Sumqayıt Özəl Türk Liseyində 20 yanvar faciəsi anıldı
20 yanvar faciəsinin 22-ci ildönümü ilə əlaqədar olaraq Sumqayıt Özəl
Türk Liseyində anım mərasimi keçirilib. Mərasimdə liseyin tarix
müəllimi Vaqif Yusifov 20 yanvar faciəsi barədə tədbir iştirakçılarına
ətraflı məlumat verib və şəhidlərimizin ruhu ehtiramla yad edilib.
Bundan başqa liseydə ilk dəsr saatı 20 yanvar faciəsinə həsr olunub.
Bununla bərabər liseyin bir qrup müəllim və şagird kollektivi qəhrəman
şəhidlərimizin əziz xatirəsini yad etmək üçün Sumqayıtda, onların
xatirəsinə ucaldılmış xatirə kompleksini, sonra isə Sumqayıt Şəhər
Şəhidlər Xiyabanını ziyarət ediblər. Şəhidlərin məzarları üstünə
təzə-tər qərənfillər düzüblər, onlara Allahdan rəhmət diləyiblər.
Sonra
müəllimlərin, şagirdlərin və Sumqayıt Tarix Muzeyinin əməkdaşlarının
iştirakı ilə Sumqayıt Özəl Türk Liseyində “Əsrə bərabər gecə” adlı
ədəbi- bədii gecə keçirilib. Tədbir iştirakçıları əvvəlcə şəhidlərin
xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra şagirdlər şəhidlərə
həsr olunmuş mahnı və şeirlər söyləyiblər və həmin tarixi əks etdirən
qısa metrajlı filimlərə baxıblar.
Tədbirdə çıxış edən Sumqayıt Tarix
Muzeyinin əməkdaşı İradə Mustafayeva 20 yanvar şəhidləri içərisində
Sumqayıtlı şəhidlərin də olduğunu qeyd edib. Onların əziz xatirəsi bütün
azərbaycanlıların qəlbində daima yaşadığını, ehtiramla yad edildiyi
bildirib.