyəti təhsildə əldə etdikləri nailiyyətləri barədə ətraflı məlumat verib. Tədris müəssisəsinin uğurları, eləcədə şagirdlərinin Respublika və Beynəlxalq Fənn Olimpiadalarında fəal iştirakı Azərbaycan bayrağını ən yüksəklərə ucaltdıqları barədə söhbət açıb. Liseyin müdiri bu təhsil ocağının fəaliyyətindən danışaraq bildirib ki, lisey ilk dəfə 1993-cü ildə kiçik fin evlərindən sinif otağı kimi istifadə edilərək fəaliyyətə başlayıb. Sonra qonaqlar liseyin maddi-texniki bazası, sosial şəraiti, fənn kabinetləri, kitabxanası, laboratoriyalar və məktəbin həyətində yeni qurulmuş muzeylə yaxından tanış olublar. Qonaqlar liseyin fəaliyyətindən, burada şagirdlə

QSC-də Qafqaz Universitetinin rəhbərliyi ilə görüş keçirilmişdir

Resim
           Aprelin 22-də   Qafqaz Universitetinin   İş Dünyası ilə Əlaqələr Üzrə Prorektoru Təyyar Mustafayev, Karyera Planlama Mərkəzinin müdiri İsa Qasımov QSC-nin   baş ofisində olmuş və   rəhbərliklə işgüzar görüş keçirilmişdir. Görüş Qafqaz Universiteti ilə “Ekol Mühəndislik Xidmətləri” QSC arasında əməkdaşlıq əlaqələrinin qurulması məqsədilə təşkil olunmuşdur.       Prorektor Təyyar Mustafayev   bu görüşə böyük önəm verdiyini bildirərək    Universitetinin fəaliyyəti haqqında geniş məlumat vermişdir. O, qeyd etmişdir ki, Azərbaycan və Türkiyə arasında elmi-mədəni əlaqələrin   inkişafında tarixi rol oynayan   və Azərbaycan təhsilinin dünyaya   inteqrasiyasında xüsusi yeri olan    Qafqaz Universiteti   1993-cü ildən fəaliyyətə başlamışdır. Universitetin   məqsədi elmi və texniki biliklərə yiyələnmiş yüksək ixtisaslı mütəxəssis   hazırlamaqla Azərbaycan Respublikasının   inkişafına öz töhfəsini verməkdir.       Prorektor qeyd etdi ki,   Universitetin fəaliyyəti çoxsahəli olmaql

AMB və “Junior Achievement Azerbaijan” “Banklar fəaliyyətdə” layihəsinin reallaşdırılmasına başlayıb

Resim
Azərbaycan Mərkəzi Bankı (AMB) və “Junior Achievement Azerbaijan” (JAA) beynəlxalq təşkilatı respublikanın ali təhsil müəssisələrinin tələbələri üçün “Banklar fəaliyyətdə” layihəsinin reallaşdırılmasına başlayıb. Bu barədə AMB-nin məlumatında bildirilir. Layihə çərçivəsində bazar ertəsi tələbələr üçün aprelin 29-na qədər davam edəcək treninqlər başlayıb. “Treninqlərdə Azərbaycan Dövlət İqtisad Universiteti, eləcə də, Bakı Dövlət Universiteti və Qafqaz Universiteti nin iqtisadiyyat fakültələrinin 40-a yaxın tələbəsi iştirak edəcək”, - deyə məlumatda vurğulanır. Layihənin əsas məqsədi treninqlər çərçivəsində xüsusi modullar vasitəsilə tələbələrin maliyyə savadını artırmaq və gələcəkdə peşə seçimində onlara yardım etməkdir. Treninqin iştirakçıları bank sisteminin formalaşdırılması, Mərkəzi Bankın vəzifə və funksiyaları, onun milli iqtisadiyyatdakı rolu haqqında ətraflı məlumat əldə edəcəklər. Bundan başqa, tələbələr bankların üzləşdiyi risklər, müxtəlif maliyyə alətlərinin m

“Birliyimizin yeganə yolu təhsildən keçir”

Resim
Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil üzrə müşaviri  Halis Koyunçuoğlu,  “Azərbaycanla Türkiyənin təhsil programları bir-birinə uyğunlaşdırıla bilər”deyib Müşavir bildirib ki, Türkiyə ilə Azərbaycan arasında təhsillə bağlı protokollar olsa da, yeni müqavilələr üzərində də iş aparılır: “Türkiyə ilə Azərbaycan arasında təhsil proqramlarının, ixtisasların eyni olması, ixtisasların qarşılıqlı tanınması üçün çalışırıq. Azərbaycan Bolonya prosesinə daxil olub. Türkiyədə də illərdir, eyni sistemdən istifadə edir. Bu istiqamətdə də birgə iş aparılacaq. Azərbaycanda məktəbi bitirib Türkiyəyə gedən, Türkiyədən bura gələn tələbələr üçün ixtisaslarda çətinliyin olmamasına çalışırıq. “Fikirdə, dildə birlik” deyirik, bunun həyata keçməsi lazımdır. Bu birliyin həyata keçməsinin yeganə yolu təhsil ola bilər. Burda oxuyan tələbə ilə Türkiyədəki tələbə eyni zamanda eyni ixtisas üzrə eyni dərsləri alarsa, o zaman fikir birliyi olar. Bu istiqamətdə ciddi çalışmalar var”

“Qafqaz”da ingilis dilinin problemləri müzakirə olunur

Resim
Bakıda Azərbaycan da daxil olmaqla, dünyanın 7 ölkəsinin ali təhsil ocaqlarında təhsil alan 90 tələbə ingilis dili və ədəbiyyatı ilə bağlı elmi müzakirələr aparır. Bu münasibətlə Qafqaz Universitetində keçirilən “İngilis dili və ədəbiyyatında yeni yanaşma metodları” adlı I Beynəlxalq tələbə konfransına 100-ə yaxın tezis və məqalə təqdim olunub. Universitetin ingilis dili və ədəbiyyatı fakültəsinin təşkilatçılığı və “Azərsun holdinq”in sponsorluğu ilə baş tutan konfrans ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunub. Konfransın məqsədi tələbələri elmi fəaliyyətə təşviq etmək, ingilis dili və ədəbiyyatı sahəsində yeni tədqiqat metodlarının əhəmiyyətini araşdırmaqdır. İki gün davam edəcək konfrans dilçilik, ədəbiyyat, təhsil və fərqli imtahan sistemləri kimi tədqiqat sahələrini əhatə edir. Türkiyə, Hindistan, İran, Belarus, ABŞ və Rusiyadan 11, Azərbaycandan isə 79 tələbənin iştirak etdiyi konfransda çıxış edən Qafqaz Universitetinin

LİSEYLƏRƏ QƏBUL İMTAHANI

Resim
  İlk 3 yeri qazananlar liseydə pulsuz oxumaq şansını əldə ediblər   Ölkənin 9 şəhərində və digər     rayonlarında Azərbaycan-Türkiyə özəl liseylərinə 2011-2012-ci təhsil ili üçün qəbul imtahanları keçirilib. İmtahanlarda 5 fənndən 100 sual üzrə biliklərini sınayıblar. Şəkidəki imtahanda 1000 şagirddən yalnız 52 nəfəri, Qubada da 1000 məktəblidən yalnız     80 nəfəri liseylərdə təhsil almaq şansı əldə edəcək. Mingəçevirdə isə 600 şagird imtahanda iştirak edib. İmtahan zamanı 6-ci sinif şagirdlərinə riyaziyyat, məntiq, Azərbaycan dili, ədəbiyyat, tarix, coğrafiya və biologiya fənni üzrə suallar təqdim olunub. İmtahanlarda ilk üç yeri tutan şagirdlər liseydə pulsuz təhsil almaq hüququ əldə edəcəklər. http://www.xezerxeber.com

Ağdaş ÖTL-nin müdiri Ağcabədi və Ucar RİH-ti Başçıları ilə görüşüb

Resim
Ağdaş Özəl Türk Liseyinin müdiri Ramazan Tomay Ağcabədi və Ucar Rayon İcra Hakimiyyəti Başçıları ilə görüşüb. Görüşlər zamanı R. Tomay lisey şagirdlərinin təhsildə əldə etdiyi nailiyyətləri, uğurları barədə ətraflı məlumat verib. Məktəblilərinin Respublika və Beynəlxalq Fənn Olimpiadalarında ən yüksək yerləri tutaraq, qızıl, gümüş və bürünc medallar qazanmaqlarından, məzunlarının Tələbə Qəbulu üzrə Dovlət Komissiyasının keçirdiyi ali məktəblərə qəbul zamanı yüksək bal toplamalarından və dünyanın bir çox ölkələrində yerləşən universitetlərində təhsillərini davam etdirmələrindən danışıb. Bu tədris ilini də uğurla başa vuracaqlarını bildirib. Bunun üçün liseydə lazımi şəraitin hazırlandığını deyib. İcra Başçıları Azərbaycan - Türkiyə Özəl Liseylərinin eləcədə Ağdaş Özəl Türk Liseyinin Respublikamızın təhsil sistemində çox böyük rolu olduğunu və belə bir təh

Türkiyənin Ondoqquz May Universiteti rektorunun başçılıq etdiyi nümayəndə heyəti Qafqaz Universitetində olmuşdur

Resim
Bakı, 23 aprel (AzərTAc). Türkiyənin Ondoqquz May Universitetinin rektoru, professor Hüseyn Akanın başçılıq etdiyi nümayəndə heyəti Qafqaz Universitetində olmuşdur. Görüşdə Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç bu təhsil müəssisəsinin beynəlxalq əlaqələrindən danışmışdır. Professor Hüseyn Akan ali məktəblər arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulamışdır. Təhsil əlaqələrinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılmışdır. Sonra Qafqaz Universiteti ilə Ondoqquz May Universiteti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır. Anlaşma Memorandumunda iki universitet arasında təcrübə mübadilələrinin aparılması, birgə proqram və layihələrin reallaşdırılması və digər məsələlər nəzərdə tutulmuşdur. URL: http://www.azertag.gov.az/index_az.jsp?id=3111&date=2011-04-23

Qafqaz Universitetində Memarandum imzalanıb

Resim
   Qafqaz Universitetində Ondoqquz Mayıs Universitetinin rektoru Memarandum imzalayıb. Bu günlərdə Qafqaz Universitetində Türkiyənin Ondoqquz Mayıs Universitetinin rektoru, professor Hüseyin Akan rəhbərlik etdiyi universitetin rektor müavini, professor Sait Bilgiç, Tibb fakültəsinin dekanı, prof. dr. Alihaydar Şahinoğlu, professor Selim Arıcı ilə birlikdə Qafqaz Universitesini ziyarət ediblər. Ziyarətlərinin əsas məqsədi qardaş Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələri ilə ikitərəfli müqavilələr bağlamaqdır.    Ondoqquz Mayıs Universitetinin rektoru, professor Hüseyin Akan görüş zamanı bildirib ki, Qafqaz Universiteti onlar üçün daha əhəmiyyətlidir: "Qafqaz Universiteti Türkiyə ilə Azərbaycan arasında təhsil körpüsü yaradır . Mən kollektivimlə burada olmaqdan çox xoşbəxtəm".    Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç Azərbaycanın dost və qardaş ölkə olduğunu diqqətə çatdıraraq ümummilli lider Heydər Əliyevin "Bir mil

Qafqaz Universitetində l Beynəlxalq tələbə konfransı keçirilib

Resim
Dünən Qafqaz Universitetində "Azərsun Holding"in sponsorluğu ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunan "İngilis dili və ədəbiyyatında yeni yanaşma metodları" adlı Beynəlxalq tələbə konfransı keçirilib.    Konfransda çıxış edən Qafqaz Universitetinin elmi işlər üzrə prorektoru, professor Niftalı Qocayev bildirib ki, "İngilis dili və ədəbiyyatında yeni yanaşma metodları" adlı l Beynəlxalq tələbə konfransında altı fərqli ölkədən, o cümlədən Türkiyə, Hindistan, İran, Belarus və digərlərindən 11, Azərbaycan da daxil olmaqla ümumilikdə 79 tələbə iştirak edib. N.Qocayevin sözlərinə görə, l Beynəlxalq tələbə konfransının keçirilməsində əsas məqsəd tələbələri elmi fəaliyyətə təşfiq etmək, araşdırmaq istədikləri elmi-tədqiqat işlərinə təkan verməkdir. Həmçinin ingilis dili və ədəbiyyatı sahəsində yeni tədqiqat metodlarının əhəmiyyətini araşdırmaqdır.    Professor qeyd edib ki, Azərbaycanın ali təhsil mü

“Azərsun Holdinq”in dəstəyi ilə elmi konfrans keçirilib

Resim
 Gənclərin elmi biliklərinin və təcrübələrinin artırılması istiqamətində atılan hər bir addıma yaxından köməklik göstərən “Azərsun Holdinq” daha bir təhsil ocağında təşkil olunmuş elmi konfransı dəstəkləyib. Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə “Azərsun Holdinq”in dəstəyi ilə “Qafqaz” Universitetində beynəlxalq elmi konfrans keçirilib. Şirkətin mətbuat xidmətinin yaydıgı məlumata görə “İngilis dili və ədəbiyyatında yeni yanaşma metodları” adlı beynəlxalq konfrans respublikamızda elmi potensialın güclənməsinə, fundamental və tətbiqi elmi-tədqiqatların prioritet istiqamətlərinin inkişaf etdirilməsi məqsədi ilə gənc tədqiqatçıların həvəsləndirilməsinə, onların əldə etdikləri elmi nəticələrin qiymətləndirilməsinə və yayılmasına xidmət edir. Konfransda çıxış edən məruzəçilər bu sahədə əldə edilən yeni təcrübələrdən bəhs ediblər. Çıxışçılar arasında universitetin prorektoru

Bakıda İngilis ədəbiyyatına həsr olunmuş Beynəlxalq konfransı keçirildi

Resim
Qafqaz Universitetində Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr edilmiş “İngilis dili və ədəbiyyatında yeni yanaşma metodları” mövzusunda 1-ci Beynəlxalq tələbə konfransı keçirilib. ANN.Az-ın verdiyi xəbərə görə, açılış mərasimində Qafqaz Universitetinin prorektoru, professor Niftəli Qocayev bu ali məktəbdə təhsilin inkişafı üçün həyata keçirilən tədbirlərdən, qazanılan uğurlardan danışıb. Universitetin beynəlxalq əlaqələrinin genişləndiyini qeyd edən N.Qocayev, tələbələrə təhsildə yeni nailiyyətlər arzulayıb. Təhsil müəssisəsinin fəaliyyətindən bəhs edən film nümayiş etdirilib. Altı ölkədən, o cümlədən Azərbaycan, Türkiyə, Hindistan, İrandan olan 70-dən çox tələbənin iştirak etdiyi beynəlxalq konfransda ingilis dili və ədəbiyyatı sahəsində yeni tədqiqat metodlarının əhəmiyyəti ilə bağlı geniş müzakirələr aparılıb. ANN.Az

“Azərsun Holdinq” Qafqaz Universitetində təşkil olunmuş elmi konfransı dəstəkləyib.

Gənclərin elmi biliklərinin və təcrübələrinin artırılması istiqamətində atılan hər bir addıma yaxından köməklik göstərən “Azərsun Holdinq” daha bir təhsil ocağında təşkil olunmuş elmi konfransı dəstəkləyib. APA-nın məlumatına görə, Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə “Azərsun Holdinq”in dəstəyi ilə “Qafqaz” Universitetində beynəlxalq elmi konfrans keçirilib. “İngilis dili və ədəbiyyatında yeni yanaşma metodları” adlı beynəlxalq konfrans respublikamızda elmi potensialın güclənməsinə, fundamental və tətbiqi elmi-tədqiqatların prioritet istiqamətlərinin inkişaf etdirilməsi məqsədi ilə gənc tədqiqatçıların həvəsləndirilməsinə, onların əldə etdikləri elmi nəticələrin qiymətləndirilməsinə və yayılmasına xidmət edir. Konfransda çıxış edən məruzəçilər bu sahədə əldə edilən yeni təcrübələrdən bəhs ediblər. Çıxışçılar arasında universitetin prorektoru prof. dr. Niftalı Qocayev, İngilis Dili və Ədəbi

“İngilis dili və ədəbiyyatında yeni yanaşma metodları” mövzusunda 1-ci Beynəlxalq tələbə konfransı başa çatmışdır

Resim
Bakı, 23 aprel (AzərTAc). Qafqaz Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr edilmiş “İngilis dili və ədəbiyyatında yeni yanaşma metodları” mövzusunda ikigünlük 1-ci Beynəlxalq tələbə konfransı başa çatmışdır. Altı ölkədən (Azərbaycan, Türkiyə, Hindistan, İran və s.) 70-dən çox tələbənin iştirak etdiyi Beynəlxalq konfransda ingilis dili və ədəbiyyatı sahəsində yeni tədqiqat metodlarının əhəmiyyəti barədə geniş müzakirələr aparılmışdır. Konfransın məqsədi tələbələrin təhsilə, elmi-tədqiqata maraqlarının artırılması olmuşdur. URL: http://www.azertag.gov.az/index_az.jsp?id=3075&date=2011-04-23

Konsulluqda 23 aprel qeyd olunub

Resim
23 aprel qardaş Türkiyə Respublikasında Milli Suverenlik və Uşaq Bayramı günü kimi qeyd olunur. Bu günlə əlaqədar Türkiyə Respublikasının Naxçıvan Muxtar Respublikasındakı Baş konsulluğunda Naxçıvan şəhər ümumtəhsil məktəblərinin və Naxçıvan Türk Liseyi nin şagirdlərinin iştirakı ilə şənlik təşkil olunub. Şənlikdə uşaqların vətən və suverenlik haqqında söylədikləri mahnılar, şeirlər alqışlarla qarşılanıb.  Uşaqların müxtəlif xalqlara mənsub rəqsləri ifa etmələri tədbir iştirakçılarına unudulmaz anlar yaşadıb. Qeyd edək ki, 23 aprel dünyada qeyd olunan ilk uşaq bayramıdır. “Bu günün balacaları sabahın böyükləridir”, - deyən Atatürk bayram ərəfəsində dövlət qurumlarının fəaliyyətini uşaqların öhdəsinə buraxılması ənənəsini başladıb.  MAZLUM ATİK  NAXÇIVAN www.zaman.az

Azərbaycanda 23 Aprel – Milli Suverenlik və Uşaq Bayramına həsr olunmuş təntənəli mərasim keçirilib

Resim
Səfir Hulusi Kılıc: “Uşaqlar bizim ən dəyərli varlığımızdır, böyük Atatürk “Vətən qədər əziz çocuklar sizə əmanət” deyib” Bakı. Kəmalə Quliyeva-APA. Azərbaycan Dövlət Filarmoniyasında 23 Aprel - Milli Suverenlik və Uşaq Bayramına həsr olunmuş tədbir keçirilib. APA -nın məlumatına görə, Türkiyənin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirə Bakıda fəaliyyət göstərən türk və Azərbaycan məktəblərinin şagirdləri qatılıb.  Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfirlinin təhsil üzrə müşaviri Halis Koyunçuoğlu bildirib ki, bu gün həm də Türkiyə Böyük Millət Məclisinin yarandığı gündür: “1920-ci ilin bu günü Vətən övladları böyük zəfər qazandılar. Ulu öndərimiz Mustafa Kamal Atatürk bu günü bütünlüklə uşaqlara ərməğan edib. Çünki Türkiyənin gələcəyini məhz uşaqlar quracaq. 1979-cu ildən isə bu bayram BMT tərəfindən tanınıb. 23 aprel bayramı dünyada qeyd edilən yeganə uşaq bayramıdır. Bu il bu bayramı Türkiyədə 36 ölkədən gəlmiş 8 min uşaq qeyd edir.

Bakıda 23 aprel Uşaq bayramı qeyd edildi

Resim
23 aprel tarixi hər il Türkiyədə Milli suverenlik və uşaq bayramı günü kimi qeyd olunur. Türkiyənin hər bir tərəfində qələbəlik, bayram əhval-ruhiyyəsi yaşanır. Bu gün Azərbaycan Dövlət Filarmoniyasında da Türkiyənin 23 aprel Milli suverenlik və uşaq bayramı günü münasibəti ilə tədbir keçirilib. Modern.az -ın məlumatına görə, tədbir Azərbaycanın və Türkiyənin dövlət himnlərinin səslənməsilə açılıb. Türkiyənin Azərbaycandakı səfirliyinin təşkilatçılığı baş tutan tədbirə Bakıda fəaliyyət göstərən Türk və Azərbaycan məktəblərinin şagirdləri qatılıb. Öncə Türkiyənin Azərbaycandakı Səfirliyinin təhsil müşaviri Halis Koyunçuoğlu çıxış edərək bildirib ki, 23 aprel bayramının tarixindən danışıb. Deyi ki, 1979-cu ildən isə bu bayram BMT tərəf

“İNEPO-AVRASİYA” Ətraf Mühitin Mühafizəsi V Beynəlxalq Layihə Olimpiadasında Azərbaycan məktəbliləri qızıl, gümüş və bürünc medallar qazanmışlar

Resim
Bakı, 22 aprel (AzərTAc). Xəbər verildiyi kimi, bu il aprelin 8-9-da Bakı İdman Sarayında Azərbaycan Respublikası müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr edilmiş “İNEPO-AVRASİYA” Ətraf Mühitin Mühafizəsi V Beynəlxalq Layihə Olimpiadası keçirilmişdir. “Çağ” Öyrətim İşlətmələri Şirkətində V Beynəlxalq Layihə Olimpiadasının nəticələrinə həsr edilmiş mətbuat konfransı olmuşdur. Hər il apreldə keçirilən “İNEPO-AVRASİYA” Ətraf Mühitin Mühafizəsi V Beynəlxalq Layihə Olimpiadası dünyada, o cümlədən Azərbaycanda mövcud olan ekoloji problemlərin həllində, eləcə də ətraf mühitin mühafizəsi istiqamətində gənc nəslin məlumatlandırılması, ekoloji biliklərin inkişaf etdirilməsində mühüm əhəmiyyət kəsb edir. Müvafiq Beynəlxalq Layihə Olimpiadası Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, “Çağ” Öyrətim İşlətmələri Şirkəti, “İNEPO-AVRASİYA” İctimai Birliyi, İctimai Televiziya və Radio Yayımları Şirkətinin birgə təşkilatçılığı

23 Aprel-Milli Suverenlik və Uşaq Bayramına həsr olunmuş təntənəli mərasim keçirildi

Resim
Aprelin 23-də Türkiyənin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə M. Maqamayev adına Azərbaycan Dövlət Filarmoniyasında 23 Aprel - Milli Suverenlik və Uşaq Bayramına həsr olunmuş təntənəli mərasim keçirilib. Əvvəlcə mərasim iştirakçıları Azərbaycan Respublikasının Dövlət Himnini və Türkiyənin İstiqlal Marşını oxuyublar. Mərasimdə Bakıda fəaliyyət göstərən Türk və Azərbaycan məktəblərinin şagirdləri də iştirak edib.  Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfirinin təhsil üzrə müşaviri Halis Koyunçuoğlu bildirib ki, bu gün həm də Türkiyə Böyük Millət Məclisinin yarandığı gündür: “1920-ci ilin bu günü Vətən övladları böyük zəfər qazandılar. Ulu öndərimiz Mustafa Kamal Atatürk bu günü bütünlüklə uşaqlara ərməğan edib. Çünki, Türkiyənin gələcəyini məhz uşaqlar quracaq. 1979-cu ildən isə bu bayram Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınıb. 23 Aprel bayramı dünyada qeyd edilən yeganə uşaq bayramıdır. Bu il bu bayramı Türkiyədə 36 öl

Ahmet Sanic jurnalistlərlə görüşüb

Resim
Aprelin 20-də Qafqaz Universitetinin rektoru, professor Ahmet Sanic bir qrup mətbuat nümayəndələrini qəbul edib. Görüş zamanı çıxış edən Ahmet Sanic deyib ki, 2011-2012-ci tədris ilində ilk dəfə olaraq Qafqaz Universitetində jurnalistika fakültəsinə tələbə qəbulu aparılacaq: “Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi test imtahanlarında iştirak edən orta məktəbi bitirmiş abituriyentlər müsabiqədə yetərincə bal topladıqdan sonra universitetə qəbul olunurlar. Qafqaz Universitetində tələbənin təhsil alması xüsusi müqavilə ilə tənzimlənir”. Rektor bildirib ki, Qafqaz Universiteti, inkişaf etmiş dünya universitetləri kimi, qlobal inkişaf prosesi istiqamətində, ölkəyə xas xüsusiyyətləri diqqətə alaraq dünyəvi xarakter daşıyan, bilgi istehsal edən, tədqiqat və ali təhsillə məşğul olan, elmin əldə etdiyi yeniliklərin praktikada tətbiq edilməsini və müzakirə edilərək texnologiyaya çevrilməsini təmin edən, ortaya çıxardığı yenilikləri yayan, təhsil, tədqiqat və ictimaiyyət

Qafqaz Universitetində təhsildən yazan jurnalistlərlə görüş keçirilib

Resim
Aprelin 20-də Qafqaz Universitetində təhsil sahəsini işıqlandıran bir qrup KİV əməkdaşı ilə görüş keçirilib. Jurnalistlər öncə universiteti gəzərək burada təhsil üçün yaradılmış yüksək şəraitlə tanış olublar. Sonra tədbir "dəyirmi masa" ətrafında davam etdirilib. Media mənsublarını səmimi salamlayan Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç bu ali məktəbə təyinatı, rektor kimi çalışdığı 2005-ci ildən bəri burada görülmüş işlər, universitetin uğurları haqqında məlumat verib. Rektor çıxışında qeyd edib ki, bu il ilk dəfə olaraq universitetdə iki yeni ixtisas - jurnalistika  və mexanika mühəndisliyi ixtisasları üzrə tələbə qəbulu aparılacaq. Görüşdə çıxış edən jurnalistlər Qafqaz Universitetində nümunəvi təhsil mühitinin mövcud olduğunu, kadrların yüksək keyfiyyətlə hazırlandığını qeyd edib, bu ali

Şagirdlər Respublika fənn olimpiadalarında yüksək nəticələr əldə edib

Resim
Ötən tədris illərində olduğu kimi bu il də Azərbaycan-Türkiyə Özəl Liseylərinin (ATÖL) şagirdləri respublikada keçirilimiş Respublika Fənn Olimpiadalarında yüksək nəticələr göstərmişlər. Belə ki, Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin Olimpiada üzrə təşkilatçısı Ünal Akçaydan aldığımız məlumata görə Mingəçevir Özəl Türk Liseyinin şagirdləri Hacı Piriyev, Dilqəm İsrafilov, Zaur Abbasbəyli, Bakı Özəl Türk Liseyinin şagirdləri Azad Salahlı, Şahin Hüseynli, Altun Şükürlü, Sumqayıt Özəl Türk Liseyinin şagirdləri Rəşid Qazıyev, Elşad Mustafayev, Dədə Qorqud Özəl Türk Liseyinin şagirdi Tural Gülməmmədov və Şəki Azərbaycan-Türkiyə Özəl Liseyinin şagirdi Ramazan Ramazanov fizika, İnformatika və riyaziyyat fənləri üzrə keçirilən Respublika Fənn Olimpiadalarında ən yüksək yerə layiq görülərək qızıl medal əldə ediblər. Bundan başqa Quba, Şəki, Dədə Qorqud, Mingəçevir, Lənkəran, Bakı Özəl Türk Liseylərinin şagirdləri Sübhi Sadıqov, Rəşad Bayramov, Adil Səfərzadə, Naib Bağ

Qafqaz Universitetinin rektoru Ahmet Sanic bir qrup mətbuat nümayəndələri ilə görüşüb

Resim
Ötən gün Qafqaz Universitetinin rektoru, professor Ahmet Sanic bir qrup mətbuat nümayəndələri ilə görüşüb. SİA-nın xəbərinə görə, görüş zamanı universitetin rektoru təhsil müəssisəsinin keçmişi, həyata keçirilən işlər və gələcəkdə görüləcək yeni layihələr barədə jurnalistlərə ətraflı məlumat verib. Universitetin 1993-cü ildə yaradıldığını deyən A.Sanıc 18 il ərzində ali məktəbin bir sıra uğurlara imza atdığını deyib. Rəhbərlik etdiyi təhsil ocağının da mətbuatla sıх işləməyə maraqlı olduğunu deyən rektor onların fəaliyyətinin mütəmadi olaraq işıqlandırdığı üçün mətbuat nümayəndələrinə təşəkkürlərini bildirib. Görüş zamanı Ahmet Sanic qeyd edib ki, Qafqaz Universiteti, inkişaf etmiş dünya universitetləri kimi, qlobal inkişaf prosesi istiqamətində, ölkəyə xas xüsusiyyətləri diqqətə alaraq dünyəvi xarakter daşıyan, bilgi istehsal edən, tədqiqat və ali təhsillə məşğul olan, elmin əldə etdiyi yeniliklərin praktikada tətbiq edilməsini və müzakirə edilərək texnologiyaya çevrilməsini təmin

Qafqaz Üniversitesi ve Ondokuz Mayıs Üniversitesi arasında işbirliği protokolü imzalandı

Resim
21.04.2011 tarihinde Ondokuz Mayıs Üniversitesi Rektörü Prof. Dr. Hüseyin Akan ve beraberindeki Rektör Yardımcısı Prof. Dr. Sait Bilgiç, Tıp Fakültesi Dekanı Prof. Dr. Alihaydar Şahinoğlu ile Prof.Dr.  Selim  Arıcı’dan oluşan heyet Qafqaz Üniversitesini ziyaret etmiştir.  Qafqaz Üniversitesi rektörü Prof. Dr. Ahmet Saniç ve Ondokuz Mayıs Üniversitesi Rektörü Prof. Dr. Hüseyin Akan tarafından iki üniversite arasında işbirliği protokolü imzalanmıştır. Heyet Azerbaycanda bulunan üniversiteler ile  işbirliği imkanlarını  araştırmak maksadıyla Bakü’ye gelmiştir.

Çingiz Abdullayevin Qafqaz Universitetinin tələbələrilə görüşünün videoları

Resim
18 Noyabr 2008-ci ildə Qafqaz Universitetində Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, xalq yazıçısı Çingiz Abdullayevlə Qafqaz Universitetinin tələbələrilə görüş keçirilib. Görüşü Universitetin Mədəniyyət şöbəsi nəzdində fəaliyyət göstərən Düşüncə və Oğuz klublarının üzvüləri tərəfindən təşkil olunmuşdur.Çingiz Abdullayev çıxışında tələbələrlə görüşməyin onun üçün maraqlı olduğunu deyib. Görüşdə Çingiz Abdullayev gəncləri maraqlandıran suallara cavab verib.Tədbirin sonunda Qafqaz Universitetinin rektoru professor Ahmet Saniç tərəfindən xatirə plaketi təqdim edilib. Yazıçı son dövürlərdə nəşr etdirdiyi kitablardan tələbələrə hədiyyə edib.  http://www.youtube.com/user/qafqazuniversiteti#grid/user/755C0B921F7052C0

Qafqaz Universitetində xalq yazıçısı Elçin Əfəndiyevlə keçirilen görüşün videoları

Resim
http://www.youtube.com/user/qafqazuniversiteti#grid/user/8ABDCD669F6744E2