DİQQƏT! ARDNŞ təqaüdçülərinin siyahısı açıqlandı - SİYAHI
19 mart tarixində 2010-2011-ci tədris ilinin 2-ci semestr nəticələrinə əsasən keçirilmiş təqaüd müsabiqəsi üzrə Müsabiqə Komissiyasının yekun iclası keçirilmişdir. Müzakirələr zamanı qeyd edilmişdir ki, müsabiqədə iştirak edən 3-cü və 4-cü kurs tələbələri daha böyük fəallıq və yüksək biliklər nümayiş etdirmişlər. Eyni zamanda vurğulanmışdır ki, bakalavriatın 2-ci, magistraturanın 1-ci və 2-ci kurs tələbələri müsahibələrdə zəif iştirak etmiş və bu səbəbdən də əvvəlcədən nəzərdə tutulan kvota limiti (orta balı "4"dən yuxarı olan ilk 40 nəfər) sadalanan kurslarda dolmamışdır. Müsabiqə Komissiyası üzvləri yuxarıda qeyd olunanları nəzərə alaraq, 3-cü və 4-cü kurslar üzrə orta balı "4"dən yuxarı olan, lakin kvotadan (ilk ən çox bal yığan 40 nəfərdən) kənarda qalan tələbələrin təqaüdçü seçilməsi məsələsini müzakirə etmişdir. Müzakirələrin nəticəsi olaraq qərara alınmışdır ki, gənc tələbələri elmi biliklərə yiyələnməyə həvəsləndirmək, təhsildə onları stimmullaşdırmaq məqs...