Qafqaz Universitetində “Gənclərin İKT Biliklərinin İnkişaf Etdirilməsi Dərsliyi”nin rəsmi açılışı keçiriləcək
06-10 Fevral 2012-ci il tarixləri arasında
Qafqaz Universitetində, Qafqaz Universiteti, Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyası,
İnformasiya və Kommunikasiya Texnologiyasının İnkişafı üzrə BMT-nin
Asiya və Sakit Okean Təlim Mərkəzi (UN-APCICT), BMT-nin İnkişaf
Programının (UNDP) birgə təşkil etdiyi “Rəhbər Dovlət Qulluqçuları üçün
Əsas İKT bilikləri Akademiyası” lahiyəsi çərçivəsində “İnformasiya
texnologiyalari və Hərtərəfli İnkisaf” və ““Gənclərin İKT Biliklərinin
İnkişaf Etdirilməsi Dərsliyi”nin rəsmi açılışı və Tədrisçilərin Tədrisi
Programı” mövzusunda seminar təşkil ediləcək. Qafqaz Universitetinin
mətbut xidmətinin rəhbəri Rəcəb Rzayevin “Qafqazinfo”ya verdiyi məlumata
görə, tədbirin birinci günündə UN-APCİCT və Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın birgə
təşkil edəcəyi, Azərbaycanda ilk dəfə olaraq tədris ediləcək olan və
dövlət qulluqçuları üçün nəzərdə tutulmuş modul 1 və 2-nin tətbiqi
haqqında məlumat veriləcək. Eyni zamanda, digər modullar haqqında da
məruzələr olacaq.
Tədbirdə UN-APCİCT və Qafqaz Universiteti ilə birgə təşkil edəcəyi və
universitet tələbələri üçün nəzərdə tutulmuş “Bugünün Tələbələri Sabahın
Liderləri” istiqamətli programda haqqında da məlumat veriləcək.
Qeyd edək ki, 2011-ci il oktyabr ayından başlayaraq UN-APCİCT modulların sayını artırmaq və eyni zamanda hədəf auditoriyasını genişləndirərək artıq universitet tələbələri üçün İKT-nin inkişafı mövzusunun tətbiqi lahiyəsinə başlanılıb. Qafqaz Universiteti bu lahiyənin ilk dəfə Azərbaycanda tətbiq edilməsi və pilot universitet kimi lahiyəni davam etdirməyi təklif edib. Mart ayından başlayaraq Qafqaz Universiteti digər universitet tələbələrinin iştirakı ilə “İKT-nin müxtəlif sahələrdə tətbiqi və lahiyələrin idarə edilməsi” movzusunda seminarlar silsiləsi təşkil edəcək.
Nigar MəmmədliQeyd edək ki, 2011-ci il oktyabr ayından başlayaraq UN-APCİCT modulların sayını artırmaq və eyni zamanda hədəf auditoriyasını genişləndirərək artıq universitet tələbələri üçün İKT-nin inkişafı mövzusunun tətbiqi lahiyəsinə başlanılıb. Qafqaz Universiteti bu lahiyənin ilk dəfə Azərbaycanda tətbiq edilməsi və pilot universitet kimi lahiyəni davam etdirməyi təklif edib. Mart ayından başlayaraq Qafqaz Universiteti digər universitet tələbələrinin iştirakı ilə “İKT-nin müxtəlif sahələrdə tətbiqi və lahiyələrin idarə edilməsi” movzusunda seminarlar silsiləsi təşkil edəcək.