20 Yanvar faciəsinin qurbanlarının xatirəsi anıldı
Şəki Azərbaycan-Türkiyə Özəl Liseyində hər il olduğu kimi bu ildə
şəhidlərimiz yad edilib. Dərslərdə tariximizin qanlı səhifələri
vərəqlənib, şagirdlərə vətənimizin qəhrəman övladları barədə, onlara
qarşı törədilən vəhşiliklər haqqında məlumat verilib, Milli Qürur Günü
münasibətilə İnşa, Şeir və Rəsm müsabiqəsi keçirilib. O cümlədən 20
Yanvar-Milli Qürur Günü münasibətilə Liseydə konfrans təşkil edilib.
Konfransda Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialının
müəllimləri Tarix üzrə fəlsəfə doktoru Ramin Sadıqov, Filialın Baş
müəllimi Tahir Məhərrəmov, Tarix-Coğrafiya fakültəsinin IV kurs tələbəsi
Orxan İsayev iştirak ediblər. Tədbiri giriş sözü ilə açıq elan edən
liseyin müdir müavini Elmir İsgəndərov 20 Yanvar-Milli Qürur Günü ilə
bağlı məlumat verib. Tədbirdə çıxış edən natiqlər xalqımızın tarix boyu
göstərdiyi qəhrəmanlıqlardan, xalqımızın milli azadlıq hərakatından
danışıblar. Şagirdlərə tariximizin bu qanlı faciəsini unutmamağı
tövsiyyə ediblər. Məktəblilərə təhsildə uğurlar diləyiblər. Sonra Milli
Qürur Günü münasibətilə keçirilən İnşa, Rəsm, Şeir müsabiqəsində qalib
olan şagirdlərə Diplom və müxtəlif hədiyyələr təqdim ediblər. Daha
sonra qonaqlar liseyin sinif otaqlarını gəzərək məktəbin tədris prosesi
ilə yaxından tanış olublar. Liseyin müdiri İsmail Özcan qonaqlara
şagirdlərin Respublika və beynəlxalq olimpiadalardakı nəailiyyətlərindən
danışıb.
Tədbirin sonunda konfrans iştirakçıları Şəkidə yerləşən Şəhidlər
Xiyabanına gedərək 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidə
önünə əklil və tər qərənfillər düzüblər.