Sumqayıt Özəl Türk liseyində sərgi-seminar keçirilib


Yanvarın 24-də Sumqayıt Özəl Türk  liseyində görkəmli alim, tanınmış ekoloq Həsən Əlirza oğlu Əliyevin əziz xatirəsinə həsr olunmuş “Yer kürəsini tanıyaq, qoruyaq və sevək” mövzusunda sərgi-seminar keçirilib. Tədbirdə liseyin 7-ci sinif şagirdləri slayd, sərgi və maket kateqoriyalarında müxtəlif mövzulara həsr olunmuş fərdi işlərini nümayiş etdiriblər. Liseyin coğrafiya müəllimi Namiq Ağaməmmədov tədbir iştirakçılarına sərgi- seminarın keçirilməsinin əhəmiyyəti və məqsədi barəsində geniş məlumat verib. Sonra yer kürəsini qorumaq və öyrənmək bu planetin sakinlərinin müqəddəs borcudur deyə bildirib. 
Tədbir şagird və müəllimlər tərəfindən böyük maraqla izlənilib. Bəzi şagirdlərin öz işlərini ingilis dilində təqdim etməsi xüsusi ilə təqdirəlayiq hal kimi qiymətləndirilib. Tədbirdə Sumqayıt şəhər Təhsil Şöbəsi metodkabinetinin müdiri Sabir Məmmədov və Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Musa Həsənov eləcə də bir qrup ictimaiyyət nümayəndələri və valideynlər iştirak ediblər. Tədbirdə iştirak edənlər belə tədbirlərin keçirilməsinin şagirdlərin intellektual səviyyələrinin artırilmasında, onlarda özünə inamın aşılamasında əhəmiyyətli rol oynadığını deyiblər. Sumqayıt şəhər Təhsil Şöbəsi metodkabinetinin müdiri S. Məmmədov bildirib ki, belə tədbirlərin si-silə şəklində liseydə keçirilməsi burada təlim-tərbiyənin yüksək səviyyədə təşkil olunduğunu bir daha sübut edir. Şagirdlərin əl işlərinin orjinallığı, öz fikirlərini sərbəst şəkildə sərgi iştirakçılarına çatdıra bilmələri çox təqdirəlayiqdir. Sonra Sabir Məmmədov liseyin müəllim-şagird kollektivinə təhsildə uğurlar diləyib.  
 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır